Məhərrəm Quliyevin “korrupsiya qurbanları” – İcra başçısı özünü necə xilas edib?
Bolge
Oxunub: 874
12 okt 2016 | 16:42
Məhərrəm Quliyevin “korrupsiya qurbanları” – İcra başçısı özünü necə xilas edib?











Ağstafa rayonunda korrupsiya dərin kök salıb.

Bunu hətta Hesablama Palatasının təftişləri də təsdiqləyir. Bu barədə rayondakı mənbələrdən məlum olub.

Mənbənin dediyinə görə, hələ Hesablama Palatasının 2014-cü il üzrə hesabatında Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən auditin nəticəsi üzrə görülən işlər barədə daxil olan məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməyən 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib.

“Həmin vaxt icra başçısı Məhərrəm Quliyev özünün 1-ci müavini Ramiz Tatarovu “qurban” vermək bahasına kreslosunu qorumağa nail olub. “Belə ki, aşkarlanan qanunsuzluqlara və nöqsanlara görə məhz Ramiz Tatarova rəsmi xəbərdarlıq edilib. Bu isə o deməkdir ki, icra başçısı üzə çıxarılan korrupsiya faktlarının məsuliyyətini 1-ci müavinin üzərinə yükləməyi bacarıb”, - mənbə bildirib.

Mənbə əlavə edib ki, Tatarovla bərabər, Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) daha iki əməkdaşı xəbərdarlıq alıb: “Bunlardan biri RİH-in şöbə müdiri, digəri isə məsləhətçisi olub. Halbuki on minlərlə manatlıq korrupsiya faktlarının belə aşağı vəzifəli şəöxslərin “özfəaliyyəti” olduğuna inanmaq mümkün deyil”.

Maraqlı burasıdır ki, bu ilin əvvəlində də oxşar hadisə baş verib. “Hesablama Palatası 2015-ci il üzrə hesabatında yenə Ağstafa rayonunda korrupsiya hallarının aşkarlandığını göstərib. “Məlum olub ki, Məhərrəm Quliyevin rəhbərlik etdiyi rayonda büdcə vəsaitlərinin təyinatı üzrə, səmərəli xərclənməsi ilə bağlı problemlər nəinki həllini tapıb, hətta daha da dərinləşib”, - deyən mənbəmizin sözlərinə görə, bu dəfə də icra başçısı öz işçilərindən bəzilərini “qurban” verməklə, özünü sığortalamağa nail olub: “Belə ki, aşkarlanan korrupsiya faktları ilə bağlı Ağstafa RİH-in 2 işçisi tutduğu vəzifədən uzaqlaşdırılıb, 4 işçiyə töhmət verilib, 3 işçiyə xəbərdarlıq edilib. Yəni yerli icra hakimiyyətindəki qanunsuzluqların məsuliyyəti bu dəfə də digər işçilərin üzərində qalıb, icra başçısına isə “gözün üstə qaşın var” deyən tapılmayıb”.

Mənbənin bildirdiyinə görə, ilbəil rayondakı korrupsiya hallarının miqyası genişlənsə də, sadəcə, yerli RİH-in əsasən aşağı vəzifəli şəxslərin cəzalandırılması təccüb doğurur. Ötən illərin təcrübəsi bununla Ağstafada korrupsiyanın qarşısının alınmasının mümkünsüzlüyünü göstərir. Məhərrəm Quliyevin “korrupsiya qurbanı” seçdiyi çinovniklər olsa-olsa, icra başçısının postunu qoruyub-saxlamağa yarayırlar, nəinki rayonda büdcə vəsaitləri ilə şəffaf və effektiv davranılmasına!

Xatırladaq ki, .2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyən M.Quliyev 5 ildən artıqdır (daha dəqiq desək, 2011-ci ilin iyulundan) Ağstafa rayonuna rəhbərlik edir. Onun rayona təyinat almasından sonra Ağstafa sakinlərinin yerli rəhbərlikdən şikayətləri daha da artıb.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb