Gecə cəbhədə vəziyyət gərginləşib - VİDEO
Bolge
Oxunub: 6 218
24 apr 2016 | 10:53
Gecə cəbhədə vəziyyət gərginləşib - VİDEO








Gecə saatlarında cəbhədə vəziyyət gərgınləşib

Ermənistan silahlı birləşmələri cəbhəyanı kəndləri atəşə tutub. Azerinfo.az anspress-ə istinadən xəbər verir ki, ANS-in çəkiliş qrupu kəndin atəşə tutulmasını lentə ala bilib. Nisbi sakitlik isə Azərbaycan Silahlı Qüvvələrinin cavab zərbələrindən sonra bərpa olunub.

Aprel ayının əvvəlində başlayan 4 günlük hərbi əməliyyatlardan sonra cəbhədə ağır artilleriya silahlarının səsləri eşidilməsə də, atəş səsləri səngiməyib. Qarşı tərəf, əsasən, axşam saatlarında cəbhəboyu "aktivlik" göstərir. Qarşı tərəf bu dəfə Tərtərin cəbhə xəttinə yaxın yerləşən Qapanlı kəndini gülləbaran edir.

Kənd sakinləri: "Öz vətənimzidə, torpağımızdayıq. Biz buranı tərk eləməyəcəyik. Burdayıq, burada da olacağıq."

Kənd sakinlərinin sözlərinə görə, hərbi əməliyyatlar dayandıqdan sonra təqribən 2-3 gün cəbhədə sakitlik olub. Qapanlı sakini Elşən Məmmədov deyir ki, açıq əraziyə çıxmaq təhlükəli olduğundan mal-qaranı qapalı yerlərdə saxlamaq məcburiyyətində qalırlar. Təmas xəttinə yaxın yerləşən əkin sahələrinə isə çıxmaq, ümumiyyətlə, mümkün deyil.

"Mal-qara əlimizdə qalıb. Tövlədə saxlayırıq, heç hara çıxmağa imkan yoxdur. Sahəmizə çıxa bilmirik. Şükür kənddə, hələ ki, salamatçılıqdır, atəş açıblar mərmilər kəndin qıraq-bucağına dəyib", - kənd sakini Elşən Məmmədov dedi.

Gecəyə doğru atəş səsləri daha da intensivləşir. Çəkiliş qrupu kəndin atəşə tutulmasını lentə ala bilir. Atışma fasilələrlə təqribən 1 saat davam edir.

Hər anı təhlükəli, güzəranlarının çətin olmasına baxmayaraq kənddə heç kim ata-baba yurdunu tərk etmək fikrində deyil.

"Təsərrüfatımıza baxa bilmirik, taxılımız, yoncamız məhv olub gedir, imkan vermirlər ki, çıxaq təssərrüfatla məşğul olaq. Dolanışığımız zəifdir. Amma biz ruhdan düşmürük, yenə də öz ev-eşiyimizdə, öz vətənimzidə, torpağımızdayıq. Biz buranı tərk eləməyəcəyik. Burdayıq, burada da olacağıq", - kənd sakini Natiq Quliyev bildirdi.

Gecə boyu erməni silahlı birləşmələri Tərtərin Qapanlı kəndi ilə yanaşı cəbhənin Ağdam istiqamətində də Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə məruz qoyub. Təmas xəttində nisbi sakitlik isə Azərbaycan Silahlı Qüvvələrinin cavab zərbələrindən sonra bərpa olunub.


Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...