Gəncədə icra başçısı prezidentə dua edən axundu “bütpərəst” dedi, “İmamzadə”yə basqın etdirdi
Bolge
Oxunub: 1 034
10 noy 2016 | 08:28
Gəncədə icra başçısı prezidentə dua edən axundu “bütpərəst” dedi, “İmamzadə”yə basqın etdirdi










Gəncənin Axundu intihar edəcəyini dedi!

Gəncədən narahat xəbərlər almışıq. Xural.com-a daxil olan məlumatlara görə, Gəncənin icra hakimiyyətinin başçısı Elmar Vəliyev “İmamzadə” ziyarətgahına və onun axundu Hacı Tahir Abbaszadəyə hücuma keçib. Başçının birbaşa tapşırığı ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyevin rəhbərlik etdiyi qrup “İmamzadə”də əməliyyat keçirib. Əməliyyat zamanı “İmamzadə”nin əməkdaşları İlham Abbasovu və Elbrus Məmmədovu həbs edən polislər, bəzi din adamlarının da axtarışına çıxıblar. Məlumatı əldə edən kimi Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyevlə əlaqə saxladıq. Sualımızı dinləyən İ.Balakişiyev “mənə bu haqda heç nə məlum deyil” dedi və məlumatı təkzib etdi. Xural.com-un əməkdaşları “İmamzadə” ziyarətgahının axundu Hacı Tahir Abbaszadə ilə əlaqə saxlamağa çalışdılar. Onun icra hakimiyyətində olduğu və başçı ilə görüşdüyü məlumatını aldıq. Bir müddətdən sonra Hacı Tahir Abbaszadə ilə danışa bildik. Məlumatı doğrulayan Hacı Tahir Elmar Vəliyevin onu hədəf götürdüyünü və həbs etdirmək istədiyini dedi.

Hacı Tahir kəfən geyindiyini dedi…

Hacı Tahirin dedikləri tükürpədicidir: “Elmar Vəliyev məni şəhər ictimaiyyətinin qarşısında təhqir edib. “Aşura” günündə “İmamzadə”də prezident İlham Əliyevin ünvanına dediyim xoş sözlərdən sonra mənə “bütpərəst” dedi və məni hədəfə götürdü. “İmamzadə”yə Natiq Həsən oğlu Allahverdiyev adlı bir qohumunu təyin etdi və mənim adamlarımı, idarənin əməkdaşlarını iş görə bilməyəcək hala gətirdi. Dindar ovuna başlayıb şəhərdə. Dünəndən iki əməkdaşımızı həbs etdirib. Bir neçəsini də axtarışa verdirib. Məni açıq şəkildə həbs etdirəcəyi ilə hədələyir.

İndi mən Gəncədən Bakıya çıxmışam. Əynimdə kəfən var. Kəfənimi geyindimsə, bu yolda sonuna qədər varam. Buradan bəyan edirəm. Yolda məni saxlayıb həbs etdirməyə çalışsalar, intihar edəcəyəm!”

Hacı Tahir Abbaszadə Bakıya çatan kimi hər şeyi foto-video dəlillərlə sübut edəcəyini və mətbuat konfransı keçirəcəyini dedi.
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı