Xaçmazda idarə rəhbəri sayğısızlıq edir
Bolge
Oxunub: 1 643
28 okt 2014 | 13:36
Xaçmazda idarə rəhbəri sayğısızlıq edirBir müddət bundan Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisi, saysız-hesabsız maxinasiyalara qol qoymaqda xüsusi istedada malik olan cənab Vaqif müəllimin əməlləri barədə, informasiya mərkəzimizə xeyli məlumatlar daxil olmuşdur. Rayondakı mənbəmiz bildirir ki, SSİ-i olduqca strateji bir sahə olsa da, nədənsə rəhbərlik idarəetməyə yanaşmada hələ də sayğısızlıq göstərməkdədir. Məsələn, əldə etdiyimiz əlumatlara görə Vaqif müəllimin səhhətində əmələ gələn problemlər, onun mütəmadi olaraq iş başında olmasına imkan vermir. (Əvvəla biz ona cansağlığı, səhhətində əmələ gələn problemlə əlaqədar şəfa tapmasını arzu edirik).
Diqqəti cəlb edən hal odur ki, belə bir vəziyyətin əmələ gəlməsi, bu gün Xaçmaz rayon SSİ-də saysız-hesabsız problemlərin də əmələ gəlməsinə səbəb olur. Bu haqda məlumatı verən mənbə bildirir ki, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir kimsəyə suvarma suyu lazım olanda, həmin şəxs minbir problemlə üz-üzə qalır. Yəni, rəhbərliyin yaratdığı bezpredel idarəçilikdən yararlanan vəzifə sahibləri, çox keçmir ki, əksəriyyəti şoka salacaq maxinasiyalara qol qoyurlar. Əslində idarədə ayrı-ayrı vəzifə sahiblərinin minbir maxinasiyalara, hər cür qanunsuzluq əməllərinə qol qoymalarının səbəbi, cənab Vaqif müəllimin yaratdığı idarəçilikdir. Başqa bir olaylar haqda da məlumatı verən mənbə onu da bildirir ki, bu gün SSİ-də tətbiq olunan bezpredel idarəçilik, büdcədən ayrılan vəsaitin də hədsiz dərəcədə mənimsənilməsinə yol açır. Məsələn, verilən məlumatda bildirilir ki, idarəyə hər kvartal üçün büdcədən vəsait ayrılır. Həmin vəsaitlə idarəyə aid işlərin görülməsi nəzərdə tutulsa da, əslində həmin vəsaitin nəzərdə tutulan hissəsi bir qrup şəxs tərəfindən mənimsənilir və rəhbərliyə də boş-boş hesabatlar verilir.
Maraqlı haldır ki, bu gün Xaçmazın Suvarma Sistemləri idarəsini bərbad hala salan, idarəyə ayrılan vəsaiti minbir yollarla mənimsəməyi bacaran, idarənin balansında olan nəqliyyat vasitələrindən dədə malı kimi istifadə edən, nəqliyyat vasitələri üçün ayrılan yanacağı, sürtkü yağlarını, ehtiyat hissələrini və.s-ni xrıd etməyi bacaran bir şəxsi, hələ də cənab Əhməd Əhmədzadə vəzifə başında saxlamaqdadır. Onun belə bir idarəçiliyi haqda ayrı-ayrı mətbu orqanlarda tənqidi açıqlamalar dərc olunsa da, təəssüflər olsun ki, hələ də Vaqif müəllim sadalanan iradlardan, işıq üzü görən tənqidi açıqlamalardan bir nəticə çıxarmır və belə bir gedişlə də deyəsən nəticə çıxarmaq fikrində deyil.
Hələ bütün bunlar azmış kimi, onun ünvanlanan müraciətlərə cavab verməməsi də, diqqətdən kənarda qalmayan anlardır. Məsələn, yuxarıda qeyd etdiyimiz kimi məlumatı verən mənbə bildirir ki, Xaçmazın Suvarma Sistemləri idarəsinə büdcədən ayrılan vəsaitlərin çox hissəsi, rəhbərlik və onun əsabələri tərəfindən bu və ya digər yollarla mənimsənilir. Yəni, təyinatı üzrə xərclənmir və bu haqda da heç bir açıqlama verilmir. Belə olan halda KİV nümayəndəsi olaraq rəhbərliyin idarəçiliyi, ayrılan vəsaitin kütləvi surətdə mənimsənilməsi və digər qaranlıq məqamlar müəyyən şübhələrə yol açır. Bütün bunları nəzərə alaraq bir müddət bundan əvvəl, SSİ-nin rəhbərliyinə rəsmi məktubla müraciət etdik ki, bəzi məqamlara aydınlıq gətirsinlər. Təəssüflər olsun ki, ünvanlanan müraciətə qanunvericiliyin tələb etdiyi müddətdən çox vaxt keçsə də, qarşı tərəfdən heç bir cavab verilmədi. Yəni, bu günədək SSİ-dən nə bir səs çıxdı, nə də ki, bir soraq eşidildi. Deməli, cənab Vaqif müəllim təkcə rəhbərlik etdiyi idarəyə deyil, həm də KİV nümayəndələrinə qarşı münasibətdə də sayğısızlıq göstərməkdə davam edir.
Hörmətli oxucular! Vaqif müəllimin və onun rəhbərlik etdiyi qrumda söz sahibi olan bəzi vəzifə sahiblərinin bizlərə qarşı da bəslədikləri sayğısızlığı nəzərə alaraq, redaksiya əməkdaşımızı bölgəyə ezam etmişik ki, müəyyən araşdırmalar aparsın və SSİ-də qol qoyulan maxinasiyalar, çoxsaylı mənimsəmələr və.s haqda lazımi məlumatları əldə edə bilsin. Odur ki, yaxın günlərdə sizləri daha səhih məlumatlarla məlumatlandırmağa çalışacagıq.
Bizi izləməyi unutmayın.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi