Paşa Nəbiyev Şirvan təhsilini viran qoyub
Bolge
Oxunub: 2 024
23 okt 2014 | 16:43
Şöbə müdirinə kim himayəçilik edir?

Şirvan Şəhər təhsil şöbəsi ilə bağlı tez-tez redaksiyamıza şikayət daxil olur. Şikayətdə bildirilir ki, Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyevin yarıtmaz fəaliyyəti Şirvan əhlinin ciddi narazılığına səbəb olub. Etibarlı mənbələrin verdiyi məlumata görə, Paşa Nəbiyevin törətdiyi özbaşınalıqlar şəhər təhsilini uçuruma sürükləyir. TŞ sədri öz işində bir sıra qanun pozuntularına yol verir. Belə ki, bu şəxs vəzifə başına keçəndən bəri Şirvan təhsilini yaman günə qoyub. Məktəblərin əksəriyyətinə savadsız direktorlar və müəllimlər təyin edib. Valideynlər savadsız müəllimlərin əlindən cana yığılıblar.

Ona görə də valideynlər uşaqlarını repititor yanına qoymağa məcbur olublar. Əks halda şagirdlər savadsız kadrların ucbatından heç bir təhsilə yiyələnə bilməyəcəklər. Şirvan Təhsil Şöbəsinin müdiri savadlı kadrları müəyyən bəhanələrlə işdən çıxarır. Yerinə öz yaxın adamlarını və ali təhsili olmayan kəsləri müəllim təyin edir. Bizə verilən məlumata görə, Paşa Nəbiyevin belə addım atmasının arxasında başqa məsələ var. Belə ki, Nəbiyev hər il bu müəllimlərə işdən çıxaracağı ilə hədə-qorxu gəlir. Onlardan nəsə tələb edir. Həmin müəllim və direktorlar işsiz qalmamaları üçün şöbə müdirinin tələbləri ilə oturub-dururlar. Lakin bu vəziyyət artıq müəllim heyətini də bezdirib. Bizə verilən məlumata görə, bəzi müəllimlər işsiz qalmamaq üçün heç bir quruma şikayət etmirlər. Lakin bəzi müəllimlər var ki, artıq bu vəziyyət onların səbr kasasını daşırıb. Artıq vəziyyət elə yerə çatıb ki, şagirdlər orta məktəbə getməyin mənasız olduğunu düşünürlər. Qızlar 9-cu sinifdən sonra məktəbə getmirlər. Oğlanların da əksəriyyəti orta məktəbə oxumağa yox, gün keçirməyə gedir. Ona görə də Şirvan təhsilinin keyfiyyətindən əsər-əlamət qalmayıb.

Bizə verilən məlumata görə, Paşa Nəbiyev nəyinsə müqabilində saxta diplomlu şəxsləri işə qəbul edib. Demək olar ki, Şirvanın yarısından çoxu saxta diplomlu müəllimlərdir. Şöbə müdiri saxta diplomlu müəllimləri nəyinsə müqabilində işə götürməklə iş bitmiş hesab olunmur. Şöbə müdiri hər il saxta diplomlu müəllimləri şantaj edərək onlardan nəsə tələb edir.

Bundan başqa Paşa Nəbiyev Şirvanda at oynadır. Heç kəsdən çəkinməyən Nəbiyevin şəhərin bir neçə yerində obyektləri var. Mənbə bildirir ki, qanunsuz yollarla əldə etdiklərinə şəhərin bir neçə yerində ev alıb. Qeyd edək ki, araşdırmalarımız zamanı bizə məlum oldu ki, Paşa Nəbiyevə himayəçilik edən öz doğma oğlu Şahin Nəbiyevdir. Belə ki, Şahin Nəbiyev Milli Məclisin deputatı Azay Quliyevin köməkçisi vəzifəsində çalışır. Azay Quliyev də Şirvan şəhərinin deputatıdır. Bir sözlə, Şirvan şəhər təhsil şöbəsinin müdiri Paşa Nəbiyev toxunulmazlığını qoruyur.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"