Qazax Neft Terminalı Bazası ailə podratı siyasəti... - İTTİHAM VAR
Bolge
Oxunub: 750
19 iy 2016 | 09:21
Qazax Neft Terminalı Bazası ailə podratı siyasəti... - İTTİHAM VAR









Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatda “SOCAR Petroleum” QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədovun öz fəaliyyətində yol verdiyi müxtəlif qanun pozuntularına dair açıqlamalar əks olunmaqdadır. Qeyd edək ki, qəzetimizin ötən saylarında biz bu məlumatlar əsasında hazırladığımız bir neçə tənqidi material dərc etmişik. Yerli mənbələrdən aldığımız açıqlamalar əsasında hazırlanmış həmin yazılarda qeyd olunmuşdu ki, «SOCAR Petroleum» QSC-dən bu terminal bazasına göndərilən benzin, sürtkü yağları və digər meft məhsulları direktorun şəxsi seçımı əsasında satış məntəqələrinə paylanır. Başqa sözlə desək, yanacaq məhsullarının hansı məntəqələrə paylanacağını baza rəhbəri özü müəyyənləşdirir və bu zaman nə QSC-nin, nə də istehlakçıların maraqları qətiyyən nəzərə alınmır. Bu səbəbdən də bəzi satış məntəqələri və yanacaqdoldurma stansiyaları bazadan neft məhsulları almaqda böyük çətinlik çəkirlər. Bu özbaşınalığın törətdiyi fəsadların ciddiliyini vurğulamaq məqsədilə mənbə bildirmişdi ki, Qazaxda, Şəmkirdə, eləcə də Gəncəbasar bölgəsinə daxil olan digər rayonlarda təsərrüfatla məşğul olan insanların yanacaq məhsullarına tələbatı olduqca yüksəkdir. Bu isə, baza direktoruna müəyyən spekulyasiyalar etməyə geniş imkanlar yaradır. Bununla da Zeynal Əhmədov təsərrüfatların işinə süni əngəllər yaratmış olur. Amma 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru nədənsə indiyədək bu ittihamlardan heç birinə aydınlıq gətirməyib. Həmçinin açıqlamalarda baza direktorunun həyata keçirdiyi maxinasiyalar sayəsində hazırda Qazaxın ən zəngin şəxslərindən birinə çevrildiyi vurğulanır.

Həmçinin aldığımız məlumatlara əsaslanaraq biz qeyd etmişdik ki, tutduğu vəzifənin ona verdiyi imkanlardan yetərincə yararlanan Zeynal Əhmədov özünə böyük biznes şəbəkəsi yaradıb. Zeynal Əhmədovun biznes fəaliyyətilə bağlı xüsusi qeyd olunan məqamlardan biri budur ki, bu məmurun özünə seçdiyi biznes şərikləri əksər hallarda ictimai maraq doğura biləcək şəxslər olurlar. Məsələn, bir açıqlamaya görə Zeynal Əhmədov hazırda Qazaxda “Avey” yanacaqdoldurma stansiyasına və Ağstafada “Orxan” şadlıq sarayına Qazaxın Daş Salahlı kəndindən olan Elxan Cümənov adlı bir vətəndaşla şərikdir. Mənbə bildirir ki, Elxan Cümənov daş karxanasına sahib olan iş adamı olmaqla bərabər, həm də rayonda radikal müxalifətçi kimi tanınır. Lakin Zeynal Əhmədov yalnız özünə məxsus olan biznes şəbəkəsini də genişləndirməyi unutmur. Mənbə bildirir ki, təxminən üç ay bundan əvvəl neft-baza direktoru Qazaxda yerləşən “Qərb qapısı” adlı restoranı 500 min manata İsmayıl adlı bir vətəndaşdan alıb.

Yeni aldığımız daha bir açıqlama isə, Zeynal Əhmədovun bilavasitə rəhbərlik etdiyi neft-bazada həyata keçirdiyi “kadr islahatları” ilə bağlıdır. Bu xüsusda bizimdovr.az-a açıqlama verən Qazax şəhər sakini İsmayılov Tahir Rafiq oğlu deyir ki, hələ 2009-cu ildə Zeynal Əhmədov öz doğma bacısının adını terminalın ştatına mühasib vəzifəsinə yazıb. Lakin indiyədək bu xanım işə çıxmayıb. Bu yaxınlarda isə, əsil adı Həvva olan, lakin hamının Xanım deyə müraciət etdiyi bacı birdən-birə neft-bazaya təşrif buyurub. Həm də sadəcə mühasib deyil, birbaşa baş mühasib kimi. Mənbə bildirir ki, Zeynal Əhmədovun bu addımı atmaqda əsas məqsədi, onun törətdiyi maxinasiyalardan kənar şəxslərin xəbər tutma ehimalını minimuma endirməkdir...

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...