Beyləqan DSMF-də kürəkən-qaynata maxinasiyası
Bolge
Oxunub: 959
14 in 2016 | 10:59
Beyləqan DSMF-də kürəkən-qaynata maxinasiyası











Xaqani Hüseynovla Maqsud Abbasov dövlət idarəsində bazar açıb

Beyləqan rayon Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə bağlı redaksiyamıza daxil olan məlumatları təqdim etmişdik. Elvin Cabbarov adlı rayon sakininin şikayət məktubunda bildirilirdi ki, DSMF-nin müdiri Xaqani Hüseynov qanunla onlara düşən müavinətin verilməsinə mane olur və rüşvət tələb edir.

“DSMF-nin rayon şöbəsinə etdiyim müraciətə müdir Xaqani Hüseynov cavab vermir. Şöbə müdirinin qəbulunda olmuşam. O, açıq-aşkar dedi ki, məsələ ancaq müəyyən qədər vəsait ödəməklə, yəni rüşvət verməklə həll oluna bilər. Xaqani Hüseynov həmçinin vəzifəyə yenicə təyin edildiyini deyərək bildirdi ki, “nazirlik hər işə görə hesab tələb edir və buna görə rüşvət almağa məcburam” deyə şikayətçi bildirirdi.

Həmçinin şikayətçi qeyd edirdi ki, Xaqani Hüseynov ona bu vəzifəyə gəlmək üçün 25 min manat xərc çəkdiyini də etiraf edib və indi peşman olduğunu bildirib. Çünki DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilib. Bu səbəbdən gördükləri bir çox işdə problemlərlə üzləşirlər.

Bunları xatırlatmağımızın səbəbi var. Belə ki, MilliYol.Az-a Beyləqandan yeni şikayət məktubu daxil olub. Bu dəfəki məktubun sahibi – rayonun Çəmənli kəndinin sakini Nəbiyev Bəxtiyar Yusif oğlu iddia edir ki, DSMF-də ondan rüşvət tələb olunub. Belə ki, qurumun sektor müdiri Maqsud Abbasov onu pensiyaya çıxartmaq üçün 1000 manat pul istəyib.

Şikayətçi qeyd edir ki, Maqsud Abbasovun əsas işi DSMF-yə ödənilən vəsiatlərə nəzarət etməkdir. Amma kürəkəni Xaqani Hüseynov DSMF-yə müdir təyin ediləndən sonra şöbədə bütün işləri Maqsud Abbasov həyata keçirir. Onun sözlərinə görə, Maqsud Abbasov DSMF-nin “makler”i funksiyasını yerinə yetirir və kürəkəni bütün işləri qaynatasına həvalə edib. Hətta artıq işçilərin təyinatı və çıxarılması işlərinə də Maqsud Abbasov nəzarət edir. Bir sözlə, qayınata-kürəkən əl-ələ verərək Beyləqan DSMF-də əsl bazar açıblar.

Sonda şikayətçi əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova müraciət edərək, rayon DSMF-də qaynata-kürəkən kabusuna qarşı tədbir görməyi xahiş edib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub