Cəlilabad icra başçısı niyə kabinetindən bayıra çıxmır?
Bolge
Oxunub: 1 075
29 noy 2016 | 17:09
Cəlilabad icra başçısı niyə kabinetindən bayıra çıxmır?










“Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kabinetindən bayıra çıxmır. İcra başçısı yalnız Bakıya çağırılanda kabinetini tərk edir. Bu səbəbə görə də Ə.Əzizovun rayondan, insanların yaşayışından, dükan-bazarlarda qiymətlərin qalxmasından xəbəri yoxdur”.

Bu barədə redaksiyamıza bir qrup Cəlilabad sakini tərəfindən göndərilən müraciətdə deyilir.

Qeyd olunur ki, hər gün mətbuatda rayon İcra başçılarının kəndbə-kənd gəzərək insanlarla görüşlərini izləyirik: “Amma bizim İcra Başçısı insanlarla görüşü özünə sığışdırmır. Ölkə Prezidentinin bu barədə dəfələrlə məmurlara xəbərdarlığı Əziz Əzizovun kefinə deyil, sanki Cəlilabad ölkədə baş verən proseslərdən kənardadır. İnsanlar sözlərini demək üçün yalnız Əziz bəyin qəbul günlərini gözləməlidirlər, başqa formada onunla görüşmək müşkülə çevrilib.” (xəzərnews)Sakinlər əlavə edirlər ki, nə hikmətdirsə, bu barədə Prezident Administrasiyasına ünvanladıqları şikayət məktublarına cavab ala bilmirlər.
Cəlilabad rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində - http://celilabad-ih.gov.az/ apardığımız araşdırmalardan da görünür ki, İcra başçısı Əziz Əzizov son vaxtlar heç bir kənddə görüş keçirməyib və ya dükan-bazarda da qiymət artımı ilə bağlı reydlər aparmayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev elə İcra başçısı Əziz Əzizovun iştirak etdiyi müşavirədə məmurlara bir daha xəbərdarlıq edib: "Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər".

Gündəmşok
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək