10-03-2016, 00:45 Oxunub: 656

Ağstafanın icra başçısı otağını boşaltmağa başlayıb

Ağstafanın icra başçısı otağını boşaltmağa başlayıb











Məhərrəm Quliyevin bu həftə içində sərəncamı veriləcək

Ağstafanın icra başçısı Məhərrəm Quliyev dünəndən etibarən iş otağını boşaltmağa başlayıb. Politika.Az-a verilən məlumata görə, icra başçısının belə bir addım atmasına səbəb onunla Prezident Admnistrasiyasında edilən son söhbət olub.

Mənbənin bildirdiyinə görə, Quliyev həmin görüşdə bərk danlanıldıqdan sonra işdən azad ediləcəyi xəbərdarlığını alıb. Ona tapşırılıb ki, əşyalarını götürüb, rayonu tərk etsin. Çünki dövlət başçısının etimadını itirib.

Məlumatda deyilir ki, Məhərrəm Quliyev yeni həftənin ortalarına kimi işdən azad ediləcək. Ona yeni vəzifənin veriləcəyi isə mümkünsüz görünür. Elə Ağstafa İcra Hakimiyyətindəki mənbə də təsdiqləyib ki, otağını boşaldan icra başçısına yeni vəzifənin veriləcəyi gözlənilmir. Halbuki ilkin mərhələdə onu başqa bir rayona icra başçısı olaraq göndəriləcəyi gözlənilirdi. Lakin buraxdığı ciddi səhvlər, rayonda görülən işlərin bərbad vəziyyətdə olması işləri korlayıb. Sonda isə rayon camaatının onunla bağlı göndərdiyi şikayətlərin çoxalması da yuxarı dairələri qəzəbləndirib və karyerasının üzərindən xətt çəkiblər.
İşdən çıxarılan icra başçısı: Gedib evlənəcəyəm İşdən çıxarılan icra başçısı: Gedib evlənəcəyəm Sosial Prezident sakinləri təhqir edən icra başçısını işdən qovdu - Laçının icra başçısı da azad edildi Prezident sakinləri təhqir edən icra başçısını işdən qovdu - Laçının icra başçısı da azad edildi Gundem Bir neçə rayonun icra başçısı vəzifəsindən azad olunur - Siyahı Bir neçə rayonun icra başçısı vəzifəsindən azad olunur - Siyahı Siyaset Bələdiyyə sədriylə icra başçısı arasında qovğa: 10 MİN MANAT MƏSƏLƏSİ Bələdiyyə sədriylə icra başçısı arasında qovğa: 10 MİN MANAT MƏSƏLƏSİ Sosial Saatlının icra başçısı şikayətçiləri «Yaxamı cıraram»la hədələyir Saatlının icra başçısı şikayətçiləri «Yaxamı cıraram»la hədələyir Bolge