İcra başçısının qardaşı oğlu həbs olundu
Bolge
Oxunub: 937
2 noy 2016 | 08:05
İcra başçısının qardaşı oğlu həbs olundu









Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yunis Abdullayev həbs olunub

Bu barədə “Qafqazinfo”ya vəkil Adəm Məmmədov məlumat verib. O bildirib ki, Y.Abdullayev dələduzluqda ittiham edilir və o, Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən həbs olunub.

Belə ki, A.Məmmədov bildirib ki, hüquqlarını müdafiə etdiyi M.Saitqızının və digər zərərçəkənlərin – Əziz Əliyev və Əyyub Hüseynovun milyonlarla dəyəri olan əmlakları hazırda həbsdə olan Yunis Abdullayev və onun əmisioğlu Yalçın Abdullayev tərəfindən dələduzluq yolu ilə ələ keçirilib: “Yalçın Abdullayev bundan başqa Rauf Kərimov adlı iş adamı ilə yaxın münasibət qurduqdan sonra 2013-cü ildə ondan 300 min ABŞ dolları dəyərində avtomobillər götürüb və pulunu ödəməyib. R.Kərimov Nərimanov rayonunda yerləşən “Kral Mebel” mağazasını da Yalçın Abdullayevə güzəştli şərtlərlə icarəyə verib. R.Kərimov bankdan götürdüyü kreditə görə həbs olunduqdan sonra Y.Abdullayev bundan istifadə edərək onun əmlaklarını özünün və yaxınlarının adına keçirib.

Hazırda Yalçın Abdullayevi himayə edən vəzifəli şəxslər ondan şikayətçi olan zərərçəkmişləri təhdid edir, işdən çıxartdıracaqları ilə hədələyirlər: “Buna görə də daxili işlər naziri Ramil Usubova müraciət edərək işin araşdırılmasını öz nəzarətinə götürməsini xahiş edirəm. Yunis Abdullayev qeyd etdiyim işlərin birbaşa icraçısı olub və bu epizodlarla bağlı həbs olunub”.

Qeyd edək ki, dələduzluqda ittiham olunan Yalçın Abdullayevin dəstəsinə daxil olan qardaşı Zaur Abdullayev, Xəyyam Balayev və Sahib Əliyev Eyyub Hüseynovun 3 mənzilini, polis əməkdaşı olan Əziz Əliyevi bir obyektini pul ödəmədən ələ keçiriblər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb və adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO