Gəncədə Novruz şənliyi
Bolge
Oxunub: 1 242
19 mar 2016 | 18:28
El şənliyində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və əcnəbi qonaqlar və iştirak edib. Novruz şənliyi “Gəncəçay” park-bulvar kompleksindən başlayıb.

Şənlik iştirakçıları xalqımızın əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər. Rəmzi olaraq Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavadxan gəncəliləri “Novruz bayramı” münasibəti ilə təbrik edib.

Şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, peşəkar musiqiçilərin Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifası şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb. Xalq tətbiqi sənət nümunələri, əl işlərindən ibarət sərgilərə baxış keçirilib. Qədim el adəti yada salınaraq yumurta döyüşdürülüb.

Gəncənin rəssamlıq və incəsənət məktəblərinin kollektivləri tərəfindən hazırlanmış sərgidə Novruz bayramını, yazın gəlişini əks etdirən rəsmlər nümayiş olunub. Tədbir şəhərin çadırlarla bəzədilmiş Abbaszadə və Əttarlar küçələrində davam edib. Burada möhtəşəm Novruz tonqalı çatılıb. Kosa və Keçəlin duzlu-məzəli çıxışları isə şənliyə xüsusi rəng qatıb.
əncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ulu öndər Heydər Əliyevin təsəbbüsü ilə dövlət səviyyəsində qeyd edilən Novruz bayramı münasibətilə gəncəliləri təbrik edib. Onlara cansağlığı, ailə səadəti, barışıq və dostluq bayramı olan “Novruz”un Azərbaycan xalqına uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb. İcra başçısı prezident İlham Əliyev tərəfindən ölkədə, o cümlədən Gəncədə insanların xoş güzəranı naminə həyata keçirilən tədbirlərdən danışıb. Vətənimizin tərəqqisi və qüdrətlənməsi, şəhərimizin daha da çiçəklənməsi üçün şəhər sakinlərinə işlərində uğurlar arzulayıb.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin rəhbəri Mustafa Haşim Polad (Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı) və İngiltərənin mayda təyin olunacaq səfiri Kerol Krofts tədbirdə çıxış edərək Azərbaycan xalqına və Gəncə sakinlərinə "Novruz bayram"ı münasibəti ilə ən xoş arzularını ünvanlayıblar. İngiltərənin mayda təyin olunacaq səfiri Kerol Kroftsa Gəncə şəhər İcra Hakimiyyəti başçısı tərəfindən xalça hədiyyə olunub.
Novruz bayramı münasibəti ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən bir qrup şəxsə fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.
Şənlikdə Gəncə Dövlət Filarmoniyasının “Göygöl” xalq çalğı alətləri ansamblı və solistlərinin ifaları, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Gəncəyə gələn Artvin rəqs qrupunun çıxışları alqışlarla qarşılanıb.

Gəncədə Novruz şənliyi
Gəncədə Novruz şənliyi
Gəncədə Novruz şənliyi
Gəncədə Novruz şənliyi
Gəncədə Novruz şənliyi
Gəncədə Novruz şənliyi
Gəncədə Novruz şənliyi
Gəncədə Novruz şənliyi

ganjanews.az
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər