Ucarda həkim sağlam xəstəni ölümcül edib - Şikayət
Bolge
Oxunub: 891
8 avq 2016 | 09:46
Ucarda həkim sağlam xəstəni ölümcül edib - Şikayət









Ucardan Politika.Az-a şikayət məktubu daxil olub

Rayonun 20 Yanvar küçəsi, döngə 8, ev 3 sakini Hüseynov Qəfər Tofiq oğlu bildirib ki, Ucar rayon Mərkəzi Xəstəxanasının terapevt həkimi Pərvanə Eyvazovadan şikayətçidir.

“Həkimin savadsızlığı və saxtakarlığı nəticəsində uzun müddət yataq xəstəsi olub səhv müalicəyə görə xeyli miqdarda pul xərcləmişəm. Belə ki, səhhətimdə ağrılar olduğu üçün 23 dekabr 2015-ci il tarixdə Ucar Rayon Mərkəzi Xəstəxanasına həkim Pərvanə Eyvazovaya müraciət etdim.

Onun məsləhəti ilə pul verib qan, sidik analizi verdim, rentgen və ultura səs müayinədən keçdim. Pərvanə həkim mənə bildirdi ki, sənin ağciyərində güclü xəstəlik var”,- deyə şikayətçi qeyd edib.

Onun sözlərinə görə, həkim bahalı firma dərmanları yazıb: “Bir ay müalicə edildikdən sonra yaxşılaşmadığım üçün Pərvanə həkimin qəbuluna getdim, onun məsləhəti ilə təkrar olaraq pul verib qan, sidik analizi olundum, rentgen və ultura səs müayinədən keçdim.

Yenə əvəlki qaydada mənə ağır dozalı bahalı firma dərmanları yazdı.Yenə müalicəm effekt vermədi, yenə qəbuluna getdim, yenə həmin qaydada pul verib analiz, müayinə yenə bahalı dərmanlardan müalicə yazdı. Bundan sonra dərmanların təsirindən səsim batdı, arıqlayıb 58 kq oldum.

Səriştəsiz, saxtakar həkim Pərvanə Eyvazovanın səhv müalicəsi nəticəsində səhhətim daha da ağırlaşdı deyə məni təcili qonşu Göyçay rayon Xəstəxanasına apardılar”.

Q.Hüseynov deyib ki, orada məni müayinə edən həkimlər ağciyərində heç bir problem olmadığını söyləyiblər: “Diaqnozların və müalicən səhv aparılıb, sənin ürəyində problem var. Orada həkimlərin məsləhəti ilə Bakı şəhərinə Mərkəzi Neftçilər Xəstəxanasına gəldim.

Mərkəzi Neftçilər Xəstəxanasında məni həkim Saleh Hüseynov obyektiv müayinə etdi və müalicə yazdı. Həkim Saleh Hüseynovun düzgün müalicəsi nəticəsində sağaldım, indi özümü yaxşı hiss edirəm. Ucar rayon mərkəzi xəstəxanasının saxtakar, savadsız həkim Pərvanə Eyvazovanın dələduzluğunun qurbanı olub uzun müddət yataq xəstəsi oldum deyə işimi, sağlamlığımı itirdim, səsim batdı, maddi ziyana düşdüm”.

O, Pərvanə Eyvazovanın bu hərəkətini cinayət əməli sayır: “Prezidentə, Mehriban xanım Əliyevaya, Səhiyyə Naziri Oqtay Şirəliyevə, Baş Prokurora və digər orqanlara şikayət ərizəsi ilə müraciətlər etmişəm. Onun cinayət əməllərini təsdiq edən üubutları orqanlara təqdim edəcəyəm”.
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”