Qazax Dövlət Sosial-İqtisad kollecinin rellıqları
Bolge
Oxunub: 2 002
4 noy 2014 | 18:12
Kollec rəhbəriyinin şəxsi göstərişləriylə idarə olunan bu təhsil ocagında, həm "pulqırma" kampaniyasına son qoyulur, həm də təhsilimiz düşünülmüş şəkildə məhvə sürüklənir.

Respubikamızın dilbər guşələrindən olan Qazax rayonu hazırda inkişaf dinamikasının göstərişlərinə görə öndə gedən rayonlarımızdandır. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafında, əhalinin kənd təsərüffatı məhsullarına olan tələbatının ödənilməsində, sosial iqtisadi vəziyyətin davamlı inkişafında və s. kimi əhəmiyyət kəsb edən məsələlərin həllində Qazaxın adı gün də dillər əzbəridir.
Bütün bunlara baxmayaraq, rayonda həli vacib olan məsələlər, ziddiyyət doğuran elə məqamlar var ki, onlar haqda məlumatı olan hər kəs, bir anlığa da olsa düşünür, bir qədər götür qoy edir.
Bunlardan biri, bəkə də lap birincisi Qazax Dövlət Sosial-İqtisadi Kollecində baş verən həngamələrdir. Düzdür, bir müddət bundan əvvəl dərc etdiyimiz açıqlamalarda kollec haqda tənqidi məqamlara toxunmuşduq. Təəssüflər olsun ki, həmin vaxt cənab Elşad müəlim sadalanan faktlara aydınlıq gətirmək əvəzinə, susmaga üstünlük verdi. Belə olan halda halda probemlərin üstünə əlavə probemlər də gəldi ki bu da özünü göstərməyə başladı.
Kollecdə yaşanan probemlər haqda məlumatları redaksiyamıza təqdim edən mənbə bildirir ki, Elşad müəllimin rəhbərlik etdiyi kollec, bu gün əməlli başlı rüşvət girdabında çabalayır. Bunun müəyyən özəllikləri olsa da, məlumatı təqdim edən mənbə bir məqam üzərində xüsusilə dayanır və israrla bildirir ki, paytaxt Bakıdan uzaqda fəaliyyət göstərən Qazax Dövlər Sosial-İqtisad Kollecində idarəçilik, nuh əyyamından qalma qaydalarla həyata keçirilir. Məsələn: Kollecdə müxtəlif ixtisasar üzrə təhsil alan tələbələrin çoxu dərs üzü görmürlər. Çünki, tələbələrin əksəriyyəti rayonda qalmalı və ev kirayələməlidirlər. Belə olan halda müəyyən xərcə düşəcəyini anlayan tələbə ya onun valideyni dərhal Elşad müəllimlə "danışıqlara" gedərək çıxış yolunu həll edirlər. Digər tərəfdən isə kollecdə ödənişli təhsildən əldə olunan vəsait də Elşad müəllim tərəfindən bu və ya digər yollarla, cox zaman isə təmir adı altında mənimsənilir.
Ümumiyyətlə, kollecdə baş verən xoşagəlməz hallar hər zaman diqqət mərkəzindədir.
Bir məqama xüsusi toxunmaq istəyirik ki, bu gün Elşad müəllimin rəhbərlik etdiyi kollec polis əməkdaşları tərəfindən qorunur. Bu qorunma heç də hansısa baş verə biləcək təhlükədən qorunmaq məqsədi daşımır, daha çox kollec rəhbərliyinin maxinasiyalarını ört-basdır etmək məqsədi daşıyır. Yəni, binanın 1-ci mərtəbəsində dayanan polis əməkdaşı hər kəsi az-çox tanıyır. Bir kimsə kollecə daxil olmaq istəyərsə, mütləq polisin "senzura"sından keçməyə məcbur edilir. Bu "senzura"nın müəllifi və "başbakan"ı isə, əldə etdiyimiz məlumatlara görə elə Elşad müəllimin özüdür. Məsələn, tutaq ki, hansısa KİV nümayəndəsi kollecdə baş verən maxinasiyalar haqda müəyyən məlumatlara malikdir və problemin varlığı ilə əlaqədar Elşad müəllimdən münasibət öyrənmək istəyir. Bu zaman həmin şəxs polis "senzura"sı ilə üz-üzə qalacaq və Elşad müəllimin iş başında olmadığını eşidəcək. Çox maraqlı idarəçilik və tətbiq olunan yenilikdir ki, bunu da Elşad müəllim tətbiq edə bilib.
Əslində Elşad müəllim kollecə bu cür idarəçiliyi, tətbiq etdiyi yeniliyi yox, təhsilimizin inkişafına yönəlik addımları tətbiq etməlidir. Məsələn, o, bu gün kollecdə adicə dərs vəsaitini üzündən oxumağı bacarmayan tələbələrin davamiyyətinə, tədris olunan dərslərin keyfiyyətinə, adı dərs cədvəlində olub özü Bakıda ərzaq mağazasında satıcı, başqa bir tələbənin isə tikintidə fəhlə işləməsi probleminə diqqət yönəltməlidir. Digər tərəfdən, buraxlış imtahanlarının pulla yazılması, qohumbazlıq amilinin tüğyan etməsi, kolleci başa vuran tələbələrin diplomlarını pulla almaları, müəllimlərin davamiyyətinin zəif olması, müəllimlərdəm bəzilərinin hazırlıq göstəricisinin müəyyən tələblərə cavab verməməsi və.s kimi amillərə nəzər salmalıdır. Əslində belə bir problemlərin senzurası yaradılmalı və ictimai nəzarət də gücləndirilməlidir.
Son vaxtlar atdığı addımları ilə daha çox ictimai nüfuz qazanan cənab Mikayıl Cabbarov, görəsən bir bölgədə təhsilimizi bilərəkdən məhvə sürükləyən Elşad müəllimi niyə vəzifə başında saxlayır? Biz belə bir vəzifə sahibləri ilə təhsilimizi hara aparırıq və hara qədər də apara biləcəyik? Axı, idarəçiliyi və düşüncə tərzi rüşvətxorluq amalı üzərində yoğrulan Elşad müəllim və onun kimiləri, Azərbaycan təhsilini məhvə sürükləyən qüvvələr deyilmi? Yəqin ki, bu kimi sualların cavabını yaxın vaxtlarda təhsil nazirliyi rəsmilərinin dilindən eşidəcəyik.
Ümumiyyətlə, Qazax Dövlət Sosial-İqtisad kollecində ümumi durum olduqca acınacaqlı olduğu üçün əksəriyyət bu haqda danışıb, problemləri götür qoy edirlər. Hər kəs Elşad müəlimin özünəməxsus idarəçiiyindən və kollecdəki problemlərdən xilas olacaqları günü səbirsizliklə gözləyib, Allaha dua edirlər ki, - Ey bizi yaradan Allahımız, sən bizi Elşad müəllimin "pulqırma" bəlalarından xilas et! Yoxsa bizi...

Dəyərli oxucular! Sizləri yaxın on gün ərzində, Elşad müəllimin kollecdəki idarəçiliyi ilə bağlı elə məsələlərlə məlumatlandırmağa çalışacağıq ki, yəqin ki, sizlər də baş alıb gedən problemlərin daha çox ictimailəşməsinə dəstək verəcəksiniz. Odur ki, bizi izləməyi unutmayın.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO