Lənkəranda qadın çimərliyi - 'Bir kişi azıb gəlmişdi, qovduq' - VİDEO
Bolge / Video
Oxunub: 1 068
10 avq 2016 | 10:11
Lənkəranda qadın çimərliyi - 'Bir kişi azıb gəlmişdi, qovduq' - VİDEO









Lənkəranda qadınların ayrıca çimərliyi var. Burası qapalı, bağlı bir yer deyil, sadəcə, sahildə taxta arakəsmələrlə bir tərəfi kişilər, bir tərəfi qadınlardan ötrü ayrılıb.

Azadlıq Radiosu bu çimərlikdən hazırlanan reportajı təqdim edir:

Arakəsməyə baxmayaraq, qadınlar arasında çimərlik geyimində olanlar tək-tükdür.

“Şəhərə baxmayın, bura rayon yeridir, qadınla kişi necə bərabər suya girsin”, Masallıdan gələn Aidə xala deyir.

– O zaman burda kişi yoxdursa, niyə suya paltarla girirsiz?

– Ayıbdır, axı, müsəlmançılıqdır.

Bu çimərliyə giriş 1 manatdır. Qumsallıqda 10-12 stol, günəşlik qoyulub. Gec gələn süfrəsini qumda açmalı olur. Çimərlikdəkilərin çoxu Masallı və ətraf kəndlərdən gələnlərdir. Aidə xala da Masallıdan gəlib, deyir ki, onun həyat yoldaşı yoxdur, indi ona kişilərlə bərabər eyni çimərlikdə dincəlmək yaraşmaz.

“Məhlədəki kişilər arvad-uşağını mənə etibar edib”

– Axı, odur, kişilər dənizdən görünürlər.

–Uzaqdadırlar, ordan nə seçirlər, kim kimdir. Bayaq bura bir kişi azıb gəlmişdi, arvadlar qovdu, – gülür.

"Mən cavan gəlinimlə, nəvələrimlə gəlmişəm. Həyət-bacanın gəlinini gətirmişəm. Hələ o uzaqda oturub ha kişilər, onlardan belə narahat oluram. Az qalıram, gedim deyəm ki, “sizin yeriniz o tərəfdədir də, durum gedin ora”. Mən cavabdehəm bura gətirdiyim qıza-gəlinə. Məhlədəki kişilər arvad-uşağını mənə etibar edib, mən gəlməsəm, kimsə qızını-gəlinini buraxmaz," – deyə 65 yaşlı Səkinə Səfərova söhbətə qoşulur.

Onlar səhər tezdən mikroavtobus tutub gəliblər. Demək olar ki, havalar isinəndən bəri çimərliyə gəlib bir neçə saat burda dincəlirlər: “Elə günorta namazını qılıb minirik maşına, bir də axşam dönürük, hər şey yaxşıdır, çimərlik təmizdir, kimsə narahat eləmir, evimizdən özümüzlə də yemək, çay, su gətiririk”, Aidə xala deyir.

10 ildir çimərliyə gedirlər

Səkinə Səfərovanın sözlərinə görə, Lənkəran-Masallı bölgəsində 10 ildir ki, qadınların ayağı çimərliyə açılıb. O, dənizin bir addımlığında yaşaya-yaşaya dənizdə çimməyin dadını bilməyə-bilməyə böyüyüb, qocalıb:

“İndi hər şey dəyişir, bizim vaxtımızda qadın –qız dənizə girəmməzdi. O vaxt yoldaşım qayınanamı gətirirdi, ayağını quma basdırırdı, amma mənə icazə yox idi buralara gəlməyə. Daha çox yaşlı qadınlar gəlirdi o vaxt, qumuna görə, amma paltarla belə suya girməzdilər”.

Səkinə Səfərova deyir ki, qızları Bakıda yaşayır, onlar dənizə rahat gedib-gəlirlər, çimərlik geyimi geyinirlər, “mən də gedəndə gedib otururam eləcə çimərlikdə, amma suya girmirəm, indi qızlarım bura gəlsə, burda da çimərlik paltarında girərlər suya”.

Aidə xala isə ona etiraz eləyir ki, deyir ki, o, gəlininə lap elə qadın çimərliyində də çimərlik paltarı geyməyə icazə verməz.

“Gəlinim dedi, “paltarlı çiməcəksiz, istəmirəm””

Qumda özünü günə verən bir dəstə qadına yaxınlaşırıq. Sudan bayaqdan çıxıblar, əyinlərindəki paltar quruyub. Onlardan lap gənci isə hicablıdı. Paltarı hələ yaşdı. Oturub qumu şalvarda olan ayağına tökür.

Rusiyadan gəlib, o da Masallının kəndlərindən birində yaşayır. Deyir ki, Rusiyada böyüyüb, orda dənizə, çaya çox gedib, amma indi hicab geyindiyindən heç qadın çimərliyində də soyunmaq istəmir: “Görmürsüz, orda kişilər var?” əlini dənizə sarı uzadıb uzağı göstərir.

Adını söyləmək istəməyən qadınlardan biri deyir ki, onun gəlini də Rusiyadan gəlib:

“Dedim gəl gedək, gəlmədi, açığı, dedi ki, “siz orda paltarlı çiməcəksiz, istəmirəm”. Dedim, “bala, ərin qoymur, mən neyləyim””.

Amma onlar durumlarından narazı deyillər. Suya girib günəşlənmək, dərddən-qayğıdan bir neçə saat uzaq durmaq ovqatlarını yüksəldib, qadınlardan biri belə deyir.

Oğlu və qızı ilə Bakıdan Lənkərana istirahətə gələn Nuridə Əliyeva isə o qədər də məmnun görünmür, deyir ki, 14 yaşlı oğlunu içəri buraxmayıblar: “Bizi bura, oğlumu kişilər olan tərəfə göndərdilər. Ürəyim qalıb yanında. Üzməyi yaxşı bilmir, ona görə indi durub gedəcəyik”.

Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi