"Alpançay" da baş verən olaylar və sonrakı həqiqətlər
Bolge
Oxunub: 2 353
7 noy 2014 | 23:01
Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən "Alpançay" istirahət mərkəzi haqda, bu günədək tənqidi məqalələr çox yazılıb və həmin ünvan barədə hədsiz dərəcədə giley-güzar da bildirilib. Məsələnin mahiyyətinə varanda diqqəti cəlb edən hal o olur ki, həmin ünvan Xaçmaz rayonu ərazisində ən "xod" gedən, yəni əxlaqsızlıq əməllərinə qol qoyan ünvanlardan biri hesab olunur. Faciəli hal odur ki, həmin ünvanda baş verən həngamələr, qadınların cinsi istismara məruz qalmaları, vergidən yayınma hallarının tüğyan etməsi və.s kimi amillərin valığı, hüquq-mühafizə orqanı əməkdaşlarının gözü qarşısında baş verir, bir kimsə də ünvan sahibinə, qanunsuzluq əməllərinə şərait yaradanlara qaşın üstə qara var demir.
Bir məqam bu gün daha çox diqqəti cəlb edir ki, hələ 2013-cü ilin avqust ayında "Alpançay" istirahət mərkəzində qol qoyulan əməllər haqda xəbərdar olan və problemlərin hansı səbəblər üzündən əmələ gəlməsi barədə, özünü istirahət mərkəzinin sahibi kimi təqdim edən Zabil adlı şəxslə söz-söhbət aparılarkən, informasiya mərkəzimizin rəhbəri İbrahim Qarabağlı və bir neçə həmkar yoldaşı ilə birlikdə, müəyyən şantaj əməlləri ilə üz-üzə qalırlar. Əvvəla onu qeyd edək ki, İ.Qarabağlı həmkar yoldaşları ilə birlikdə bölgədə ezamiyyətdə olarkən, yolkənarı həmin ünvanda çay içmək qərarına gəlirlər. Bu zaman görürlər ki, "Alpançay"da ailəlikcə oturub çay içənlər də, yemək yeyənlərdə var. Amma, çox keçmir ki, həmin ünvanda gizli yollarla qadınların cinsi istismara məruz qalmaları, hər cür şəraitin yaradılması haqda xəbər də əldə edə bilirlər. Elə ki, özünü "Alpançay"ın sahibi kimi təqdim edən Zabil bəylə mövzu ətrafında müzakirələr başlayır, elə problemlərin də əsası həmin vaxtdan qoyulur.
Yəni, həmin gündən əvvəl "Alpançay"a gələn "Qəti söz" qəzetinin baş redaktoru Şakir Bərdəli Zabil adlı şəxsə bildirir ki, "sən mətbuatdan təşrif buyuran bir kimsəni qəbul etmə və mövzu ətrafında bir kimsəyə açıqlama da vermə". Çox maraqlı və təəssüf doğuran tapşırıq olur ki, bunu da Zabil adlı şəxsə Şakir Bərdəli deyir. Onu da qeyd edək ki, hal-hazırda Şakir Bərdəli tutduğu dələduzluq əməllərinə görə məhbəs həyatı yaşayır.
Diqqəti cəlb edən digər hal da odur ki, İ.Qarabağlı həmkar yoldaşları ilə birlikdə Zabillə söz-söhbət apararkən, özünü "Azadlıq" radiosunun əməkdaşı kimi təqdim edən və məlum Quba hadisələrində iştirak etdiyinə görə həbs olunan Cəmil Məmmədlinin şantaj əməlləri ilə üz-üzə qalırlar. Yəni, C.Məmmədli sifariş əsasında "Alpaçay"a gəlir və qarşı tərəfin razılığı olmadan onlara şər-böhtan xarakterli suallar verir. Yəni, guya onların Zabil adlı şəxsdən rüşvət tələb etmələri barədə çəklişi çəkməyə başlayır. O halda sual oluna bilər ki, C.Məmmədli sən "Azadlıq" radiosunu təmsil etdiyin halda, nədən və hansı səbəbdən Zabilin, eyni zamanda qadınların "Alpançay"da cinsi istismara məruz qalmalarından xəbərdar olan, yerli hüquq-mühafizə orqanı əməkdaşlarının fəaliyyətsizliyə söykənən fəaliyyəti haqda ictimaiyyətə heç bir açıqlama vermirsən? Əgər həmin vaxt İ.Qarabağlı və həmkar yoldaşları bir kimsədən məcburi şəkildə rüşvət tələb etmişdilərsə, çəklişi çəkərkən çəklişdə görünən polis əməkdaşına, istirahət mərkəzinin sahibi niyə müraciət etməmişdi?. Digər tərəfdən, səbəb nə oldu ki, sən həmin ünvanda yaşanan olaylardan xəbər tutmadın və həmkarlarını qadınları cinsi istismara məruz qoyan və cinsi istismara məruz qalmalarına şərait yaradan bir kimsənin sifarişi əsasında şantaj etdin. Və hələ bu azmış kimi, çəkdiyin şəkilləri əldə etdiyimiz məlumatlara görə vəzifəli şəxsdən 300 min manat rüşvət tələb edərkən yaxalanan və bu gün məhkumluq həyatı yaşayan Dəyanət adlı qohumunla Youtube saytına yerləşdirməyə də nail ola bildin.
Bütün bunlara baxmayaraq, sonrakı həqiqətlər hər kəsə bəlli oldu. Belə ki, İ.Qarabağlı digər həmkarları ilə birlikdə Youtube saytına yerləşdirsələr də, "Alpançay"la bağlı aidiyyəti qurumlara ünvanlanan müraciətlər, nəhayət ki, öz nəticəsini verdi. Yəni, DİN-i, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həmin ünvanda əməliyyat keçirmələri və həmin ünvanın ən "xod" gedən əxlaqsızlıq ünvanı olmasını aşkara çıxarması, əsl həqiqətləri hər kəsə bəyan etdi. Və bu haqda rəsmi cavab məktubu da əldə olundu. Araşdırmalar zamanı o da bəlli oldu ki, Zabil adlı şəxs həmin ünvanın sahibi deyil, tamam başqa bir şəxsdir. Həmin şəxsin də məhkəmə qaydasında cərimə olunması, bir daha onu sübut etdi ki, "Alpançay" ən böyük əxlaqsızlıq ünvanlarından biridir.
Vaxtilə şər-böhtanla üz-üzə qalan İ.Qarabağlı və digər həmkarlarının hal-hazırda istəyi odur ki, bu gün azadlıqda gəzən C. Məmmədli barəsində, eyni zamanda məhbəs həyatı yaşayan Dəyanətlə bağlı hüquq-mühafizə orqanları lazımi tədbir görsünlər, müvafiq addımlarını atsınlar. Çünki, onların vaxtilə dəyişdirdikləri sifətlər, bu gün əsl həqiqətləri ortaya qoydu və kimin hansı əqidə sahibi olmasını müəyyən etdi.
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər