Ağcabədidə məmur özbaşınalığı pik həddə
Bolge
Oxunub: 1 813
27 okt 2014 | 10:47
Rəhilə xanım: Biz əmrin quluyuq...

Ağcabədiyə çatanda iş günü yenicə başlamışdı. Rayon İH qarşısında bir canlanma hiss olunurdu. Əvvəlcə rayon İH-ə getdik. İcra başçısının birinci müavini Rövşən müəllimlə telefon danışığımız olmuşdu. Onu soruşduq, növbətçi müavinin otağında olmadığını, iməcliklə bağlı əraziyə getdiyini bildirdi. Sonradan çətinliklə də olsa şöbə müdürü Rəhilə xanımla görüşə bildik. O bizə bildirdi ki, Müdafiyə Nazirliyindən göstəriş var ki, onların icazəsi olmadan rayona heç bir jurnalist buraxılmasın. Biz ona hərbi mövzudan yox, rayonun ictimai həyatından yazı hazırlayacağımızı desək də Rəhilə xanım Biz əmrin quluyuq, sizinçün heç nə edə bilməyəcəyəm dedi və Rövşən müəllimlə əlaqə saxlamağımızı məsləhət gördü. Biz dəfələrlə zəng etdikdən sonra Rövşən müəllimlə telefon əlaqəsi qura bildik. Təəssüf ki, birinci müavin də eyni sözü təkrarladı. Naəlac qalıb müstəqil araşdırmamızı apardıq.

Şahin Məmmədovun pulyuma MMC-ləri

İlk öncə qeyd edək ki, Ağcabədi döyüş bölgəsinə yaxın olsa da bu rayonda hiss olunmurdu. Camaatda bir biganəlik, ümüdsüzlük, küskünlük sezilirdi. Əksər adamlar yerli hakimiyyətin qanunsuzluğundan, məmur özbaşınalığından şikayətlənirdi. Öyrəndik ki, rayonunda aparılan abalıq və yenidənqurma işləri zamanı külli miqdarda vəsait mənimsənilib. Bu mənimsənilən vəsaitlərin böyük hissəsi isə şəhər icra nümayəndəsi Aqil Əliyevə məxsus olan MMC-lərə köçürülüb. Adının çəkilməsini istəməyən bir müəllim bildirdi ki, İcra başçısı Şahin Məmmədov həyata keçirdiyi böyük maliyyə maxinasiyalarının əsas hissəsini məhz şəhər icra nümayəndəsi Aqil Əliyevin əli ilə həyata keçirir. Belə ki, son 2 ildə Ağcabədi şəhərinin abadlaşdırılması üçün ayrılan vəsaitlər Aqil Əliyevə məxsus olan MMC vasitəsi ilə silinərək mənimsənilib.
Xatırladaq ki, Aqil Əliyev Ağsabədi Suvarma Sistemləri idarəsinin müdürü Əli Əliyevin oğludur və bu məmur ailəsi Ağcabədinin ən varlı ailələrindən biri hesab olunur.
Qeyd edək ki, rayonun daxili büdcəsindən ayrılan vəsaitlər Ağcabədi şəhər küçələrinin təmiri, mərkəzi küçələrdəki səkilərin tametlənməsi və Ağdam rayonuna gedən yolun üstündə torpaqdan kurqanların salınması, həmçinin həmin yolun üstündəki hasarların üzlənməsi, mağazaların fasadlarının təmir edilməsi və sair işləri Aqil Əliyevin MMC-ləri həyata keçirib. Son 2 ildə Ağcabədi şəhərindən Ağdam rayonuna gedən yolun üstündəki kurqanların salınması və evlərin hasarlarının üzlənməsi işinə 2 milyon manatdan çox vəsait xərclənib.
Lakin sakinlər deyirlər ki, Ağcabədi rayonundan Ağdam rayonuna gedən yolun üstündəki mağaza sahibləri obyektlərinin qarşısını öz şəxsi vəsaitləri hesabına üzləyiblər. Obyekt sahiblərinin hər birinə mağazalarının qarşısının təmir edilməsi göstərişini isə Şahin Məmmədov verib. İcra başçısı Ağcabədidən Ağdama gedən yolun kənarında salınan torpaq kurqanların salınması işinə
təxminən 500 min manata yaxın xərc çəkib. Amma xərclənən vəsaitin bir hissəsi büdcə təşkilatlarının rəhbərlərinə həvalə edilib.

Əli və Aqil Əliyevlər icra başçısı Şahin Məmmədovla birləşib camaata qan uddururlar

Şahin Məmmədov Ağcabədi rayonunu Suvarma Sistemləri İdarəsinin müdiri Əli Əliyevin və onun oğlu Ağcabədi şəhər icra nümayəndəsi Aqil Əliyevin ixtiyarına buraxıb və Ağcabədidə ata oğul Əliyevlərin zülmü ərşə dirənir. Bu sözləri də başqa bir Ağcabədi sakini deyir. O iddia edir ki, icra başçısı Şahin Məmmədov Ağcabədini Əli və Aqil Əliyevin əli ilə talamaqla məşğuldur və ona görə də ata-oğul Əliyevlərə heç kim gözün üstə qaşın var deyə bilmir. Çünki Əli Əliyev və oğlu Aqil Əliyev bir çox idarə müdürlərindən aylıq toplayaraq Şahin Məmmədova çatdırırlar.
Sakinlər hər il yay aylarında, əkinlərin suvarılması zamanı Əli Əliyevin zülmündən bezdiklərini bildirdilər. Belə ki, kasıb əhali bir qayda olaraq suya həsrət qalır. Əli Əliyev suyu daha imkanlı şəxslərə versə də, kasıb əhalidən əvvəlcədən su pulu toplamağı da unutmur. Kasıb kəndlilərin aldığı isə əsasən su deyil, tüpürcək misalı bir şey olur. Yəni kəndlilər özlərinə məxsus olan bir neçə hektar yeri suvarmaq üçün həftələrlə vaxt itirirlər. Nəticədə isə əkin sahələrinin suvarılmasını söyləmək belə mümkün olmur. Ən əsası min kvadratmetrlərlə su itkiyə verilir. Bütün bunlardan isə Əli Əliyevin yaxşı gəlir əldə edir.
Sakinlərin bildirdiyinə görə hər il Əli Əliyev Ağcabədi sakinlərindən yarım milyona qədər vəsait toplasa da, bu vəsaitin ancaq cüzi bir hissəsini hesaba köçürür. Əksəriyyət hissə isə bir qayda olaraq Əli Əliyev tərəfindən mənimsənilir. Bütün bu mənimsəmələrin əsas ortağı isə icra başçısı Şahin Məmmədovdur.
İcra başçısı Şahin Məmmədovla münasibətlərinin isti olması rayonun qeyri-rəsmi oliqarxları olan ata və oğul Əliyevlərə daha da güvənc gətirməkdədir. Çünki Aqil Əliyev və atası Əli Əliyev hər kəsə meydan oxumaqla bərabər, həmçinin onlardan şikayətçi olanları Şahin Məmmədovun adı ilə şantaj edir və həbslə hədələyirlər.
Qeyd edək ki, rayon sakinləri Əli Əliyevlə oğlu Aqil Əliyevin dövlətdən oğurladıqları milyonlar hesabına əldə etdikləri mal mülkləri, obyektləri, xarici aftomobillər və sair daşınmaz əmlakları barədə də bizə ilginc məlumatlar verdilər. Həmin informasiyanı araşdırdıqdan sonra oxucularımıza çatdıracağıq.

Ağcabədidəki taxıl pripiskası

Belə ki, Ağcabədi rayon Mirzəhaqverdi kəndi üzrə buğda və çəltik istehsal etdiklərinə görə subsidiya alanlar arasında icra başçısı Şahin Məmmədovun yaxın qohumları və başqa kəndlərdə olduğu kimi Rusiyada yaşadığı halda adı subsidiya alanların siyahısında olan şəxslər var. Məsələn, subsidiya alanlar arasında icra başçısı Şahin Məmmədovun əmisi oğlu Əlibala Məmmədovun da adı var.
Bundan başqa subsidiya alanlar arasında adı olan Hacıyev Qərib Mustafa oğlunun Rusiyada yaşadığı iddia olunur. Çox maraqlıdır ki, Ağcabədi rayon Mirzəhaqverdi kəndi üzrə buğda və çəltik istehsal etdiklərinə görə subsidiya alanlar arasında adına ən çox subsidiya yazılanlardan biri kənd ərazi icra nümayəndəliyinin rəhbərinin oğlu Şükürov Fərahim İbrahim oğlunun da adı var.
Ağcabədi rayon Mirzəhaqverdi kəndi üzrə buğda və çəltik istehsal etdiklərinə görə subsidiya alanların böyük əksəriyyətinin əsasən 1-3 hektar əksinə görə subsidiya aldığı əksini tapıbsa, icra nümayəndəsinin oğlu 20 hektar sahəyə görə dövlətdən 800 manat subsidiya alıb.
Qeyd edək ki, İcra başçısının birinci müavini olan Rövşən Əhmədovun da adı iri məbləğdə subsidiya alması faktında vurğulanır.

Məcburi köçkünün torpağı əlindən alınıb

Qarabağ müharibəsi zamanı öz dədə-baba torpaqlarından köçkün düşən Əhmədovlar ailəsi Ağcabədi rayonunda sığınacaq tapmışdır. İllərdir sığındıqları ərazidə sakit həyatlarına davam edən Əhmədovlar ailəsinin sükutunu Ağcabədi rayon bələdiyyəsi pozub. Belə ki, Ağcabədi rayonunda məskunlaşan məcburi köçkünlərə vaxtilə Prezidentin sərəncamı ilə verilən torpaqlar indi Ağcabədi rayon bələdiyyəsinin sədri Rəhman Babayev tərəfindən qanunsuz olaraq əllərindən alınıb.
Şikayətçilər bildirirlər ki, onların sahib olduqları 15 ha ərazinin illik icarə haqqı 300 manat olmasına baxmayaraq bələdiyyə sədri 11 aylıq müqavilə üçün onlardan 800 manat pul istəyir. Onlar da mal-qaranı saxlamaq məcburiyyətində olduqlarından həmin məbləğlə razılaşmalı olublar. Lakin bələdiyyə ödənilən məbləğin yalnız 300 manatının qəbzini verib, geriyə qalan 500 manatın isə xəritə çəkimi, sənədləşmə və s. bu kimi işlərə sərf olunacağını bildirib.
Bir neçə il belə davam edən qanunsuzluq Rəhman Babayevin müqaviləni heç bir xəbərdarlıq etmədən ləğv etməsi ilə sonlanıb. Onun sözlərinə görə yuxarıdan gələn tapşırığa əsasən ya məcburi köçkünlər ərazidən çıxarılmalı ya da uzun müddətli müqavilə bağlanmalıdır. Bunun üçün isə onlardan 2000 manat məbləğində pul tələb olunub. Bu barədə İH başçısı Şahin Məmmədova etdikləri şikayət də fayda verməyib.
Məsələ ilə bağlı Rəhman Babayevin qəbuluna düşə bilmədik. Çünki sədrin vacib işi olduğunu bildirdilər. Bizi bir məsələ maraqlandırır. Sədrdən soruşmaq istəyirdik ki, əgər sərəncam qanunsuz idisə, Rəhman Babayev hansı haqla məcburi köçkünlərdən hər il 800 manat məbləğində pul tələb edib. Görünür Əhmədovlar ailəsinin yaşadığı torpaqlara göz dikən təkcə düşmənlərimiz deyil.
Kimliyindən asılı olmayaraq hər bir kəs, öz torpaqlarından köçkün düşənlərə qarşı həm danışıqda, həm də davranışda daha humanist olması gərəkliyini ən azından Prezidentin məcburi köçkünlər barədə verdiyi sərəncamdan anlamalıdır. Daha Ağcabədinin harınlamış məmurları kimi yox!

Adı xəstəxana, özü ölüm ocağı

Rayon Mərkəzi Xəstəxanasının vəziyyəti elə həddə çatıb ki, buradan nə həkimlər, nə də pasiyentlər razıdır. Baş həkim Novruz Abbasovun qanundan kənar hərəkətləri rayon mərkəzi xəstəxanasındakı durumu iflic halına salıb. Burada tibbi xidmətin keyfiyyətindən söz belə gedə bilməz. Novruz Abbasovun başı qanunsuz işlərə elə qarışıb ki, tibbin keyfiyyətindən xəbəri belə yoxdur.
Son zamanlar həmin xəstəxana ana və uşaq ölümləri ilə yadda qalıb. Bizə verilən məlumata görə, baş həkim xəstəxanaya işçini nəyinsə müqabilində götürür. Xəstəxanadakı boş yerlərə elə qiymət tətbiq edib ki, həkimlərin həmin miqdarı ödəyərək işlə təmin olunmasına belə imkanı çatmır. Bununla Novruz Abbasov özünə yaxşı qazanc yeri tapıb. Çünki boşalan yerlər satışa çıxarılır və baş həkim bu alverdən heç də az qazanmır.
Əldə etdiyimiz məlumata görə, baş həkim bir çox kənd sahə xəstəxanalarına öz yaxın adamlarını rəhbər təyin etməklə onların əli ilə ayrılan vəsaitlərin silinməsində və bir çox şəxslərin adlarının həmin tibb ocaqlarında getməsinə şərait yaradıb.
Qeyd edək ki, uzun illərdir Ağcabədinin tibb ocaqlarına ayrılan dərman və tibbi pereparatların heç 10 faizi də tibb ocaqlarına verilmir. Hər il Ağcabədi səhiyyəsinə dövlət tərəfindən ayrılan dərman pereparatlarının demək olar ki, 90 faizi müxtəlif apteklərdə satılır. Həmin apteklərdə yoxlama aparılsa, burada külli miqdarda qeydiyyatda olmayan dərmanlar tapılacaq.
Bəzən isə problem yaranmaması üçün baş həkim elə xəstəxanalarda və tibb məntəqələrində həmin dərmanları xəstə yaxınlarına satır. Heç bir xəstə heç bir zaman pulsuz bir bint belə almağı düşünə bilməz. Prezidentin tapşırığı ilə dövlətdən maliyyələşən səhiyyə ocaqlarında vətəndaşlara təmənnasız xidmət göstərilməli olduğu təqdirdə, Ağcabədidə həkimlər əli cibində olmayan xəstələrin üzünə belə baxmırlar. Cibində pulun yoxdursa və xəstəxanaya müayinə olunmağa gəlmisənsə, heç kim səninlə maraqlanmayacaq.
Təəssüflə də olsa qeyd etməliyik ki, bütün bu baş verən qanunsuz əməllərlə bağlı heç bir tədbir görülmür. Doğum şöbəsində dəfələrlə ana və uşaq ölümü baş verir ki, bu da xəstəxanada çalışanların qeyri-peşəkar, məsuliyyətsiz olmasından xəbər verir.
Görünür, aidiyyəti qurumlar bununla bağlı heç bir iş görmürlər. Adıçəkilən tibb müəssisəsində doğuş zamanı həkimlər xəstələrə qeysəriyyə üsulu ilə doğuşun həyata keçirilməsinə məsləhət görürlər. Bu da hamıya bəllidir ki, qeysəriyyə üsulu ilə doğuş təbii doğuşdan qat-qat bahadır. Həm də həkimlər üçün rahatdır. Bəzən həmin xəstəxanada çalışan həkimlər hamilə qadınları aldadaraq uşaqda hansısa problemin olduğuna və təbii doğuşun körpə üçün riskli olduğuna inandıraraq qadınların qeysəriyyəyə üstünlük verməsinə çalışırlar. Təbii doğuşdan imtina isə bir çox hallarda pis nəticələrlə bitir.


Ardı var

Vəfa Səfərzadə,
İbrahim Qubadoğlu
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi