GDU-da təhlükəli insidentlər yaşanır
Bolge
Oxunub: 925
24 okt 2016 | 15:06
GDU-da təhlükəli insidentlər yaşanır






Rektor Yusif Yusibovun yaramaz əməlləri bu universiteti xaos öncəsi bir duruma gətirib

Dünən redaksiyamıza Gəncə Dövlət Universitetində cərəyan edən proseslərə dair növbəti yeni məlumatlar daxil olub. Qeyd edək ki, nə bu universitetdən müxtəlif instansiyalara davamlı olaraq ünvanlanan həyəcan siqnalları, nə də orada yaşanan neqativ hallara dair çeşidli faktların mətbuat tərəfindən ictimailəşdirilməsi nəticə etibarı ilə GDU baş verənlərin qarşısının alınması üçün yetərli əsas ola bilmir. Əlaqədar qurumların bu yolverilməz loyallığı isə, universitet rəhbərliyini yeni özbaşınalıqlar törətməyə stimullaşdırır. Artıq ötən saylarımızda dərc etdiyimiz yazılarda biz universitetin rektoru Yusif Yusibovun yarıtmaz idarəçilik üsulları nəticəsində bu gün GDU-nun resurslarının bu müəssisənin rəhbərliyində duran bir neçə konkret şəxslər tərəfindən amansızcasına talan olunmasından bəhs etmişdik. O cümlədən biz göstərmişdik ki, universitetdə bu kimi əməlləri ilə seçilən şəxslərdən biri də Coğrafiya kafedrasının dosenti Teymur İsmayılovdur. Təqdim olunan məlumatda vurğulanır ki, son qəbul zamanı, GDU-nun bəzi fakültələrində nəzərdə tutulmuş qabiliyyət imtahanlarının gedişində məhz Teymur İsmayılov hər abituriyentdən tələb olunan rüşvətin məbləğini 3000 manat qədərində müəyyən etmiş və bu pulların yığılmasına da şəxsən nəzarət etmişdir. Bundan başqa isə, öz elmi fəaliyyətlərini doktorantura səviyyəsində davam etdirmək istəyən namizədlər də bunun üçün məhz Teymur İsmayılova 2500-3000 manat ödəməlidirlər. Dünən aldığımız məlumatda da yenidən Teymur İsmayılovun adı hallandırılır. Mənbə bildirir ki, bu yaxınlarda Teymur müəllim Niyazi Nəbiyev adlı bir nəfəri, ondan aldığı rüşvət müqabilində dosent əvəzi vəzifəsinə təyin etdirmişdir.

Bununla belə, yeni aldığımız məlumatda şəxsən rektor Yusif Yusibovun qanunsuz əməlləri xüsusilə vurğulanır. Mənbə bildirir ki, məhz bu əməllər GDU-da son vaxtlar xoşagəlməz, bəzi hallarda isə hətta təhlükəli insidentlərin yaşanmasına yol açır. Bu barədə məlumatda deyilir: “Bu gün universitetimizdə xoşagəlməz hallar yaşanmaqdadır. Məsələn, universitetin əməkdaşı olan Misir Fərhadov artıq çoxdan təqaüd yaşına çatmış olsa da, rektor onun hələ işləməsini təmin edir. Bir çoxları bunu həmin əməkdaşın Yusif Yusibovla yaxınlığı ilə izah edirlər. Lakin əslində bu məsələnin arxasında tamamilə başqa müəmmalar durur. Həmçinin bu müəmmadan xəbərdar olanlar rektorun əməllərini qətiyyətlə pisləsələr də, heç kim bu məsələnin aşkara çıxmasında təşəbbüskar qismində çıxış etmək istəmir. Digər tərəfdən isə, Yusif Yusibovun əməlləri universitetin həyatına da təsirsiz ötüşmür. Belə ki, bir müddət əvvəl rektorun digər bir müəmması olan “laborant məsələsi” barədə yayılan məlumatlar, nəticədə universitetdə həqiqətən də rüsvayçı bir insidentin yaşanmasına səbəb olmuşdu. Aydındır ki, Yusif Yusibovun bu əməllərinə son qoyulmayacağı təqdirdə, onsuz da gərgin olan vəziyyət tezliklə ümumiyyətlə nəzarətdən çıxa bilər”. Məlumatdan da göründüyü kimi, hazırda Gəncə Dövlət Universitetində həqiqətən də böyük gərginlik yaşanmaqdadır. Bununla belə, universitet rəhbərliyi hətta bu vəziyyətdə də korrupsiya əməllərini səngitmir. Aldığımız digər bir açıqlamaya görə, bu gün “GDU talançıları”nın əsas gəlir mənbələrindən biri kimi də “müddətsiz tətil”ə buraxılan tələbələrdən yığılan pullar çıxış edir. Mənbə bildirir ki, bu səbəbdən hazırda Gəncə Dövlət Universitetində davamiyyət indiyədək qeydə alınan ən aşağı həddə düşüb. Bəziləri isə, bu halı həmçinin Yusif Yusibovun özünün yaramaz əməllərini daha az sayda insanın müşahidə etməsi istəyi ilə izah edirlər...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb