Alı Alıyev oğlunu necə «xilas» etmək istəyir?- ƏSGƏRLƏRLƏ GÖRÜŞ ŞOUSU
Bolge
Oxunub: 923
19 apr 2016 | 11:22
Alı Alıyev oğlunu necə «xilas» etmək istəyir?- ƏSGƏRLƏRLƏ GÖRÜŞ ŞOUSU










Elvin Alıyevi təmizə çıxarmaq istəyən icra başçısı yeni oyunlar qurub, Füzulidə uşaq bağçalarına ayrılmış ərzaqlar məmurların restoranında satdırılır, rayonda toylar qadağan edilib

Ötən günlərdə Füzulinin icra başçısı Alı Alıyev və oğlu Elvin Alıyevlə bağlı bir sıra maraqlı məlumatlar yayılmışdı. Ölkə mediasında yer almış xəbələrdə vurğulanırdı ki, rayon Polis Şöbəsinə zabit kimi adı gedən, lakin bütün günü Bakıda əyləncə mərkəzlərində vaxt öldürən icra başçısının oğlu, bahalı avtomobilləriylə küçələrdə şütüyür. Hətta o da iddia olunurdu ki, sözügedən şəzs Füzuli Polis Şöbəsinin yerini belə tanımır.

Kurator rayona niyə gəlmişdi?

Redaksiyamız xəbər verir ki, Alı Alıyev yazılanlardan dolayı ciddi narahatlıq keçirib. Hətta iş o yerə çatıb ki, bununla bağlı bəyanatlar yaydıraraq, özünə haqq qazandırmaq fikrinə də düşüb. Lakin icra başçısının bütün ciddi cəhdlərinə rəğmən, yuxarıdan acı söz eşidib. Hətta zona üzrə Prezident Adimnistrasiyasının kuratoru rayona gələrək, baş verənlərlə bağlı Alıyevdən izahat istəyib.

İcra başçısından oğluna «unikal» təklif

Alı Alıyev oğlunu baş verənlərdən necə «xilas» etmək barədə düşünərkən, olduqca unikal bir vasitə tapır. Məlumatlara görə, Füzulinin icra başçısı oğlu Elvin Alıyevi yanına çağıraraq, ona qəti tapşırıq verib. Həmin tapşırığa əsasən Alıyevin oğlu əsgərlərlə görüş keçirməli, onlara siqaret paylamalı və bütün bu olaylar da videokameranın yaddaşına köçürülməlidir.
Qeyd edilir ki, Füzulinin icra başçısı bütün bu işlər tamam olduqdan sonra həmin görüntüləri özlərinə yaxın olan saytlarda yaymsağı düşünürlər. Və bu addımıyla Prezident İlham Əliyevə necə «sədaqətli» olmalarını isbatlamaq, habelə oğlunun başqa işlərlə deyil, gecə-gündüz əsgərlərlə birlikdə «keçirdiyini» nümayiş etdirməyə çalışır. Yəni, Alı Alıyev hesab edir ki, oğlu əsgərlərlə görüşüb, onlara siqaret paylayarsa, hər zaman ordunun yanında olduqlarını nümayiş etdirmiş olacaq.
Redaksiyamız xəbər verir ki, icra başçısının belə bir addım atması sözün həqiqi mənasında biabırçılıqdır. Polisdə çalışan zabit oğlunun əl-ayağını bir yerə yığa bilməyən icra başçısı, rayonu necə idarə edəcək? Əslində isə analoji addımı Ağdamın icra başçısı Raqbu Məmmədov da atmışdı. Bir müddət əvvəl Məmmədovun oğlu cəbhə xəttinə gedərək, orada əsgərlərlə görüş keçirmişdi. Lakin məlum oldu ki, cəbhə xəttinə gedmək bir qadağadırsa, digəri də orada çəkilişin aparılmasının qadağan edilməsidir. Çünki həmin görüntülər düşmənin əlinə keçərək, hərbi hissələrimizin harada yerləşdiyini nümayiş etdirmiş olar. Görünür, Alı Alıyev həmkarının başına gələnlərdən dərs çıxarmayıb.

