Əhmədzadənin daha bir adamına ittiham - Milyonlar necə xırıd edilib...
Bolge
Oxunub: 788
14 avq 2016 | 08:16
Əhmədzadənin daha bir adamına ittiham - Milyonlar necə xırıd edilib...







Sabirabad Mexaniki Suvarma İdarəsi rayonda meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. Bu yönümdə idarə əkinaltı torpaqları (suvarılan ərazilər) su ilə təmin etməli, daşqın və sel sularına qarşı mübarizə tədbirlərini həyata keçirməlidir. Sabirabad rayonunda iqtisadiyyatın əsasını məhz kənd təsərrüfatının təşkil etməsi səbəbindən də, rayon iqtisadiyyatının inkişafı üçün Sabirabad Mexaniki Suvarma İdarəsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bununla belə yerli fermerlər bu fəaliyyətdə çoxsaylı nöqsanların olduğundan, idarənin rəisi Mirəlif Əzizov tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, 500-ə yaxın işçisi olan idarə üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir. Mütəmadi olaraq melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Quraq keçən illərdə işlər daha çox problemli olur. Çayların suyunun azaldığı dövrdə isə, su ehtiyatının yaradılması üçün operativ tədbirlər həyata keçirilmir. İdarənin xidmət etdiyi 36712 hektar ərazidə vəziyyət olduqca acınacaqlıdır. Redaksiyamıza müraciət edən narazı fermerlər həmçinin iddia edirlər ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da burada geniş yer verilir. İllik sudan istifadəyə görə yığılan pulun hansı işlərə sərf edildiyi də bilinmir. Bundan başqa, Mirəlif Əzizov Azərbaycan qanunlarını heçə sayaraq özbaşına olaraq hər hektara görə suvarma suyunun pulunu bir neçə dəfə qaldırıb. Hər dəfə suvarmaya görə kəndlilərdən və fermerlərdən 10 manat tələb edən idarə rəisi həmçinin su pulunu fermerlərdən əvvəlcədən tələb edir. Bostan əkilən sahələrdən isə, əkinçilərdən hər hektara görə 30 manat tələb edilir. Pulu qabaqcadan verməyənlər isə, sudan məhrum olurlar və həmin şəxslərin əkin sahələri məhv olur. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texniki xidmət də çox aşağı səviyyədədir. İdarənin balansında olan 60 nasosun demək olar ki, yarısı nasaz vəziyyətdədir.

Bütün bunların fonunda isə, Mirəlif Əzizovun öz ailəsinə təmin etdiyi həyat tərzi barədə ölkə mətbuatında yayılan məlumatlar diqqəti cəlb etməyə bilməz. Belə məlumatlardan birində deyilir: “Məmurun oğlu qiyməti 100 min manatdan baha olan maşın sürür. İdarə rəisinin oğlu maşının təkcə nömrəsini 10 min manata aldığını deyir. Heç yerdə işləməyən və işi gücü BMW ilə avtoşluq etmək olan rəisin oğlundan və atasından heç kim soruşmur ki, sən bu maşını hansı pulla almısan? Ən azından Bakıda yarım milyonluq villası və bir neçə evi olan Mirəlif Əzizov və oğlu gəlirlərini açıqlamalıdırlar ki, xalq da onların hansı pulla belə bir cah-cəlala sahib olduqlarını bilsin...”

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO