28-05-2016, 16:37 Oxunub: 559

Biznesmen sosial müavinət aldı – Qubada

Biznesmen sosial müavinət aldı – Qubada









Quba rayonundan 24saat.org-a müraciət edən yerli sakinlərin sözlərinə görə, yardıma möhtac olan Məmmədrzayev Arif Qəribşah oğlu ailəsi üçün ünvanlı sosial yardım almaq üçün uzun illər şikayətlər edib. Lakin nəticəsi olmayıb. Bundan sonra o, 2012-ci ildə ölkə Prezidentinə müraciət etməli olub.
Lakin bir neçə iribuynuzlu heyvanları, onlarla arı yeşikləri, onlarla ev quşları (toyuqları) və hektarlarla əkin sahələri olan “Zərqava” ittifaqının sədri və təsisçisi Abdullayev Mübariz Abdal oğlu üçün 2014-2015-ci illər dövrü üçün hər ay 150,09 manat məbləğində ünvanlı sosial yardım təyin edilib.
Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin ünvanlı sosial yardımla bağlı elektron məlumatlarında yardıma ehtiyacı olmayan, lakin qanunsuz yardım alan şəxslərin yaşayış ünvanları qeyd edilmir. Bununla da qanunsuz ünvanlı sosial yardım alan şəxslər barədə məlumatların gizliliyi təmin edilir.
24saat.org saytı məsələs ilə bağlı araşdırmalarını davam etdirir.
Yardımlının bir kəndi sosial yardıma həsrət qalıb Yardımlının bir kəndi sosial yardıma həsrət qalıb Bolge İmişlidə ünvanlı sosial yardım biabırçılığı İmişlidə ünvanlı sosial yardım biabırçılığı Bolge Yardımlıda ünvanlı sosial yardım bazarı Yardımlıda ünvanlı sosial yardım bazarı Bolge Şamaxıda ünvanlı sosial yardımı zəngin ailələrə verirlər Şamaxıda ünvanlı sosial yardımı zəngin ailələrə verirlər Bolge Azərbaycanda ünvanlı sosial yardım alanların sayı azaldı Azərbaycanda ünvanlı sosial yardım alanların sayı azaldı Sosial