Xaçmazda “priton əməliyyatı”: adamı necə “torbaya salırlar”?
Bolge
Oxunub: 933
22 avq 2016 | 08:00
Xaçmazda “priton əməliyyatı”: adamı necə “torbaya salırlar”?








Bütün bunlar nə nağıldır, nə də hekayət. Bütün bu yazılanlar çox böyük zaman və maliyyə itkisinin hesabına ortaya çıxan faktlardır. Xaçmaz rayonu ərazisində heç bir qüvvənin belə qarşısını ala bilmədiyi sadə dillə desək adi bir pritonun arxasında nə baş verir, nələr olur və bütün bu yaşananlara hakimiyyət orqanları niyə susur ?… Suallar çoxdur, ancaq sadə bir kəndlinin məntiqi ilə belə, buna çox rahat cavab tapmaq olar. Çünki söhbət təkcə bir obyektdə il ərzində dövr edən təxminən 1.000.000 manatdan gedir. Beləliklə, cumhuriyyet.az olaraq bir neçə ay müddətində keçən stressli günlər, həyəcan və təşvişli anların ortaya çıxardığı araşdırmanın davamını təqdim edirik.
***
Günlərin bir günü Xaçmaz RPŞ Daxili İşlər naziri hörmətli Ramil Usubovun Quba rayonuna səfəri zamanı, Babəkə bir günlük işləməməyi tapşırır. 3 gün bundan qabaq Xaçmaz RPŞ-nin “payını” çatdıran Babək əvvəl işləmir, sonra görəndə ki, bütün ba.qa restoran və kafelər işləyir, bu da işləmək istəyir. Obyektin qapısı açılan kimi ilk girən müştəri polisin adamı olur. Obyekt “vurulur”. Elə həmin günü obyektin əsl sahibi (hazırda Rusiya Federasiyasında yaşayır) Babəkə zəng vurub, icarə haqqını istəyir. Maraqlısı budur ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin adını çəkmədiyimiz əməliyyat müvəkkili də həmin günü pulun yerdə qalanını tələb edir. Dalanda ilişib qalan çarəsiz Babəkin hələ heç bir şeydən xəbəri yox idi. Təsəvvür belə edə bilməzdi ki, bütün bu baş verənlər Şahinin o boyda pulu güzəştə gedə bilməməsinin nəticəsi idi. Adıçəkilən obyekti bundan qabaq işlədən adama da eyni cür “taktika” işlədib, sonra onunla “şərik” olmağı təcrübədən keçirmiş Şahin hər tərəfdən “böyük pullar” uğrunda mübarizəyə girişmişdi.
Babək əlacsız qalır və Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən, ailəsinə məxsus 1 ha 93 sot torpağını 17 000 manata satmalı olur. Hansı ki, əvvəl bu torpağa 40 000 manat verən müştərilər, indi Babəkin təcili satmalı olduğunu görüb qiyməti “öldürürlər”. Babək 3000 manat şöbəyə verir, işini qurtarır. Qalan pulları verir ailəsinə, daha doğrusu yerdə qalan məbləğ 2 qardaş və 3 bacı arasında bölünür. Babəkin şöbə ilə mübahisəsi düşür. Səbəb də bu olur ki, sən demə obyekt vurulmamışdan 3 gün qabaq “aylığı” veribmiş.
Obyekt sahibini də razı salmağa müvəffəq olan Babək İnsan Alverinə Qarşı Mübarizə İdarəsində “ilişib” qalır və bu zaman “xilaskar Şahin” gəlir. O, Babəkə bütün bu xərclərin onu bitirəcəyini, onun vəziyyətinin yaxşı olmayacağını, belə getsə “əxlaqsız yuvası” kimi “vurularaq” həbs olunacağını təlqin edə-edə ona başqa mümkün çıxış yolunun da olduğunu eşitdirir. Babək də Şahinə Bakını yoluna qoymaq şərti ilə şəriklik təklif edir. Şahin dərhal razılaşır. Deməli, Şahin İnsan Alverini “yoluna qoyur.” Babək də həm arendanı verir, həm də obyektin xərclərini çəkir . Deməli Şahin bir neçə yerdən taktika işlədərək, heç bir sərmayəsiz filansız Babəkə şərik olur. Hətta sonralar məlum olur ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə də qara qəpik belə verməyib. Bütün illər boyu müxtəlif otel və mehmanxanaların “vurulmasında” öz məxsusi rolu olan Şahin adıçəkilən idarədə qazandığı etibardan sui-istifadə edərək, hərəkət edirmiş. Özünün lap başda olduğu “desant” siyahısını əzbər bilən Şahin tam arxayın halda Babəkə şəriklik edir. 15 gün beləcə işləyirlər. 15 gündən sonra Xaçmaz RPŞ-nin rəisi dəyişir və Ədalət Abbasov rayona rəis təyin olunur. Obyekt bağlanır.
Şahin Babəkə deyir ki, onun Tovuz zonasında da obyekt işlətməyə adama ehtiyacı var. Babək obyekti işlətmək üçün Şahinə qoşulub Tovuz rayonunda “Qozdağlıq” kimi tanınan yerə gedir. Uzun çalışmalardan sonra istədikləri alınmır. Tovuz RPŞ ilə dil tapıb, onları heç cür razı sala bilməyən “şəriklər” hərəsi öz evinə qayıdır.
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB