Ötən il Xaçmaz, Şabran və Siyəzən rayonlarının sahil zolağında ətraf mühitin mühafizəsi qaydaları pozulub
Bolge
Oxunub: 1 162
6 mar 2016 | 13:41
Ötən il Xaçmaz, Şabran və Siyəzən rayonlarının sahil zolağında ətraf mühitin mühafizəsi qaydaları pozulubXaçmaz, Şabran və Siyəzən rayonlarının sahil zolağında ötən il üzrə keçirilmiş monitorinqlər zamanı ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə edilib. APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) saytına istinadən verdiyi xəbərə görə, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Xaçmaz, Şabran və Siyəzən rayonlarının sahil zolağının 2015-ci il üzrə ekoloji vəziyyəti haqda hesabatında bildirilib ki, Quba və Xaçmaz rayonların mərkəzində formalaşan tullantı suların təmizlənərək dənizə axıdılması məqsədi ilə Xaçmaz rayonunda Bioloji Təmizləyici Qurğusunun (BTQ), Xaçmaz şəhərində yeni kanalizasiya xətlərinin tikintisinə bu günədək başlanılmayıb.
Hesabatda deyilib ki, eyni zamanda Şabran və Siyəzən şəhərlərində təmizləyici qurğuların və kanalizasiya xətlərinin tikintisi ilə əlaqədar işlər hələ də başa çatdırılmayıb: “Bu səbəbdən də Xəzər dənizinə birbaşa və ya dolayı yollarla olan təsirlər davam etdirilir. Qudyalçay Quba və Xaçmaz rayonları ərazisindən keçərək Xəzər dənizinə tökülən axarlardan biridir. Ötən əsrin 90-cı illərindən qalmış Xaçmaz rayon BTQ və tullantı su daşıyan kollektorun istismara yararsız vəziyyətdə olmasından Qudyalçay Xaçmaz rayonu ərazisində ən çox çirklənməyə məruz qalan axar kimi qeydə alınıb. Bundan başqa, bölgənin rekreasiya əhəmiyyətli sahələrində fəaliyyət göstərən bəzi istirahət mərkəzlərində də keçirilən monitorinqlər zamanı ekoloji pozuntulara rast gəlinib. Şabran rayonu ərazisində ötən il ərzində keçirilən monitorinqlər zamanı məlum olub ki, rayon üzrə kanalizasiya xətləri uzun illərdən bəri istismar edildiyindən tamamilə yararsız vəziyyətdədir. Bu səbəbdən rayonda formalaşan tullantı suları rayon ərazisindən keçən Dəvəçiçay və Dərəçay təbii axarlarına və digər kanallara qoşularaq təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılır. Digər tərəfdən, Samur-Abşeron kanalı da antropogen təsirlərə məruz qalır. Siyəzən rayonunda keçirilən monitorinqlər zamanı məlum olub ki, rayon üzrə kanalizasiya xətləri və Mexaniki Təmizləyici Qurğu (MTQ) uzun müddət cari və əsaslı təmir işləri aparılmadan istismar olunduğundan hazırda yararsız vəziyyətdədir. Bu səbəbdən rayonda formalaşan bütün növ tullantı suları rayon ərazisindən keçən Ataçay və Gilgilçay təbii axarlarına qoşularaq təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılır”.
Hesabatda qeyd olunub ki, ötən il bölgənin Xaçmaz, Şabran və Siyəzən rayonlarında formalaşan tullantı suları ilə yanaşı, bərk məişət tullantılarının idarə edilməsinin vəziyyəti də araşdırılıb: “Sözügedən rayonlarda müşahidələr zamanı məlum olub ki, bərk məişət tullantılarının idarə edilməsi istiqamətində aidiyyəti qurumların olmasına baxmayaraq, tullantılar yalnız rayonların mərkəzi küçələrində idarə edilir. Mərkəzdən kənar digər küçələrdə, kənd və qəsəbələrdə formalaşan bərk məişət tullantıları isə təbii axarların sahilinə pərakəndə şəkildə atılaraq yandırılır. Nəticədə ətraf mühitin mühafizəsi qaydaları pozulur”.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO