Samux rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı
Bolge
Oxunub: 867
18 apr 2016 | 21:27
Samux rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağıAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dünyada və ölkəmizdə baş verən iqtisadi prosesləri geniş təhlil etmiş və qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.
Cənab Prezident iclasdakı çıxışında ayın əvvəlində Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribat törətdiyini, təxribatın qarşısının ordumuz tərəfindən qətiyyətlə alındığını, düşmənə layiqli cavab verildiyini qeyd etmişdir. Bu qanlı toqquşma bir daha onu göstərir ki, Ermənistan işğalçı siyasətini davam etdirir və çalışır ki, danışıqlar prosesi pozulsun. Bunu deməyə kifayət qədər əsas var, ilk növbədə, danışıqların 20 ildən çox müddət ərzində aparılması onu göstərir ki, Ermənistan sadəcə olaraq danışıqları sonsuz proses kimi görmək istəyir. Digər tərəfdən, danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistan müxtəlif yollarla danışıqları pozmağa cəhd göstərir. Son dövrün hadisələri bunu təsdiq edir.
Bu gün Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır və bölgədə sabitləşdirici rol oynayır. Birinci rübdə Azərbaycana 10 xarici dövlət və hökumət başçısı səfər etmişdir. Onların arasında rəsmi səfərlər olmuş və IV Qlobal Bakı Forumunda iştirak etmək üçün dövlət və hökumət başçıları gəlmişdir. Dünya birliyi Azərbaycana böyük hörmətlə və rəğbətlə yanaşır. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl Ölkəmiz BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur.
Birinci rübdə iqtisadi islahatlar daha da sürətlə aparılmışdır. Cənab Prezident 2016-cı ilin dərin iqtisadi islahatlar ili olacağını xüsusi olaraq qeyd etmişdir. İlin əvvəlindən ölkə başçısı tərəfindən bir çox sərəncamlar imzalanmış və qanunlar qəbul edilmişdir.
Birinci rübün yekunlarına görə respublikamızda ümumi daxili məhsul aşağı düşmüşdür. Ancaq nikbinliklə demək olar ki, il ərzində ümumi daxili məhsul artacağı gözlənilir. Bunu deməyə əsas verən odur ki, ilin birinci rübündə Azərbaycanda qeyri-neft sənayesi 5,0 faizdən çox artmışdır. Bu da onu göstərir ki, ümumi daxili məhsulun azalması, ilk növbədə, neftin qiymətinin aşağı düşməsi və ondan yaranan vəziyyət ilə bağlıdır.
Ancaq qeyri-neft sənayesinin beş faizdən çox artması, ümid verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcəkdir. Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir.
Birinci rübdə 37 min yeni iş yeri yaradılmışdır. Onlardan 31 mini daimi iş yeridir, 13 min iş yeri bağlanmışdır. Yeni iş yerlərinin yaradılması daha çox dövlət sektorunda baş vermişdir. Bu da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında öz həllini tapmışdır.
Azərbaycan sosial dövlətdir və bütün iqtisadi islahatlar, uğurlu neft-qaz siyasəti bir məqsədə xidmət edir, insanlar daha da yaxşı yaşasınlar. İndi dünyada iqtisadi və maliyyə böhranının davam etdiyi, neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, bu il Azərbaycanda maaşlar və pensiyalar 10 faiz artırıldı.
Regionların iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil etdiyindən, kənd təsərrüfatının inkişafı ölkəmiz üçün həmişə prioritet olmuş və indiki şəraitdə bunun önəmi daha da artır. Birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı 2,7 faiz artmışdır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədlə son illər ərzində böyük işlər görülür. Fermerlərə dəstək verilir, subsidiyalarda yeni yanaşmalar təklif olunur. Hər bölgə, rayon üzrə xüsusi bir subsidiya siyasətinin aparılması istiqamətində tədbirlər həyata keçirilir.

2016-cı ilin birinci rübünün yekunu ilə bağlı görülmüş işlərin təhlili və proqnozlar göstərir ki, rayon iqtisadiyyatının inkişafındakı artım dinamikası davam etmişdir. Eyni zamanda rayonda tikinti-quruculuq və abadlıq işləri sahəsində işlər uğurla aparılmışdır.
İlin əvvəlində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir. Belə ki, rüb ərzində 273-ü daimi olmaqla 740 yeni iş yeri yaradılmışdır.
Tikinti-quruculuq işləri davam etdirilmişdir. Rayonun Qarayeri qəsəbəsi və Qovlarsarı kəndində 7 yaşayış binasında təmir işlərinə başlanılmış və həmin binaların. Hazırda həmin yaşayış binalarında digər təmir işləri davam etdirilir.
Alabaşlı qəsbəsi 1 saylı uşaq bağçasında yenidənqurma və bərpa işlərinə başlanmış və hazırda işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin aradan qaldırılması məqsədilə verdiyi müvafiq tapşırığa əsasən rayon ərazisində iri taxılçılıq təsərrüfatının yaradılması məqsədi ilə “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət üçün 5000 ha münbit torpaq ayrılmışdır. Cəmiyyət tərəfindən təsərrüfatda çalışacaq maşın-mexanizmlər gətirilmişdir. Həmin sahənin suvarılma sisteminin qurulması “Abkon” MMC şirkəti tərəfindən icra edilir. 13 km əsas su xətti çəkilmişdir. Kompleksin idarə edilməsində istifadə olunacaq yardımçı binaların tikintisi davam etdirilir. Yaxın vaxtlarda həmin ərazidə 3000 hekta qarğıdalı əkilməsi həyata keçiriləcəkdir. Bu isə öz növbəsində yüzlərlə yeni iş yerinin yaradılmasına imkan verəcəkdir.

Qeyd edilməlidir ki, görülmüş işlərlə yanaşı qarşımızda görüləcək işlər də vardır:
- ilk növbədə hesabatda qeyd edilən tikinti - quruculuq işlərinin qısa müddətdə başa çatdırılmasıdır;
- bununla bərabər Samux şəhər - Füzuli - Lək - Əlibayramlı - Qarabağlar - Çobanabdallı – Samux şəhər dairəvi avtomobil yolunun qalan hissəsinin də çəkilişinə nail olmalıyıq.
- şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də əsas hədəflərimizdəndir və bu sahədə müvafiq işlər aparılır;
- rayon mərkəzinin və ətraf yaşayış məntəqələrinin kanalizasiya və mərkəzləşdirilmiş içməli su sisteminin qurulmasının reallaşması istiqamətində də işlər aparılır;
- Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir;
- qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi və əhalinin məşğulluğunun tam təmin olunması üçün yeni istehsal və emal müəssisələrinin yaradılmasını təmin etməkdən ibarətdir.
-Bununla bərabər 2 min hektar sahədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün 12,0 milyon manat və 25 min ton kartofun yetişdirilməsi üçün 5,0 milyon manat investisiyanın ayrılması Dövlət İnvestisiya Proqramına salınmışdır. Bu da öz növbəsində yüzlərlə iş yerinin açılmasına imkan verəcəkdir.
-Rayonda xalça sexinin açılması və arıçılıgın inkişaf etdirilməsi də nəzərdə tutulur.

samux-ih.gov.az
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb