Biləsuvar rayonunda hesabat yığıncağı keçirildi
Bolge
Oxunub: 2 137
17 okt 2014 | 15:40
Biləsuvar rayonunda hesabat yığıncağı keçirildi14 oktyabr 2014-cü il tarixdə Biləsuvar rayonunda 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.
İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri, ümumtəhsil müəssisələrinin rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak etdilər.
İclası giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev "Biləsuvar rayonunda 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə" geniş məruzə edərək bildirdi ki, respublikamızın bölgələrində olduğu kimi, rayonumuzda da son illər, eləcə də 2014-cü ilin doqquz ayında əldə ounmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir.
Hesabat dövründə yerli gəlirlər 12.1 milyon manata qarşı 12.4 milyon manat və ya 102 faiz yerinə yetirilmişdir. Yerli xərclər isə 12.1 milyon manata qarşı 11.4 milyon manat və ya 94 faiz icra edilmişdir.Doqquz ayda rayonumuzda ümumi məhsul buraxılışının həcmi 198.3 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.3 faiz çoxdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 90.6 milyon, tikintidə 58.1 milyon, ticarətdə 38.6 milyon, sənayedə 8.8 milyon, nəqliyyatda 1.9 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. 2014-cü ilin doqquz ayında əsas kapitala yönələn investisiyalar 58.7 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 113.9 milyon manat təşkil etmişdir.Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2074 manat, orta aylıq əməkhaqqı isə 274 manat olmuşdur. Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsidir ki, doqquz ay ərzində rayonda 103 fərdi ev tikilmişdir.
Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da 2014-cü ilin "Sənaye ili" elan olunması ilə əlaqədar bir sıra işlər görülmüşdür. Bu məqsədlə rayonda müasir sənaye məhəllələrinin yaradılması üçün 10 hektar ərazi ayrılmışdır.Rayonda sahibkarlığın inkişafına kömək məqsədilə bu ilin doqquz ayında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 81 sahibkarlıq subyektinə 906.5 min manat kredit verilmişdir. 18 sentyabr 2014-cü il tarixdə rayonda Sahibkarlığa Kömək Milli Fondu ilə birgə "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri" nə dair işgüzar forum keçirilmişdir. Görülmüş işlər nəticəsində 9 ayda 940 yeni iş yerləri açılmışdır.
2014-cü ilin doqquz ayında ailə üzvlərinin sayı 7156 nəfər olmaqla 1405 ailə ünvanlı dövlət sosial yardımı almışdır. Rayon üzrə hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləğı 130 manat təşkil etmişdir.
M.Quliyev qeyd etdi ki, 2014-cü ilin doqquz ayında Biləsuvar rayonu ərazisində tikinti və abadlıq sahəsində də xeyli işlər görülmüşdür. Belə ki, 640 şağird yerlik Xırmandalı kənd 2 saylı, 450 şağird yerlik Aşağı Cürəli kənd, 220 şağird yerlik Amankənd kənd tam orta məktəbləri üçün ən müasir tələblərə cavab verən yeni məktəblər tikilmiş, 1176 şagird yerlik Ağalıkənd kənd tam orta məktəbində isə əsaslı təmir və yenidənqurma işləri aparılaraq istifadəyə verilmişdir.Bütün məktəblər yeni inventarlarla və avadanlıqlarla təchiz olunmuşdur.
Rayonumuzda səhiyyə, sosial obyektlərin, uşaq bağçalarının tikintisi, təmiri, yenidənqurulması işlərinə də həmişə yüksək diqqət yetirilmişdir. Hazırda şəhərin C. Cabbarlı küçəsində inşa olunan 100 yerlik uşaq bağçasında son tamamlama, M.İbrahimov küçəsində inşa olunan 200 yerlik uşaq bağçasında isə sürətlə tikinti işləri aparılır. Bundan əlavə rayonda Biləsuvar rayon Toxumçuluq idarəsi üçün inzibati binanın tikintisi başa çatdırılmış, şəhərin Heydər Əliyev küçəsində 2013-cü ildə ğörülmüş işlərin davamı olaraq yolun genişləndirilməsi, yolkənarı hasarların tikintisi, kommersiya obyektlərinin müasir üslubda aqlay daşları ilə üzlənməsi, yolkənarı bordyurların düzülməsi, piyada səkilərinə üzlük plitələrin döşənməsi və müasir üslublu işıqlandırma sisteminin quraşdırılması işlərində son tamamlama işləri aparılır. Həmin ərazidə 1,2 km uzunluğunda küçədə yeni asfalt-beton örtük salınmışdır. Dövlət Sosial Müdafiə Fondunun və rayon Kənd Təsərrüfatı idarəsi üçün yeni inzibati binaların, Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2013-cü il tarixli 3055 saylı Sərəncamı ilə inşasına başlanılan və 13 min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən 16 km uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunda torpaq yatağının, süni suötürücü qurğuların, yol əsasının və asfalt örtüyünün tikintisi başa çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 07 sentyabr 2013-cü il tarixli 3123 saylı Sərəncamı ilə inşasına başlanılan və 10 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunda isə torpaq yatağı, yol əsası və süni su ötürücü qurğuların tikintisi başa çatdırılmış, hazırda uzunluğu 81,0 metr olan körpüdə tikinti işləri davam etdirilir.
Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması istiqamətində işlər başa çatdırılmışdır. Hazırda abonentlərə suyun verilməsi işləri görülür. Dövlət Proqramına uyğun olaraq Biləsuvar şəhərinin kanalizasiya sisteminin tikintisi ilə bağlı isə işlər davam etdirilir.
Lakin şəhərin kanalizasiya xətlərinin çəkilişi zamanı küçələrdə aparılan primitiv və səliqəsiz işlər nəticəsində asfalt örtüklü küçələrin əksəriyyəti tamamilə yararsız hala düşmüş, qazıntılar zamanı çıxarılan palçıq layları əraziləri bərbad vəziyyətə salmışdır.Xətlərin çəkilişindən sonra heç bir küçədə təmizləmə və asfalt işlərinin aparılmamasının nəticəsində insanların və avtomobillərin hərəkətində çox böyük problemlər yaranmışdır. Yağışlı havaların gəlməsi ilə bu küçələrdə hərəkət tamamilə mümkünsüz olacaqdır. Təbii ki, bu da öz növbəsində vətəndaşların haqlı narazılığına və müraciətlərin sayının çoxalmasına gətirib çıxarır.
M. Quliyev bildirdi ki, rayonumuz aqrar rayon olmaqla iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalından gələn gəlirlər təşkil edir və əhalinin məşğulluğu əsasən bu sahə ilə bağlıdır. Cari ilin birinci yarısında aqrar sahədə ümumi məhsul istehsalının həcmi 90.6 milyon manat təşkil etmişdir ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 3.5 faiz çoxdur.
Biləsuvar rayonunda hesabat yığıncağı keçirildi Rayonda əkinçilik sahəsində 2014-cü ilin məhsulu üçün 2013-cü ilin payızında 25697 hektar payızlıq dənli bitkilər əkilmişdir. 2014-cü ilin 9 ayı ərzində biçin aparılmış 11050 hektar buğda sahəsindən 28646 ton buğda, 14647 hektar arpa sahəsindən 34966 ton arpa məhsulu istehsal olunmuşdur.
Yazlıq əkinlər üçün əkilmiş 4417 hektar pambıq sahəsindən 3309 ton pambıq, 2585 hektar tərəvəz sahəsindən 72488 ton tərəvəz, 174 hektar bostan sahəsindən 2246 ton bostan, 271.8 hektar kartof sahəsindən 33497 ton kartof, 507 hektar qarğıdalı sahəsindən 3854 ton qarğıdalı, 1132 hektar günəbaxan sahəsindən 1956 ton günəbaxan, 53 hektar sahədə əkilmiş paxlalı bitkilərdən 141 ton paxlalı bitki məhsulu istehsal olunmuşdur.
2014-cü ilin 9 ayı ərzində rayonda heyvandarlığın inkişafı sahəsində də irəliləyişlər əldə olunmuşdur. Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 40,2 min başa, xırda buynuzlu mal-qaranın baş sayı 137,3 min başa çatdırılmışdır. Bu dövrdə ət istehsalı 4,9 min ton, süd istehsalı 20,5 min ton, yumurta istehsalı 9.4 milyon ədəd olmuşdur.
Bakı şəhər əhalisini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan yarmarkalarda Biləsuvar rayonunun fermerləri də yaxından iştirak etmişlər. Hesabat dövrü ərzində yarmarkalara 700 tondan çox müxtəlif növ kənd təsərrüfatı məhsulları göndərilmişdir.
2014-cü ilin doqquz ayında rayonumuzda Təhsil, səhiyyə və mədəniyyət sahələrində də uğurlu addımlar atılmış, gənclərlə işin yaxşılaşdırılması, onların fəallığının və təşəbbüskarlığının artırılması daim diqqət mərkəzində saxlanılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət rayonumuzda da öz müsbət nəticələrini verməkdədir. Son illər rayonumuzda 13 yeni məktəb tikilmiş 5 məktəb yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilmişdir.
Hesabat dovründə rayonda 3 yeni məktəb inşa olunmuş, 1 məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Müasir təhsil avadanlıqları ilə təmin olunmuş yeni məktəblərdə nümunəvi təhsil üçün hərtərəfli şərait vardır.İstifadəyə verilən bu gözəl töhvələrə və təhsil sahəsinə göstərdiyi yüksək qayğı və diqqətə görə kənd sakinləri, pedoqoji kollektivlər ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Təhsil ocaqlarının informasiya kommunikasiya texnologiyaları ilə təminatı da yaxşılaşdırılmış, məktəblərdə komputerlərin sayı 470-ə çatdırılmışdır.
Yeni məktəblərin tikintisi, əsaslı təmiri, informasiya kommunikasiya texnologiyaları ilə təminatının yaxşılaşdırılması pedaqoji kollektivlərdə böyük ruh yüksəkliyi yaratmış, müəllimlərimiz bütün pedaqoji ustalıqlarını hər bir şagirdin sabahımızın layiqli vətəndaşları kimi tərbiyə olunmasına yönəltmişlər.
Rayonumuzdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının tapşırığına uyğun olaraq Respublika Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş "Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzuları üzrə ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə keçirilən tarix dərsləri uğurla başa çatmış, 925 nəfər 11-ci sinif şagirdi Ulu Öndərin həyat və zəngin siyasi fəaliyyətini öyrənmişdir. Bu dərslər 2014-2015-ci tədris ilində də davam etdiriləcəkdir.
2013-2014-cü tədris ilində rayonumuzun ümumtəhsil məktəblərini 965 məzun bitirmişdir. Onlardan 922 nəfəri attestat almışdır. Məzunlarımızdan 240 nəfəri test imtahanlarından uğurla çıxaraq tələbə adını qazanmışlar. Onlardan 21 nəfəri 600-dən, 46 nəfəri isə 500-dən yuxarı bal toplamağa müvəffəq olmuşdur. Sevindirici haldır ki, məzunlarımızdan iki nəfəri-Əzizzadə Nazim Mirzə oğlu və Rustamzadə Fərid Bəxtiyar oğlu ən yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşlər.
Rayonumuzdakı M.İbrahimov adına məktəb lisey kompleksinin uğurları daha sevindiricidir. Bu məktəb-liseyin bu ilki bütün məzunları yüksək balla tələbə adını qazanmağa nail olmuşlar. Məzunların ali məktəblərə qəbulunda şəhər 1,2,4,6 saylı, Xırmandalı kənd 1 saylı, Zəhmətabad, Yuxarı Cürəli, Aşağı Cürəli, Bəydili kənd tam orta məktəbləri daha çox fərqlənmişlər.
Artıq bir aydır ki, ümumtəhsil məktəblərində yeni dərs ili başlamışdır. Rayon Təhsil şöbəsi ümumtəhsil məktəblərinin fəaliyyətini daim diqqət mərkəzində saxlamalı, ötən tədris ilində olan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində konkret tədbirlər həyata keçirməlidir. Təhsil islahatlarının uğurla həyata keçirilməsi, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi istiqamətində şöbənin rəhbərliyi öz fəaliyyətini daha da gücləndirməlidir.
Rayonumuzda əhalinin sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması da səhiyyə işçilərinin daimi diqqət mərkəzindədir. Səhiyyə işçilərimiz əhalinin bu mühüm sahəyə olan təlabatının daha dolğun ödənilməsi üçün səy və bacarıqlarını əsirgəmirlər.
Səhiyyə ocaqlarının maddi-texniki bazası ilbəil möhkəmlənir. Son illərdə rayonun 6 kəndində müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin Biləsuvar rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında 07 sentyabr 2013-cü il tarixli Sərəncamı rayon əhalisi və çoxsaylı tibb işçiləri tərəfindən dərin razılıq hissi ilə qarşılanmışdır. Hazırda Mərkəzi Xəstəxanada əsalı təmir işləri davam etdirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayiədən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonumuzda da bu kompaniya uğurla başa çatmışdır. 83.398 nəfər tibbi müayinədən keçmişdir ki, bu da rayon əhalisinin 87,1 %-ni təşkil edir. Tibbi müayinənin nəticələrinə görə 2347 nəfər ambulator, 180 nəfər stasionar müalicəyə cəlb olunmuş, 195 nəfər respublikanın müxtəlif təyinatlı tibb ocaqlarına göndərilmişdir.
Rayonda əlahinin asudə vaxtlarının səmərəli təşkilində mədəni-maarif müəssisələrinin üzərinə mühüm vəzifələr düşür.
Açılışında möhtərəm Prezidentimizin iştirak etdiyi Heydər Əliyev Mərkəzinin istifadəyə verilməsi rayonumuzun mədəni həyatında mühüm hadisəyə çevrilmişdir. Hazırda bu Mərkəz rayon ziyalılarının, Gəclərin hər gün müraciət etdikləri əsl mədəni mərkəzdir.
Son aylar Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nigah mərasimlərinin təntənəli keçirilməsi artıq ənənəyə çevrilmişdir. İndiyədək Mərkəzdə 50-dan çox təntənəli nigah qeydə alınmışdır.
Rayonumuzda əhalinin təxminən üçdə bir hissəsini təşkil edən gənc nəslin ideya-siyasi və hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi də hesabat dövründə ən çox diqqət yetirilən sahələrdən biri olmuşdur. Son vaxtlar rayon Gənclər və İdman idarəsinin təşəbbüsü ilə keçirilən bir sıra tədbirlər gənclər və yeniyetmələr tərəfindən razılıqla qarşılanmışdır. Biləsuvarlı gənclər rayonumuzda bir sıra Respublika və rayon əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bir daha təsdiq etmişlər ki, bu gün rayonmumuzda intellektual səviyyəli, geniş dünyagörüşlü, əsl vətənpərvər gənclər yetişir. Bütün türk dünyasının iftixarı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yenilməz hünəri və qəhrəmanlığı gənclərimiz üçün örnəkdir.
Rayonda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzində saxlanılır. Biləsuvarlı gənclər hərbi xidmətə həvəslə yola düşür, Vətən qarşısındakı borclarını şərəflə yerinə yetirirlər. Gənclərimiz Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun layiqli varisləri olduqlarını şərəfli xidmətləri ilə təsdiq edirlər. Avqustun 1-dən 2-nə keçən gecə erməni təxribat qrupunun həmlələrini igidliklə dəf edərək şəhidlik zirvəsinə ucalmış həmyerlilərimiz- Nərimankənd kəndinin igid oğlulları- gizir Pərvin Əliyevin, kiçik gizir Rahil Hüseynovun, əsgər Anar Qarazadənin hünəri qarşısında ehtiramla baş əyirik. İndi Nərimankənd kəndindəki qəbristanlıqda uyuyan bu igid Vətən oğlullarının əziz xatirəsi həmişə qəlbimizdədir.
Hesabat dövründə rayonumuzda Mübarizlik zirvəsi sənədli filminin nümayişi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə nəşr olunmuş "Hər şey qələbə üçün" kitab- albomunun təqdimat mərasimi yüksək səviyyədə keçirilmiş, tədbir iştirakçıları, xüsusi ilə gənclər tərəfindən dərin razılıqla qarşılanmışdır.
Sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev rayonda görülən işlərlə bağlı öz fikirlərini bildirdi, ayrı-ayrı sahələr üzrə yaranan problemlərin həlli barədə aidiyyəti şəxslərə öz tövsiyyələrini verdi.
M. Quliyev bütün Biləsuvarlılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, Prezident Administrasiyasını əmin etdi ki, Biləsuvarlılar həmişə olduğu kimi ölkə rəhbərinin yüksək diqqət və qayğısına minnətdarlıqla yanaşaraq, respublikamızın hərtərəfli inkişafı, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi kimi müqəddəs işə bundan sonra da öz layiqli töhfələrini verəcəklər.
Hesabat iclasında Biləsuvar rayon Maliyyə idarəsinin rəisi Eldar Təhməzov, Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov, Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov və digərləri çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə məlumat verdilər və qarşıda duran vəzifələr müzakirə olundu.
İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Dövlət qulluqçularının təltif edilməsi haqqında" 25 iyun 2014-cü il tarixli, 580 nömrəli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunmuş Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi Cəfərov Mirzə Əzim oğlunun "Tərəqqi" medalı rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev tərəfindən sahibinə təqdim olundu.

www.bilesuvar-ih.gov.az
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO