Yardımlıda böyük yeyinti ittihamı - İDDİA
Bolge
Oxunub: 773
8 avq 2016 | 09:47
Yardımlıda böyük yeyinti ittihamı - İDDİA








Yardımlı rayonunda Su-kanalizasiya sisteminin çəkilişi ilə məşğul olan şirkət-“Kənan İnşaat” haqqında ilginc şikayətlər daxil olmuşdur. Belə ki, Bolgexeber.com-a verilən məlumatda bildirlir ki, bu işdə podratçı şirkət olan -“Kənan İnşaat” işin icrası zamanı çoxsaylı qanun pozuntularına yol verir . Daxil olan məlumatda həmçinin qeyd olunur ki, əmək qanunvericiliynə görə iş saatı 8 saat olmasına baxmayaraq boru çəkilişində işləyən fəhlələr 14,hətta bəzən hətta 15-16 saat çalışırlar,daha doğrusu onlar buna məcbur edilirlər. Şirkət işçilərin maddi vəziyyətindən,işsiz qalmaq qorxusundan bacarıqla istifadə edir.Şirkətin fəaliyyətində qanunsuzluqlar təkcə bununla kifayətlənmir. “Kənan İnşaat”ın rəhbərliyi işin icrası zamanı texniki təhlükəsizlik qaydalarına qətiyyən riayət etmir, ailələrinə çörəkpulu qazanmağa çalışan işçilərin çıxıllmaz vəziyyətindən,müəyyən mənada asılığından istifadə edərək onlarla əmək müqaviləsi bağlamır. Məlumatda bildirlir ki, rəsmi kağızlarda işçilərə yemək pulu 10 manat miqdarında sənədləşsə də,onlara 5 manat yemək pulu verilir. Bundan başqa şirkət işin icrası zamanı Yardımlı rayonunun mərkəzi yollarını bərbad vəziyyətə salıb. Halbuki bu yolların çəkilişi üçün bir müddət əvvəl prezidentin göstərişi ilə dövlət büdcəsindən xeyli pul ayrılıb.

Bolgexeber.com bildirir ki, qaydaya görə çəkilən su kanalizasiya boruları izolyasiya olunmalıdır, ətrafı qumla doldurmalıdır,lakin şirkət rəhbərliyi bu normativlərə qətiyyənməhəl qoymur. Qeyd edilir ki, “Kənan İnşaat” bu işdə podraçı şirkətdir ,baş podradçı qismində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti çıxış edir. Biz bilmək istədik ki, adıçəkilən şirkət su borularının çəkilişi zamanı yolları qazmaq üçün müfafiq qurumlardan icazə alıbmı? Məsələ ilə bağlı Bolgexeber.com “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. Anar Nəcəfli Bolgexeber.com –a açıqlamasında bildirdi ki, məsələdən xəbəri yoxdur və icazəni onlar verməyib, “Azərsu” verib. Lakin maraqlıdır ki, Yardımlı rayon icra hakimiyyəti Bolgexeber.com-a açıqlamasında “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbərini fikirlərini təkzib etdi.İcra hakimiyyətinin rəsmisi bildirdi ki,inşaatla bağlı texniki şərti elə “Azəravtoyol” ASC verib və bununla bağlı əllərində sənəd də var. Bolgexeber.com obyektivlik naminə “Kənan İnşaat”la da əlaqə saxlayıb. Şirkətin rəsmisi olan Elşən müəllim saytımıza qəribə cavab verərək bildirdi ki,onların işinə Əhməd Əhmədzadədən başqa heç kim müdaxilə edə bilməz və heç kimin onların işini araşdırmağa ixtiyarı yoxdur,buna imkan verməzlər də. Çox qəribə məntiqdir.Şirkət rəsmisinin münasibətindən belə çıxır ya “Kənan İnşaat” Azərbaycan qanunlarında xəbərsizdir,ya da sadəcə qanunları saya saymır,kimlərəsə arxayındır.
Yaxın zamanlarda məsələ ilə bağlı geniş reportaj hazırlayaraq oxuculara təqdim edəcəyik. Araşdırmamız davam edir.
Qarşı tərəflərin də mövqelərini dinləməyə hazırıq.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?