Nömrəsiz maşında icra başçısı Nizaməddin Quliyevin özü də olub…
Bolge
Oxunub: 896
16 in 2016 | 10:44
 Nömrəsiz maşında icra başçısı Nizaməddin Quliyevin özü də olub…











Daha bir qalmaqallı icra başçısının işdən çıxarılması xəbəri yayıldı

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Goranboy rayonunda böyük əməliyyat keçirib. Yerli polisin də iştirak etdiyi əməliyyatda dövlətin təbii sərvətini ələ keçirməyə çalışan bir neçə məmur saxlanılıb.

Belə ki, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslər ifşa olunub.

Məlum olub ki, cəbhədəki son döyüşlərdən sonra tam nəzarətimizə keçən həmin ərazi bir sıra yerli məmurlar tərəfindən neçə günlərdir ki, ekskavatorlarla qazılır. Güman edilir ki, onlar həmin ərazidən qızıl çıxarırmışlar.

Məlumata görə, əməliyyat vaxtı əraziyə nömrəsiz avtomobillə gəlmiş icra başçısının Fuad Əliyev adlı köməkçisi, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Su-Kanal İdarəsinin rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər DTX əməkdaşları tərəfindən saxlanılıb. Hazırda ərazidə axtarış tədbirləri aparılır. Sakinlərin bildirdiyinə görə, qızıl kurqanında qazıntı işlərinə yüksək vəzifəli şəxslər, eləcə də iş adamları rəhbərlik edirmiş. Saxlanılan məmurlar isə həmin adamların yaxın qohumlarıdır.

Goranboydakı mənbənin AFN.az-a verdiyi məlumata görə, əməliyyat keçirən gün hadisə yerinə gələn nömrəsiz maşında icra başçısı Nizaməddin Quliyevin özü də olub. Onun da aparılan qazıntı işlərində şərik olduğu bildirilir: “İcra Hakimiyyətindən mətbuata açıqlamada köməkçinin guya xəstə olduğu, işə çıxmadığı deyilib, halbuki həmin hadisə baş verən ərəfədə onun işdə olduğunu görənlər olub. Nizaməddin Quliyev isə ora köməkçisini aradan çıxarmaq üçün gəlibmiş, görünən odur ki, məqsədinə nail olub. Başçının hətta DTX-nin əməliyyatına problem yaratmağa çalışması haqda da rayonda söz-söhbət gəzir”.

Goranboy rayonundan gələn yeni məlumatlarda bildirilir ki, hazırda rayonda icra başçısı Nizaməddin Quliyevin vəzifəsindən azad olunduğu barədə xəbərlər yayılır.

“AzPolitika”ya verilən məlumatlarda həmçinin, o da bildirilir ki, qızılaxtaranlar məqsədlərinə nail olublar – qazıntı zamanı xeyli qızıl, qədimi qızıl pullar və sairə, aşkar olunaraq götürülüb. Hazırda ərazi DTX əməkdaşlarının nəzarəti altındadır.
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR
Dünən, 13:10
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq