Qobustanda maxinasiyalar... - İTTİHAM VAR
Bolge
Oxunub: 811
15 iy 2016 | 09:17
Qobustanda maxinasiyalar... - İTTİHAM VAR









Redaksiyamıza daxil olan məlumatlarda “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Qobustan rayonunda yerləşən regional nümayəndəliyinin fəaliyyətinə dair ciddi iradlar yenidən öz əksini tapmaqdadır. Məlum olduğu kimi, bu gün “Aqrolizinq” ASC-nin çoxşaxəli funksiyalarına alınmış texnikaların və texnoloji avadanlıqların məhsul istehsalçılarına lizingə verilməsi və ya lizinq yolu ilə satılması ilə yanaşı həm də kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, kənd təsərrüfatı texnikası, texnolojı avadanlıq, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə, tinglərlə, yüksək reproduksiyalı buğda toxumu və damazlıq heyvanlarla təmin etmək aiddir. Məhz bütün bu vəzifələrin effektiv şəkildə həyata keçirilməsi üçün ASC-nin əhatəli struktur bölmələri şəbəkəsi də mövcuddur. Lakin bizimdovr.az-a daxil olan açıqlamalarda bildirilir ki, ASC-nin struktur bölmələrindən biri olan Qobustan regional nümayəndəliyinin yarıtmaz fəaliyyətiyerli fermerləri çətin vəziyyətdə qoyur. Xatırladaq ki, “Bizim Dövr”ün ötən saylarında “Aqrolizinq” ASC Qobustan regional nümayəndəliyinin direktoru Həsənağa Hüseynovun qeyri-qənaətbəxş fəaliyyətindən bəhs edən bir neçə tənqidi material dərc olunmuşdu. Yerli mənbələrdən aldığımız məlumatlar əsasında hazırladığımız həmin yazılarda biz qeyd etmişdik ki, nümayəndəliyin rəhbərliyi səriştəsizlikdə, işə məsuliyyətsiz yanaşma tərzində, cəmiyyətin fəaliyyət prinsiplərinin kobud şəkildə pozulması hallarına yol verməkdə ittiham olunur. Mənbələrin iddialarına görə, Həsənağa Hüseynov texnikanın fermerlərə lizingə verilməsi və ya lizinq yolu ilə satılması işində süni əngəllər yaradaraq vəziyyətdən şəxsi maraqlarının təminatı məqsədilə yararlanır.Vurğulanır ki, rayonda lizinq yolu ilə texnika alan fermerlər texnikanın qiymətləndirilmiş məbləğlərindən əlavə rüşvət vermək məcburiyyətində qalırlar. Bu vəziyyət isə təbii ki, kənd təsərrüfatının inkişafına və ölkənin ərzaq təhlükəsizliyinin təminatına yönəldilmiş dövlət tədbirlərinin reallaşmasını əngəlləyən amillərin yaranmasına gətirib çıxarır. Həmçinin bir çox digər istiqamətlərdə də filialın fəaliyyəti yerli sahibkarlar və rayon ictimaiyyəti tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Qeyd olunur ki, nümayəndəliyin rəhbərliyi tərəfindən taxıl biçən kombaynlar sadə kənd sakinlərinin adlarına sənədləşdirilərək onlardan alınan yüksək kirayə haqqı 50% faiz azaldılır. Bundan sonra isə, həmin texnikalar ya rayonda məmurların təsərrüfatlarına, ya da qonşu rayonlara yollanılır və Həsənağa Hüseynov hər bir texnikaya görə gündəlik təyin etdiyi haqqı alaraq mənimsəyir. Həmçinin məlumatlarda bildirilir ki, nümayəndəliyin fəaliyyətində korrupsiya hallarının daha çox yer aldığı istiqamətlərdən biri də gübrə, pestisidlər, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə təchizat xüsusundadır. İddialara görə, xüsusilə gübrə məhsullarının “qara bazara” çıxarılması məqsədilə fermerlər tərəfindən bu məhsulların alınması məqsədyönlü şəkildə əngəllənir. Bundan sonra isə Həsənağa Hüseynov bəzi yerli işbazlarla korrupsiya əlaqələrinə girərək, “qənaət olunmuş” azot gübrəsini onlara baha qiymətə satır. Büdcə vəsaiti hesabına alınmış məhsul beləcə “qara bazar”a çıxır, bürokratik əngəllərə görə fermerlərin bir çoxu onu elə buradan əldə etmək məcburiyyətində qalırlar...

Məsələyə qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE