Yevlax MERO-sunda rüşvət faktı: əis Elxan Əliyev 850 manatla "radara düşdü” –FOTO
Bolge
Oxunub: 943
4 noy 2016 | 18:19
Yevlax MERO-sunda rüşvət faktı: əis Elxan Əliyev 850 manatla "radara düşdü” –FOTO







Ölkədə rüşvətin və korrupsiyanın ən çox kök atdığı qurumlardan biri BDYPİ-dir.

BDYPİdövlətin son illər ən çox pul ayırdığı qurum olsa da burada olan neqativ hallar azalmaq bilmir. Yerli mətbuatda dəfələrlə BDYPİ-nin radar oyunundan, evakuasiya xidmətindən, MMX-larda baş verən fırıldaqlarından yazılıb.

BDYPİ-də rüşvətin ən çox tüğyan etdiyi sahə dövlət nömrə nişanlarını və sürücülük vəsiqələrini verən orqanlarıdır. BDYPİ-də baş verən qanunsuzluqlarla bağlı dəfələrlə məlumatlar verilib və həmişə də qurumun neqtiv fəaliyyətini obyektiv olaraq işıqlandırmışıq. Bu gün də 7 saylı Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsində baş verən rüşvətxorluq və qanunsuzluqlar barədə məlumat daxil olub. Göyçay rayonu Bığır kənd sakini Mayılov Çingiz Sabir oğlu tərəfindən redaksiyamıza göndərilən şikayəti olduğu kimi diqqətinizə çatdırırıq:

"7 saylı Yevlax Qeydiyyat-İmtahan şöbəsinin rəisi Elxan Əliyevin. müavin Mədət Cəfərovun, Yelmar Həsənovun, Rafael və Elmir adlı əməkdaşları mənim qohumumdan sürücülük vəsiqəsi üçün 850 manat pul alıblar ki, həmin cinayət hadisəsini bütünlüklə video çəkliş etmişəm. Məqsədim budur ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edib cinayət əmələri ilə məşğul olan 7 saylı Yevlax Qeydiyyat-İmtahan şöbəsinin başda rəisi olmaqla bütün rüşvətxor əməkdaşlarını ifşa etməkdir.Həmin video çəkilişi Prezident cənab İlham Əliyevə və bütün aidiyyatı orqanlara göndərəcəyəm.

Yaxın qohumuma sürücülük vəsiqəsi almaq üçün 7 saylı Yevlax Qeydiyyat-İmtahan şöbəsinin rəisi Elxan Əliyevin qəbulunda oldum.Elxan Əliyev mənə "bu işləri müavin Mədət Cəfərova həvalə etmişəm sən onu gör danış” – deyir. Bundan sonra Mədət Cəfərov təkidlə mənə deyir ki. sənə hörmət edilər 850 manat verərsən. Çox xahiş minnətdən sonra 850 manat rüşvəti polis əməkdaşı Rafael adlı polis əməkdaşına sayıb veririb bütün bu korrupsiya cinayətini video çəkliş edirəm.

7 saylı Yevlax Qeydiyyat-İmtahan şöbəsində bacım oğlu Əliyev Samir Əlimövsüm oğlunun avtomobilini qeydiyyata aldırmaq üçün polis kapitanı Yelmar Həsənovun da məndən 130 manat rüşvət alma video lentə alınıb. Həmin video çəklişdə görünən odur ki, polis kapitanı Yelmar Həsənov bacım oğlu Samir Əliyevdən avtomobilini qeydiyyata aldırmaq üçün ilkin olaraq 350 manat rüşvət istəyir, çox xahiş – minnətdən sonra 130 manat alaraq avtomobili qeydiyyata alırlar. Həttda pulun az verilməsinə görə Yelmar Həsənov açıq – aşkar bacım oğlunu təhqqir etməsidə video lentə alınmışdı.

Bu korrupsiya cinayətini subut edən video görüntülər əsas verir ki, 7 saylı Qeydiyyat-İmtahan şöbəsinin başda rəisi Elxan Əliyev olmaqla adları keçən bütün əməkdaşları barələrində cinayət işi başlanılmalıdır.Həmin video çəklişlərdən çıxarılmış fotoları sizə göndərirəm.Xahiş edirəm cinayət yuvası olan 7 saylı Yevlax Qeydiyyat-İmtahan şöbəsinin başda rəisi olmaqla bütün korrupsioner əməkdaşları barədə qanunu tədbirlər görəsiniz.”

Onu da bildirək ki, 7 saylı Yevlax Qeydiyyat-İmtahan şöbəsindəki qanunsuzluqlar haqda mediada dəfələrlə yazılıb. Ciddi ittihamların yer aldığı və rəsmən təkzib olunmayan həmin məlumatları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: "Vətəndaşlardan toplanan rüşvət pulları hesabına şöbə rəisi Elxan Əliyevin sərvətləri yüz minlərlə ölçülür. Dəyəri yüz minlərlə ölçülən bu qədər sərvəti şübhəsiz ki, şöbə rəisi məvacibi hesabına əldə etməsi qeyri-mümkündür. Elxan Əliyevin Yevlax 7 saylı Qeydiyyat- İmtahan şöbəsində qurduğu rüşvət şəbəkəsindən yuxarı instansiyaların da xəbəri var. Bu instansiyalar dəfələrlə Elxan Əliyev barəsində tədbir görmək istəsələr də, məhz Elxan Əliyevin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalovla olan yerlilik və qohumluq əlaqələrinə görə istəklərinə nail ola bilməyiblər. Deyilənə görə bütün məclislərdə Elxan Əliyev Ramiz Zeynalovun həmyerlisi və qohumu olmasını xüsusi olaraq qabardır”.

Qeyd edək ki, Yevlax 7 saylı Qeydiyyat-İmtahan şöbəsi Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Ucar, Göyçay və Kəlbəcər rayonlarının sakinlərinə xidmət göstərir. Onu da xatırladaq ki, polkovnik Elxan Mikayıl oğlu Əliyev ötən il Daxili işlər naziri General-polkovnik Ramil Usubovun əmri ilə Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Yevlax şəhər Qeydiyyat-İmtahan şöbəsinə təyin olunub.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...