Milyonlarla manat vəsait hara yoxa çıxıb

Redaksiyamız xəbər verir ki, ötən il Füzuli rayonunun Kommunal Müəssisələr Kombinatına asfalt yolların çəkilməsi məqsədiylə 784 min manat pul «xərclənib». Lakin ortada nə tutarlı bir asfalt var, nə də pulun nəyə xərcləndiyini bilən.
Qeyd edək ki, ötən il 36 min manat büdcə pulu Mənzil İstismar İdarəsinə ayrılıb. Halbuki binaların üzlənməsi və cari təmir olunması üçün ayrılmış həmin pullar yeyilib. Qəribədir ki, bu işləri görən podratçı şirkətin adı belə məlum deyil. Füzuli rayon Maliyyə İdarəsinin rəisi Zaur Aslanov isə həmin vəsaitləri naməlum hesablardan birinə köçürüb və nağdlaşdırıb. Həmin pulu Alı Alıyevə təqdim etdikdən sonra sakitləşən idarə rəisi, bununla məsələni ört-basdır etməyə çalışıb.
Məlumatlarda vurğulanır ki, həmin 36 min manatın hamısı icra başçısının oğlu Elvin Alıyev tərəfindən götürülüb. Bu qədər pulun kimə və nəyə xərclədiyi isə məlum deyil.

Bağçalara verilməli olan ərzaqlar restoranda satdırılır

Füzuli rayonunda bibarçılığa səbəb olmuş bir başqa fakt da ortaya çıxıb. Redaksiyamıza daxil olan məlumatda vurğulanır ki, Alı Alıyev və oğlunun əməllərinə yardımçı olan Cəmşid və Adil Əmirovlar bütün icra rnümayəndələrinin pullarını öz firmalarında yerləşdiriblər. Bu azmış kimi, uşaq bağçaları üçün ayrılmış pulları da eybəcər şəkildə mənimsəyiblər.
Məlumatda vurğulanır ki, ayrılmış pulun bir hissəsinə uşaq bağçalarına keyfiyyətsiz və mənşəyi məlum olmayan ət və ət məhsulları alınıb. Bundan başqa, vaxtı keçmiş ərzaqların alınması hallarının da mövcud olduğu deyilir. İşin ən biabırçı tərəfi odur ki, həmin bağçalara ətin bir kiloqramını 9,5 manata sənədləşdiriblər.
Bu azmış kimi, ayrılmış ərzaqların heç də hamısını uşan bağçalarına verməyiblər. Məlum olub ki, həmin ərzaqlar Cəmşid Əmirovun Zobucuq 1 qəsəbəsində ayrı bir şəxsin pay torpağı üzərində tikilmiş restoranda müştərilərə satılır.

Toylar qadağan edilib

Füzuli rayonunda toylar da qadağan edilib. Belə bir göstərişi isə icra başçısı verib. Redaksiyamıza daxil olan məlumata görə, rayon rəhbərinin tapşırığı ilə İcra Hakimiyyətinin nümayəndələri şadlıq evlərini, hətta həyətləri gəzərək övladlarına toy edənlərə bunun qadağan olduğunu çatdırırlar. İsrar edənlərlə münaqişə yaranmasın deyə tövsiyyə olunur ki, ya toyu çalğısız etsinlər, ya da musiqi o qədər aşağı səsdə olsun ki, kənardan duyulmasın.
Qeyd edək ki, Azərbaycan Ordusu son döyüşlərdə şəhid verib. Lakin ölkədə nə matəm olunub, nə də bunun üçün hər hansı bir əsas var. Döyüşdə əsgər şəhid də olar, qazi də. Eyni zamanda, atalarımız deyib ki, xeyirlə şər qardaşdır. Əgər zərurət olsaydı, Azərbaycan hökuməti yerli telekanallardakı bütün konsert proqramlarını dayandırar və ya qadağan edərdi. Alı Alıyevin belə bir göstəriş verməsinə gəldikdə isə bunun üçün hər hansı bir aqrument də mövcud deyil. Görünür, icra başçısı özünü camaata şirin satmaq üçün yeni metod tapıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb