“Accessbank” vətəndaşlara qənim kəsilib... - İTTİHAM
banner / Iqtisadiyyat
Oxunub: 533
2 noy 2018 | 17:17
“Accessbank” vətəndaşlara qənim kəsilib... - İTTİHAM














Beynəlxalq maliyyə qurumlarına (Dünya Bankı və s.) məxsus olan və “Sizin yerli Avropa bankınız” şüarı altında fəaliyyət göstərən “Accessbank” sahibkar borcalanlarına dair kütləvi olaraq hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayətə borcalanların “qara mühasibat”ını qoşaraq onları qanunsuz kredit almaqda ittiham edib.

Cebhe.info xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov bildirib ki, artıq hüquq-mühafizə orqanları həmin sahibkarlara qarşı cinayət işi açıb. Ekspert qeyd edib ki, bəzi sahibkarları isə həbs edərək, dərhal kreditlərin ödənilməsini tələb edib:

“Guya həmin sahibkarlar krediti alarkən bankı aldadıblar. Halbuki bu kreditlər üzrə lazım olduğundan da çox girov qoyulub. Aydın məsələdir ki, reallıqda bankın özü qanunsuz kreditlər verib. “Qara mühasibat” hesab etdiyi sənədlər əsasında necə kredit verib axı?! Hüquqşünaslarının savadsızlığı ucbatından yol verdiyi səhvlərə görə məhkəmə proseslərini uduzur, ağır vəziyyətə düşüb və məhz buna görə də hüquq-mühafizə orqanlarına üz tutub, borcun qaytarlmasına dair məhkəmə işləri gedə-gedə. Lakin nədənsə hüquq-mühafizə orqanları bankın işçilərinə heç irad da tutmur, amma sahibkarlara şiddətli təzyiq göstərir. Heç müflis bankların verdiyi kreditləri qaytarmaq üçün hüquq-mühafizə orqanları belə canfəşanlıq etmir”. Hüquqşünas xatırladıb ki, “Accessbank” ölkəmizdə yeganə bankdır ki, kreditləri əsasən yalnız dollarla, özü də çox yüksək faiz dərəcəsi ilə verib: “Sözügedən bank digər banklardan fərqli olaraq devalvasiyadan sonra faktiki olaraq güzəştlər etməyib. Nəticədə borcalan sahibkarların biznesini çökdürüb və onlar da kreditləri ödəyə bilmir, kifayət qədər nağd pulları yoxdur. Amma həmin kreditlər üzrə qiymətli girovlar var. Bank məhkəmə proseslərinin bitməsini və girovlara tutmanın yönəldilməsini (satılmasını) gözləmədən borcalanlara təklif edirdi ki, girov predmetlərini indidən bankın adına keçirsinlər. Halbuki həmin girovların qiyməti bir qayda olaraq, qalıq borcdan xeyli çoxdur. Buna görə də borcalanlar buna getmirdi, haqlı olaraq deyirdilər ki, məhkəmə bitsin, girovlar satılsın, pulunuzu götürün, qalanını da bizə verin. Lakin indi hüquq-mühafizə orqanlarının köməyi ilə “Accessbank” tədricən girovların (əsasən daşınmaz əmlakların) onun adına keçirilməsinə nail olur. Qalıq borcdan xeyli qiymətli girovlar bankın balansına keçir. Səbəb sadədir: borclu sahibkarlar cinayət işindən, həbsdən qorxur. Təqsirsiz olmalarını sübut etməyə isə ümid etmirlər. Deyirlər ki, qanunsuz kredit verənlərə qarşı cinayət işi açılmırsa, əvəzində bizə divan tutulursa, haqqımızı necə tələb edə bilərik ki?! Bir sözlə, ölkədə sahibkarlığa yaradılan şəraitdən narazıdırlar”.

Əkrəm Həsənov deyib ki, nəticədə “Accessbank” yavaş-yavaş xeyli girovları dəyər-dəyməzə adına keçirməklə daşınmaz əmlaka malik olur:

“Sanki bank deyil, daşınmaz əmlak şirkətidir. Son günlər bəyan etdiyi müsbət maliyyə göstəriciləri də böyük ehtimalla elə bununla bağlıdır. Ümumiyyətlə, bu mənfi fonda “Accessbank” çalışır ki, ictimaiyyətdə özünə müsbət imic yaratsın. Amma yəqin ki, bu səylər əbəsdir. Çünki müştərilərinin “qara mühasibat”ını hüquq-mühafizə orqanlarına ötürən bankdan bundan sonra kredit götürmək istəyən çox olmayacaq. Bu qədər qanunsuz kredit verdiyini etiraf edən bankın əmanətçi problemi də yarana bilər. Əmanətçilərin pulu qanunsuz kreditlərə xərclənir. Lakin yəqin ki, bundan sonra “Accessbank”ın əmanətçi və borcalan müştərilərə ehtiyacı da çox olmayacaq. Çünki əsas aktivi pul deyil, daşınmaz əmlakdır. Odur ki, müştəriləri də alıcılar olacaq. Eyni zamanda daşınmaz əmlak maklerlərinin yeni iri müştərisi peyda olub – “Accessbank”. Təsadüfi deyil ki, bu yaxınlarda sözügedən bank beynəlxalq reytinq agentliyinin xidmətindən də imtina etdi. Bank kimi fəaliyyəti tükənirsə, nəyinə lazımdır reytinq?! Özü də nəzərə alaraq ki, son reytinqi çox aşağı və müflislik ehtimalının yüksək olduğunu ehtiva edən idi”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...