Astaranın gömrük şefi hədəfdə – Qaçaqmalçılıq ittihamı
Gömrük İdarəsinin rəisi özünə Astarada “krallar” kimi şərait qurub. Təqribən bir həftə əvvəl Yeniçag.az saytı Astara Gömrük İdarəsində baş siqaret qaçaqmalçılığı ilə bağlı sensasion xarakterli araşdırma dərc etmişdi. Həmin araşdırmanın izi ilə Astara Gömrük idarəsində öz araşdırmasını aparmağı qərar verdik. Sücəddin Hüseynovun “kral adətləri” Açığı deyək ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Quliyev tərəfindən Astara Gömrük İdarəsinə rəis təyin edilən Sücəddin Hüseynov artıq Astarada özünün “kral adətləri” ilə Astara camaatının diqqət mərkəzindədir. Çünki Sücəddin Hüseynov Astaraya qədəm qoyar-qoymaz özünü “kral” kimi aparmağa başlayıb. Qeyd edək ki, Sücəddin Hüseynov Astaraya gəlməmişdən əvvəl Xudafərin Gömrük İdarəsində rəis vəzifəsini icra edib. Xudafərin gömrüyü gəlir baxımından elə də strateji gömrüklərdən biri hesab olunmasa da, Sücəddin Hüseynov burda belə özünün “kübar” həyat səviyyəsi ilə diqqəti cəlb edib. Belə ki, hər bir maşınına ayrı-ayrı sürücü tutan Sücəddin Hüseynov həmçinin şəxsi aşpaz da saxlayıb və ancaq həmin aşpazın bişirdiyi yeməklərdən yeyib. “Gəlirinin az olmasına” baxmayaraq Sücəddin Hüseynov Aran Qarabağda, həmçinin Bakıda özünə ciddi biznes sahələri də yarada bilib və həmin biznes sahələri hələ də öz faliyyətini davam etdirməkdədir. Astaraya gəldikdən sonra isə Sücəddin Hüseynovun ilk işi özünün şəxsi aşpazını Astaraya gətirmək olub. Aşpazı ilə bərabər qaynı Şövqünü də Astara Gömrük İdarəsində ikinci şəxsə çevirən Sücəddin Hüseynov bundan sonra rahat bir şəkildə kabinetini krallara layiq təmir etdirib köhnə rəisdən qalan hər şeyi kabinetindən atan Sücəddin Hüseynovun kabinetin təmirinə 50 min manatdan artıq vəsait sərf etdiyi bildirilir. Etibarlı aşpazı isə həmişə qulluğunda dayanır və öz “kralını” hər cür təhlükədən qoruyur. Keçid məntəqəsini isə qaynı Şövqü idarə edir. Düzdür, bəzi hallarda aşpaz da işə qarışır, amma Astara keçid Məntəqəsində bir mənalı olaraq “at oynadan qoçu” məhz Şövqüdür. Sücəddin Hüseynovun yeni qaydaları Astaraya gəldikdən sonra Sücəddin Hüseynov yeni qaydalar və yeni gəlir yerləri açıb. Sücəddin Hüseynovu yaxından tanıyan mənbəmiz bildirir ki, Xudafərin Gömrük İdarəsində o qədərdə əli-qolu açılmayan rəis Astara “yüksək” sürət yığıb və artıq Astara gömrüyündə ciddi narazılıq obyektinə çevrilib. Qısa zamandır Astaraya gəlməsinə baxmayaraq, ondan olunan şikayətlərin sayı da artıb. Çünki Astara Gömrük İdarəsinə rəis təyin olunandan qısa müddət sonra Sücəddin Hüseynov keçid məntəqəsində özünə məxsus gəlir mənbələri və qaydalar yaratmağa başlayıb. Məlumatlı mənbəmiz iddia edir ki, gömrük rəisinin gəlir mənbəsi işlərinə Şövqü adlı qaynı rəhbərlik edir. Belə ki, yerli əhalidən sərhədi keçən hər kəs bir başa Şövqü ilə görüşməli və onun təlimatı ilə sərhədi keçib geri dönməlidir. Qeyd edək ki, artıq Yeniçag.az saytı Astara Gömrük İdarəsində siqaret qaçaqmalçılığı ilə bağlı özünün ciddi araşdırmasını dərc edib. Sücəddin Hüseynovun daha bir qaçaqmalçılığı ilə bağlı məlumat əldə edilib. Mənbə bildirir ki, Şövqü İrandan qaçaqmal yolu ilə siqaret keçirtdiyi kimi, eyni zamanda meyvə və tərəvəz məhsulları da keçirir. Belə ki, Sücəddin Hüseynov Astaraya təyinat aldıqdan sonra Şövqünün bir neçə həmyerlisi İrandan müxtəlif növ meyvələri gətirməklə məşğul olurlar. Mənbə iddia edir ki, Sücəddin Hüseynovun adamları tərəfindən İrandan gətirilən həmin meyvələr gömrükdə qeydiyyata alınmır və rüsum ödənilmir. Əslində isə Bakı şəhərinə daşınan bu meyvələrin sahibi Sücəddin Hüseynovla Şövqdü olduğu bildirilir və həftədə iki dəfə Sücəddin Hüseynovun adamları İrandan tonlarla meyvə keçirib Bakıya aparır və burda satırlar. Əldə olunan külli-miqdarda gəlir isə bölüşdürülür. Mənbə bildirir ki, hazırda Sücəddin Hüseynov Xudafərində olduğu kimi vaxtının çoxunu Bakıda və xaricdə keçirir. Astara Keçid Məntəqəsini isə qeyri-rəsmi olaraq Şövqü idarə edir. Şövqünün yeni metodları ilə çalışmaq istəməyən yerli sakinlər isə müxtəlif problemlərlə üzləşirlər. Bu barədə növbəti yazımızda. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”