Daşkəsəndə orduya dəstək toplantısı keçirilib
Bolge
Oxunub: 891
4 apr 2016 | 21:24
Daşkəsəndə orduya dəstək toplantısı keçirilibAprelin 4-də Daşkəsən rayonunda bütün cəbhəboyu mövqelərdə və yaşayış məntəqələrində mövcud vəziyyətlə bağlı ümumrayon toplantısı keçirilib. Bu haqda rayon icra hakimiyyətindən musavat.com-a məlumat verilib. Yığıncaqda rayon ictimaiyyətinin nümayəndələri ağsaqqallar, gənclər, veteran hərbiçilər, əsgər valideynləri, Qarabağ müharibəsi əlilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və s. iştirak edib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncaqda giriş nitqi söyləyib. O, bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş son hadisələr və yaranmış vəziyyət bu gün hər kəsi narahat edir: “Neçə gündür ki, bütün cəbhəboyu mövqelərimiz, yaşayış məntəqələrimiz və torpaqlarımız işğalçı erməni silahlıları tərəfindən intensiv atəşə tutulur. Düşmən təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması qüdrətli ordumuzun ən vacib vəzifəsidir. Rəşadətli Azərbaycan ordusu düşmənə layiqli cavab verib. Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib. Biz müharibə istəmirik, lakin qarşı tərəf bizi zorla müharibəyə təhrik edir”.

Ə.Abıyev deyib ki, Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
O, həmçinin deyib ki, Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
İcra başçısı çıxışı zamanı bildirib ki, hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Ə.Abıyev döyüşlər zamanı düşmənin canlı qüvvə və texnika baxımından ağır itkilər verdiyini diqqətə çatdırıb. Düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə başsağlığı verib.

“Daşkəsənlilərin hər biri bu istək və arzu ilə yaşayır, hamı müsəlləh əsgər kimi Ali Baş Komandanın hər hansı bir əmrinə hazırıq” – deyə o, söyləyib.

Ə.Abıyev onu da deyib ki, dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyev bütün çıxışlarında bildirib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır. Biz çalışırıq ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq və ədalətli işdir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur. Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, Azərbaycanın ərazi bütövlüyü istənilən yolla tezliklə bərpa ediləcəkdir. Buna biz əminik, çünki güclü ordumuz var.
“Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da bu fikri böyük inamla və əsaslandırılmış şəkildə xalqımıza çatdıraraq qeyd edib ki, ordumuzun döyüş ruhu, hazırlığı düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin mənəvi-psixoloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir” – deyə Ə.Abıyev bildirib.

Ə.Abıyevdən sonra İ.Nəsimi adına 1 saylı tam orta məktəbinin müəllimi Rəna Aslanova, 5 saylı Körpələr evi və Uşaq bağçasının müdiri Mehriban Rüstəmova, Müharibə əlilləri və Əmək veteranları şurasının sədri Elman Məmmədov, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri ictimai birliyinin sədr müavini Ənvər Əliyev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, RİHB-nın müavini Cavanşir Qocayev çıxış ediblər.

Onlar erməni işğalçı ordusunun tarixən Azərbaycan torpaqlarında törətdikləri soyqırımlardan, bəşəri cinayətlərdən, böyük haqsızlıqlardan Azərbaycan xalqına vurduğu maddi və mənəvi zərbələrdən danışıblar. Tədbirindən sonra Əhəd Abıyev başda olmaqla rayon ictimaiyyətinin bir qrup nümayəndəsi “N” saylı hərbi hissəyə əsgərlərlə görüşə gedib. Görüşdə Əhəd Abıyev əsgərlər qarşısında çıxış edərək Azərbaycan ordusunun qüdrətindən, yenilməzliyindən, vətənpərvərliyindən danışıb.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb