Buranın başçısı da sahibkarlıq sevdasına düşüb - İTTİHAM VAR
Bolge
Oxunub: 984
2 dek 2016 | 12:44
Buranın başçısı da sahibkarlıq sevdasına düşüb - İTTİHAM VAR







Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün rayon rəhbərliyinin fəaliyyətindən çoxsaylı narazılıqların əks olunduğu şikayət məktublarının yuxarı instansiyalara, eləcə də ölkə mətbuatına ünvanlandığı bölgələrimizdən biri də Ağstafa rayonudur. O cümlədən, redaksiyamıza indiyədək daxil olan çoxsaylı məlumatlarda da vurğulanır ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qeyri-qənaətbəxş fəaliyyəti nəticəsində hazırda rayonda müşahidə olunan müxtəlif sosial problemlər sakinlər üçün bir sıra çətinliklər yaradıb. Bunlara misal olaraq təhsil, səhiyyə, yolların təmiri və əhalinin sosial müdafiəsi sahəsindəki nöqsanları göstərmək olar. Rayon sakinlərini xüsusilə narahat edən əsas problemlərdən biri də Ağstafanın yolları ilə bağlıdır. Məlumatlarda bildirilir ki, rayon mərkəzi istisna olmaqla, bütün yollar yaman gündədir. Yağış, qar yağan kimi xüsusən kəndlərdə nəqliyyatın hərəkəti iflic olur. Palçıq əlindən tərpənmək mümkün olmur. Halbuki hər il dövlət büdcəsindən Ağstafada yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə böyük məbləğlərdə vəsaitlər ayrılır.

Daha sonra məlumatlarda qeyd olunur ki, Məhərrəm Quliyev Kənd Təsərrüfatı Nazirliyinin Ağstafa rayonundakı heyvandarlıq təsərrüfatlarını da az qala özünün şəxsi obyektinə çevirib. Bu barədə bizə daxil olan məlumata görə icra başçısı rayonda Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən təsərrüfatlarının direktorlarını aylıq ödəmə yığımları ilə bezdirib. Daxil olan məlumata əsasən Ağstafada Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən M.Mikayılov adına qoyunçuluq təsərrüfatı və Səməd Vurğun qəsəbəsində Yardımçı Təcrübə Təsərrüfatı mövcuddur. İcra başçısı Məhərrəm Quliyev bu iki təsərrüfatı özünə şəxsi obyekti hesab edir və həmin təsərrüfatların gəlirlərini öz gəlirləri kimi idarə edir. Digər tərəfdən də, aldığımız məlumatlara görə hal-hazırda başçının özünün ceuran çölü deyilən ərazidə 14 yatağı vardır ki, burda sayı min başlarla hesablanan heyvan sürüləri bəslənilir.

Aldığımız bir başqa məlumatda isə vurğulanır ki, Məhərrəm Quliyev Ağstafada tikinti işlərinə sifarişlərin alınması üçün keçirilən tenderlərin də hamısına şərik olur. Belə ki, bu tenderləri yaxınları və ya qohumlarının nəzarətindəki şirkətlərə qazandıran icra başçısı ayrılmış vəsaitin 20 faizə qədərini özünə götürür. Tikintidən söz düşmüşkən, bu gün Ağstafanın məşhur “naxış daşı” karxanaları ətrafında yaranmış vəziyyət də xüsusilə maraq doğurur. Məlumat üçün bildirək ki, Ağstafa rayonun Tatlı kəndində çıxarılan naxış daşı həm bu kəndin rəmzinə çevrilib, həm də yerli sakinlərin qazanc mənbəyidir. Naxış daşı bir çox şəhər və rayonlarda evləri, həyətləri bəzəyir. İllər öncə insanlar ərazidə tikinti daşı tapdıqlarını iddia ediblər. Yaşayış məskənində bir neçə ev də bu daşdan hörülüb. Amma min-bir əziyyətlə qayalıqdan çıxan daşın zaman keçdikcə müxtəlif rəngləri aşkarlanıb ki, bunun da daha sonra divarlara, səkilərə bəzək kimi vurulması uyğun bilinib. Kənd sakinləri dekorativ daşı rayonun milli sərvəti hesab edirlər. Elə adını da Tatlı naxış daşı qoyublar. Əvvəllər Tatlının girişində bir neçə hektar ərazini əhatə edən məkandan kəndlilər dekorativ daşı çətinliklə çıxarırdılar. Çörəyini daşdan çıxaran sakinlər 1 kvadrat daşı 2 manata, bir maşını isə 150-200 manata satırdılar. Lakin bütün bunlar artıq keçmişdə qalıb. Aldığımız məlumatlarda bildirilir ki, bu gün naxış daşı çıxarılan bütün karxanaları artıq Məhərrəm Quliyev öz nəzarətinə alıb. Hətta icra başçısı bir müddət əvvəl həmin karxanalarda öz payı olan müavini Ramiz Tatarovu da bu işdən sıxışdırıb-çıxarıb. Digər tərəfdən isə, açıqlamalara görə hazırda icra başçısı ilə bu rayondan Milli Məclisin deputatı olan Nizami Cəfərov arasında məhz həmin karxanaların bölgüsü zəminində “mübarizə” gedir.

Daha sonra aldığımız məlumatlarda Məhərrəm Quliyevin rayondakı obyektləri barədə açıqlama verilir. Bildirilir ki, hazırda Ağstafada fəaliyyət göstərən 3 bank filialının (“Kapitalbank”, “Turanbank” və “Accsesbank”) icarə əsasında yerləşdikləri binalar da məhz başçıya məxsusdur. Həmçinin məlumata görə, Məhərrəm Quliyev Ağstafa mərkəzi rayon bazarının müdiri, Elmar adlı şəxsin elə bazarla üzbəüzdə tikdirdiyi “Səbət Market”ə də şərikdir.

Maraqlıdır ki, Ağstafa RİH-nin rəsmi saytında icra başçısının 2003-cü ilə qədər olan dövr ərzində həyat və fəaliyyəti barədə heç bir məlumat da yerləşdirilməyib. Rayondan aldığımız məlumatda isə, Məhərrəm Quliyevin hətta hərbi xidmətdə belə olmadığı vurğulanır.

Yazıda adı keçən bütün şəxslərin mövqelərini dərc etməyə hazırıq.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...