Qobustan icra hakimiyyəti necə narazılıq yaradır - ŞİKAYƏT VAR
Bolge
Oxunub: 1 172
10 okt 2016 | 11:32
Qobustan icra hakimiyyəti necə narazılıq yaradır - ŞİKAYƏT VAR










Qobustan rayonunda insanların hüquqları hər sahədə kobudcasına pozulur. Ən çox da torpaqlarımızla bağlı... İcra hakimiyyətinin başçısı və onun məmurları əkin sahələrimizi başqa-başqa adamlara satıblar. Hazırda azı 175 sakinin əkin sahəsində başqaları tikinti aparır, çəpərlər çəkir”.

Qobustanın Nərimankənd kənd sakinləri prezidentə müraciət edərək, əllərindən alınıb satılmış əkin sahələrinin özlərinə qaytarılması üçün kömək istəyiblər.

Məhəmməd Hümməzov danışır ki, 1996-cı ildə torpaq islahatları zamanı kəndlilərə pay torpaqları verilib. İcra hakimiyyətinin başcısı və yerli bələdiyyə kəndlilərə məxsus həmin əkin torpaqlarını kənardan gələnlərə satırlar:

“Bu dəqiqə də həmin torpaqlarda şıdırğı iş gedir. Biri ev tikir, biri hasar çəkir. Halbuki, bu torpaqlar kənd təsərrüfatı təyinatlıdır, tikinti aparılması qanunsuzdur. Ancaq icra hakimiyyətinə pullarını verib işlərini görürlər”.

Kəndlilərin bir hissəsi məsələni hüquq müstəvisində çözmək qərarına gəlib. Məhkəməyə müraciət edən bir qisim sakinin iddiası təmin olunub. Məhkəmə qətnamə çıxarıb ki, həmin torpaqlardakı tikililər sökülsün, torpaq sahələri boşaldılaraq sahibinə qaytarılsın. Bu qərarların bəziləri icra olunub, bəzilərində hələ də tikililər sökülməyib. Məhəmməd Hümməzov sözünə davam edir:

«Şəxsən məndə 48 sot torpaq sahəsidir. Şəkillərini də sizə yolladım. Gördüyünüz kimi, əkin məqsədilə mülkiyyətimizə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəmizdə tanımadığımız adamlar tərəfindən tikinti aparılır. Deyirlər, “torpağı bizə bələdiyyə satıb, icra hakimiyyəti də deyib, gettik”».

Ancaq elə torpaq sahibləri də var ki, şikayət etməkdən çəkinir. Məhəmməd Hümməzov deyir, səbəb məmurların həmin sakinlərə hədə-qorxu gəlməsidir. Kimisi özünün, kimisi də hansısa qohumunun işini itirməsilə, kimisi övladının həbs olunması ilə hədələnir. Əllərində dövlət aktları olan sakinlər dolanışıq üçün onlara verilmiş əkin sahələrini göz görə-görə itirirlər.

Qobustan rayon icra hakimiyyətindən bildirilib ki, əkin sahələri kimi mülkiyyətlərinə verilmiş torpaqları kəndlilər özləri könüllü satırlar: “Özləri öz aralarında satırlar. İndiyə kimi kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş xeyli evin sahibinə xəbərdarlıq olunub, eləsi var ki, sökülüb. Kəndli öz torpağını satmasa, o torpağı onun əlindən heç kəs alıb sata bilməz. Çünki torpaq sahibinin əlində dövlət aktı var. Əgər kimsə zəbt edibsə, bunun üçün məhkəmə var, məhkəməyə müraciət etsinlər”.
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş