Ağdaşı qorxuya salanlar Şabranda peyda oldular
Bolge
Oxunub: 758
28 iy 2016 | 14:52
Ağdaşı qorxuya salanlar Şabranda peyda oldular








“Son 10 gündür cavanlar tərəfindən belə söhbətlər yayılıb ki, guya gecələr həyətlərə 3 nəfər saqqallı gəlir, həyətləri gəzirlər. Bəziləri deyirlər iki nəfər ağ saqqalıdır, onlardan biri hündür, digəri ortaboyludur. İnsanlar yaxınlaşanda qəfildən yox olurlar”.

Bunu Publika.az-a açıqlamasında Şabran rayon Gəndov kənd bələdiyyə sədri Fikrət Əliyev son günlər kənddə peyda olmuş qəribə varlıqlar barədə danışarkən deyib.

Onun sözlərinə görə, onları tutmaq üçün kəndin cavanları səhərə qədər küçədə qalır: “Cavanlar kimisə gördüklərini deyirlər, ancaq arxasınca qaçsalar da, tuta bilmirlər, gah da Quba tərəfə qaçdıqlarını deyirlər. Amma konkret görmüşəm deyən olmayıb. Sadəcə söhbətlər yayılıb. Gah həmin şəxslərin saqqallı olduğunu, gah da oğru olduğunu deyirlər. Ancaq bu vaxta qədər heç kimin həyətindən oğurluq olmayıb. Dünən bir ailənin həyətinə bağ tərəfdən gəliblər, daş atıb pəncərəni sındırıblar. Deyilənə görə, evə atılan daşın görünüşü fərqlidir, buralarda bu vaxta qədər belə daşa rast gəlinməyib. Həmin şəxslərin yalnız dul qadınların evini daşlaması barədə deyilənlər doğru deyil”.
Bələdiyyə sədri bu xəbərlərin əhali arasında narahatlığa səbəb olduğunu bildirib: “Bu söhbətləri balaca uşaqlar eşidib qorxuya düşür. Ümumiyyətlə, kənddə hər kəsdə bir narahatlıq var, böyüklər də gecələr həyətə çıxmağa çqorxur. Bu barədə polisə də məlumat verilib. Onlar da bununla məşğul olur, gecələr kənddə olurlar. İcra nümayəndəsinin də məsələdən xəbəri var. Amma icra heç nə edə bilməz. Həm də gecələr kəndin cavanları da küçələrdə olur, onları tutmağa çalışırlar”

Qeyd edək ki, ötən ay Ağdaşın Qoşaqovaq kəndində qəribə məxluqlar kənd sakinlərini qorxuya salmışdı. Orada da təsvir olunan məxluqlar da evləri daşlayırdı, lakin kənddə heç bir oğurluq olmamışdı. Hər iki kənd sakinləri evləri daşlayan məxluqların hündür və saqqallı olduğunu deyir. Bu günlərdə isə Xaçmaz rayon Xudat şəhərində də həyətləri gəzən ot tayalarını yandıran qəribə varlıqlar peyda olub. Sakinlər gecəni küçələrdə qalsalar da, həmin şəxsləri tuta bilmirlər.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası