ŞOK: Məktəb müəllimlərindən büdcə adı ilə pul yığılır - Müdir təsdiqlədi
Bolge
Oxunub: 867
14 in 2016 | 20:48
ŞOK: Məktəb müəllimlərindən büdcə adı ilə pul yığılır - Müdir təsdiqlədi












Şəmkirdə məktəb müəllimlərindən pul yığılır. ANS PRESS-in məlumatına görə, bütün Şəmkir məktəblərində işləyən müəllimlərdən 150-180 manat civarında pul tələb olunur.

Adı çəkilən rayonun məktəblərindən birində çalışan müəllimə Şükufə Allahyarova (ad şərtidir) deyir ki, bu gün məktəb direktoru onlara bildirib ki, maaşlarından rəsmi 30-50 manat tutulacaq, əlavə isə özləri məktəbə nağd olaraq 100 manat verməlidirlər. Səbəbini soruşan müəllimlərə direktor bildirib ki, 2014-cü ildə onlara artıq maaş vurulub, indi həmin pulu büdcəyə qaytarmaq lazımdır.

Faktı Şəmkir rayon təhsil şöbəsindən də təsdiqlədilər. Şöbənin baş mühasibi Arzu Əmiraslanov bildirdi ki, belə bir hal var, amma müəllimlərdən 150-180 manat deyil, cəmi 30-50 manat pul istənilib.

"Müəllimlərə deyilib ki, ya özləri bu məbləği versinlər, ya da maaşlarından tutulacaq. Buna səbəb 2014-cü ildə müəllimlərin məzuniyyətinin orucluq ayına düşməsi ilə bağlıdır. Yəni məzuniyyət bayrama düşdüyündən prezidentin sərəncamı ilə onlara daha iki gün ödənişsiz məzuniyyət verilməliydi. Biz isə onlara iki günün yerinə əmək haqqı ödəmişik və indi onu geri qaytarırıq", - deyə Arzu Əmiraslanov bildirdi.

2014-cü ildə baş verən hadisənin indi araşdırılması barəsində də məlumat verən baş mühasib qeyd etdi ki, bu haqda, əslində onların ötən il də xəbərləri olub: "Biz bunu 2015-ci ildə bilmişdik, amma məsələni dayandırdıq. İndi isə nəzarətçilər məsləni bir daha araşdırıblar və deyirlər ki, büdcə bərpa olunmalıdır".

Müəllimlərin şikayətləri ilə bağlı ANS PRESS-in müraciətinə Təhsil Nazirliyindən məsələdən xəbərsiz olduqlarını bildiriblər. Nazirlikdən məsələni araşdıracaqlarını və yaxın vaxtlarda məlumat verəcəklərini bildirdilər.

Yəni məsələ qaranlıq olaraq qalır. Əslində, bu məsələdə qaranlıq məqamlar çoxdur. Necə olur ki, 2014-cü ildə müəllimlərə artıq maaş vurulması indi ortaya çıxır? Əgər həmin pullar tutulacaqsa, gözünü onsuz da az olan maaşa dikmiş minə yaxın müəllim ailəsinin dolanışığı necə olacaq? Yəqin ki, Təhsil Nazirliyi bu sualları cavablanıracaq.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO