Saatlıda "təhsil şefi"nin oyun qaydaları
Bolge
Oxunub: 2 336
4 okt 2014 | 16:20
Saatlıda "təhsil şefi"nin oyun qaydalarıŞamil Nurəliyevin qol qoyduğu maxinasiyaların səs-sorağını eşitdikcə, həm zəlzələyə, həm də vəlvələyə düşürük
Yeni dərs ili başlasa da, Saatlıda təhsil şöbəsinin müdiri Şamil Nurəliyevin köhnə tədris ilindən qalma əməllərini eşitdikcə, həm vəlvələyə, həm də zəlzələyə düşürük. Bəlkə də, sadalayacağımız olaylar kimlər üçünsə ciddi əhəmiyyət kəsb etməz, amma məsələnin dərinliklərinə varanda görürsən ki, Saatlı təhsilinin şefi hansı oyun qaydalarına qol qoyur, nə kimi fırıldaq əməllərinə imza atır. Məsələn, onun köhnə tədris ilində qol qoyduğu əməllərdən yalnız bir neçəsini, informasiya mərkəzimizə çatdıran Əliyev Ramin Ramiz oğlu bildirir ki, "mən Şamil müəllimin elə bir toruna düşmüşəm ki, bu gün də nə qədər çabalasam da həmin tordan çıxa bilmirəm". Əslən Sabirabad rayonundan olan R.Əliyev vurğulayır ki, Şamil müəllim 06 aprel 2013-cü il tarixdə məndən 2500 manat pul aldı ki, mən Siracəddin Cabbarovla danışmışam, istəyirik səni rayonun Mircəlal kənd orta məktəbinə direktor təyin edək. Yəni, pulu Siracəddin müəllimə verəcəyəm deyib, qeyd etdiyim tarixdə o, məndən 2500 manat pulu aldı. R.Əliyev onu da bildirir ki, bir müddət vaxt keçdikdən sonra məni direktor vəzifəsinə yox, 07 may 2014-cü il tarixdə Saatlı rayon Təhsil Şöbəsinə metodist vəzifəsinə təyin etdilər. Az müddət ərzində metodist vəzifəsində çalışsam da, çox keçmədi ki, mənə bildirdilər: "bəs sən işdən çıxmaq haqda ərizə yazmalısan, çünki sənin daşıdığın vəzifəyə başçı Xəlilağa adlı bir şəxsi təyin etmək istəyir". Bu minvalla məni gözümçıxdıya salan Şamil Nurəliyev, bir az da "uzaqgörənlik" etdi və 03 iyun tarixdə işdən azad olunmağım haqda əmrdən çıxarışı, rayon icra hakimiyyətinin başçısı Siracəddin Cabbarova təqdim edir. Belə bir yollarla daşıdığı vəzifəsindən azad olunan R. Əliyevin yerinə, Xəlilağa adlı şəxs təyin olunur.
R.Əliyev rayonun orta təhsil ocaqlarında yaşanan olaylardan da bəhs edərək bildirir ki, "bu gün bəlkə də Saatlı rayonu respublikamızda yeganə rayondur ki, təhsili şüurlu şəkildə məhv edilir, Şamil Nurəliyev büdcədən ayrılan pul vəsaitlərini minbir yollarla mənimsəyə bilir, kimlərinsə ağlına gətirə bilmədiyi maxinasiyalara da qol qoyur". Məsələn, adicə rayonun Novruzlu kənd orta məktəbində yaşanan olaylardan bəhs edən R. Əliyev vurğulayır ki, məktəbin direktoru Əliyev Əhəd Abbas oğlu, atdığı addımlarına görə heç də Şamil müəllimdən geri qalmır. Və o da minbir oyun qaydalarına qol qoymaqla, Saatlı təhsilinin bel sütununa zərbələr vurmaqda davam edir. Adicə bir faktı qeyd etmək kifayət edər ki, əsl həqiqətlər hər kəsə bəlli olsun. Məsələn, məktəbin ştat cədvəlində Pərvanə İsmayılova adlı bir müəllimə var, o, ümumiyyətlə məktəb üzü görmür. Və ona aid dərs saatlarını Lənkəran Dövlət Universitetinin qiyabi şöbəsində təhsil alan, 4-cü kurs tələbəsi Xanım Sadıqlı keçir. İxtisasca ədəbiyyatçı olan Xanım Sadıqlı artıq 3 ildir ki, Pərvanə xanıma aid olan dərs saatlarını keçir və adı heç bir ştat cədvəlində, hansısa sənəddə rəsmən sənədləşməyib. O, onu da qeyd edir ki, Pərvan İsmayılovaya aid bankomat kartı ötən tədris ilində Xanım Sadıqlı da olub. O, həmin kartla hər ay 200 manat pul çıxara bilib ki, həmin pulun 170 manatını özünə götürüb, 30 manatını isə məktəbin direktoruna verib. Bu gün həmin bankomat kartı Əhəd Əliyevdədir və həmin kartın Xanım Sadıqlıya verilib-verilməməsi haqda məlumata malik deyilik.
Bundan əlavə, guya Novruzlu kənd orta məktəbində 4 ildir ki, psixoloq dərsi keçilir. Bu ad adı altında Qədimova Billur Zirəddin qızının adı ştat cədvəlində rəsmləşdirilərək, psixoloq müəllimi kimi göstərilib. Amma o, məktəb üzü tanımadığından, onu bir kimsə də tanımır. Bakı şəhərində yaşayan Billur Qədimovanın tanıyıb bildiyi və çəkdiyi "zəhmət"-in müqabilində aldığı 345 manat pul var ki, o da hər ay həmin pulu rahatlıqla mənimsəyə bilir.
Diqqəti cəlb edən digər hal da odur ki, məktəbdə 4 ibtidai sinif olduğu halda, 8 sinif müəlliməsi var. Siniflərdə müəllimlər dərsləri ixtisas fənlərinə uyğun keçmirlər. Məsələn, riyaziyyat fənnini ana dili müəllimi, ana dilini isə başqa ixtisas sahibi olan müəllimlər keçirlər. Belə bir halın varlığı da, nazirin göstərişi ilə birbaşa ziddiyyət təşkil edir. Məktəbdə çalışan Nuray və Gülnaz müəllimə saat hesabı dərs keçsələr də, hər iki müəllimə əvvəllər heç bir yerdə işləməyiblər.
Bu gün hər kəsin daha çox müzakirə etdiyi mövzulardan biri də, Novruzlu kənd orta məktəbinin direktoru Əhəd Əliyevin, məktəb müəllimlərinin və texniki işçinin adına "Kapital" bankdan kredit pul götürməsidir. "Mən bu pulları Şamil Nurəliyevə verəcəyəm" deyib, minbir cildə girən direktor, bu ad altında onları əməlli-başlıca tora sala bilib. Məsələn, ixtisasca ingilis dili müəllimi olan Yaşar müəllimin adına 3000 manat pul götürən Əhəd müəllim, bu gün ona borclu olduğu 380 manatı və xtisasca riyaziyyatçı olan Rəfayel müəllimin adına götürdüyü 3000 manatı, hələ ki, geri qaytarmaq fikrində deyil. Məktəbdə texniki işçi olan Şanxayı isə, o başqa bir yolla aldada bilib. Yəni, "sən 1500 manat pulu götür ver mənə, mən həmin pulu sənin oğlunun toyuna qədər qaytaracağam" deyən Əhəd müəllim, əldə etdiyimiz məlumatlara görə, bu günə qədər həmin pulun yalnız 200 manatını qaytara bilib. Elə ki, pul sahibi pulunu istəyir, bu zaman minbir bəhanələrlə, başaldadıcı vədlərlə Şanxayı aldada bilən direktor həmişə çalışır ki, sudan duru çıxa bilsin.
Ümumiyyətlə, Şamil müəllimin əməlləri haqda danışan R.Əliyev onu da bildirir ki, o, hər zaman çalışır ki, tabeçiliyində olanları hansısa yollarla tora salsın. Məsələn, müəllimlərdən bir kimsə test imtahanı zamanı lazım olan keçid balını toplayıb Novruzlu məktəbinə düşdüyü halda, Şamil müəllim onu Hacı Qasımlı kəndinə göndərir və özünə yaxın olandan 1500 manat alaraq, həmin müəllimi Novruzlu kəndində saxlayır. Hətta, bu azmış kimi o, R.Əliyevdən 01 oktyabr 2014-cü il tarixdə işdən çıxmaq haqda məcburi ərizə alsa da, ondan vaxtilə rüşvət çəklində aldığı pulu geri qaytarmır. Rayonun bəzi məktəblərində sanki açıq-aydın uşaq alveri gedir. Belə ki, Novruzlu məktəbinə qonşu Sabirabad rayonunun 8 saylı beynəlmiləl məktəbindən, 2 saylı N.Nərimanov adına tam orta məktəbindən uşaqların siyahıları gətirilir və bu yolla fakültətiv məşğələ sinifləri düzəldirlər. 2013-2014-cü tədris-buraxlış ilində də, bu yolla 8 uşaq 2 saylı məktəbdən, 2 uşaq isə Balakən kənd ümumi orta məktəbindən gətirilərək siniflər düzəldilib ki, bütün bunların da başında Ş.Nurəliyevin özü durub.
Bu gün Saatlı təhsilində yaşanan olayları eşitdikcə dəhşətə gəlirik, sanki şoka düşürük. Maraqlı haldır ki, bu qədər oyun qaydalarına qol qoyan, təhsilimizin bel sütununa bilərəkdən zərbələrini vuran Ş.Nurəliyev, hansı əsasla daşıdığı vəzifəsində saxlanılır? Görəsən, cənab Mikayıl Cabbarov bu qədər rüşvətə, haqsızlığa, özbaşınalığa imza atan bir şəxsi, nə vaxt Saatlı təhsilinin başı üzərindən nə vaxt azad edəcək ki, rayonun təhsilində ab-hava köhnə düşüncə tərzindən xilas ola bilsin? Odur ki, həmin anı həm gözləyək, həm də izləyək.
Hörmətli oxucular! Daha ətraflı açıqlamalarımızı, yaxın günlərdə diqqətinizə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb