Tovuz rayonunda Ülkərin kafesi hansı yöndə fəaliyyət göstərir?
Bolge
Oxunub: 2 753
7 noy 2014 | 21:23


Tovuz çayının kənarında yerləşən Ülkərin kafesində milli-mənəvi əxlaqımızın tapdaq altına atılması, geyəsən hansısa yüksək çinli vəzifə sahiblərinin maraqlarına cavab verir. Nəticədə kimlərsə var-dövlətə sahib olur, gənc nəsl isə düşünülmüş şəkildə deqradasiyaya uğrayır
Bu gün ictimai həyatımızın saysız-hesabsız problemlər, həllini tapmamış məsələləri çoxluq təşkil edir. Düzdür, əksər problemlərin həlli istiqamətində zaman-zaman hökumət səviyyəsində müəyyən addımlar atılsa da, ümumcəmiyyət üçün təhlükəli məqamlar əmələ gətirən anlara, nədənsə hələ də göz yumulmaqdadır. Bu sırada daha çox diqqəti cəlb edən məqam, milli-mənəvi əxlaqımızın tapdaq altına atılması, adət-ənənələrimizdən bəzilərinin unudulmasıdır.
Təəssüf doğuran hal odur ki, dövlət müstəqilliyimizi əldə etdikdən sonra, ictimai həyatımızın bir cox sahələrində ümummilli maraqlarımıza cavab verən addımlar atılsa da, bəzi sahələrdə əmələ gələn olaylar isə, əksəriyyətin qınaq obyektinə çevrildi. Adicə bir məqama diqqət yetirmək kifayət edər ki, bir çox mətləblərdən xəbər tutmaq mümkün olsun. Məsələn, bu gün bir kimsə hüquq-mühafizə orqanı əməkdaşlarının gözü qarşısında qanundankənar addım atarsa, dərhal həmin şəxs aşkarlanar və hansısa formada da cəzalandırılar.
Amma, milli-mənəvi əxlaqımız Tovuz rayonunda Tovuz çayının kənarında, daha dəqiq desək çökəklik bir ərazidə yerləşən və Ülkər adlı xanıma məxsus olduğu bildirilən kafedə, müqayisə olunmaz dərəcədə tapdaq altına atılsa da, baş verən olayların əmələ gəlməsinə hələ ki, hüquq-mühafizə orqanı əməkdaşları göz yummaqdadırlar. Hətta, əldə etdiyimiz məlumatlara görə elə hallar da olur ki, rayonun polis şöbəsində çalışan yüksək çinli vəzifə sahibləri, Ülkər xanıma məxsus olduğu bildirilən kafenin himayədarı rolunda da çıxış edirlər. Belə bir halın varlığı, həmin kafeyə sahiblik edən Ülkər xanıma və onun əsabələrinə bir kimsədən ehtiyat etmədən açıq-aşkar fəaliyyət göstərməyə imkan verir. Nəticədə, paytaxt Bakıdan Tovuz rayonuna gedən yolun sol tərəfində, Tovuz çayının kənarında fəaliyyət göstərən Ülkərin kafesində, gündəlik minbir hoqqalara qol qoyulur, milli-mənəvi əxlaqımız görünməmiş formada tapdaq altına atılır. Kafenin fəaliyyəti haqda məlumatları informasiya mərkəzimizə çatdıran mənbə bildirir ki, Ülkər xanım bu gün kafedə dörd qızla işləyir. İşləyir necə, yəqin ki, bu haqda kimlərsə də məlumatlıdırlar. Məsələn, mənbə onu da bildirir ki, həmin kafedə bir neçə görüş otaqları var. Həmin otaqlardan birində hansısa müştəri qızlardan biri ilə görüşmək istəyərsə, mütləq 15 manat pulunun başından keçməlidir. Yəni, 15-20 dəqiqəlik otaqdan istifadə haqqı 5 manat, 10 manatı isə müştəriyə xidmət göstərən qızlardan birinə çatır. Məlumatı verən mənbə bildirir ki, həmin kafedə lazımi şərait olmadığından, müştərilərlə bərabər qızlarda əksər hallarda müxtəlif xəstəliklərə düçar olurlar. Odur ki, həmin ünvan həm də minbir xəstəliyin daşıyıcısı olan ünvanlardan biri hesab olunur.
Ümumiyyətlə, redaksiyamızı məlumatlandıran mənbə bildirir ki, çaykənarı ərazidə fəaliyyət göstərən belə bir ünvanın arxasında, hansısa yüksək çinli vəzifə sahibləri dururlar. Elə bu səbəbdən də, həmin ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismara məruz qalmaları üçün hər cür şərait yaradılır və gündəlik kimlərsə külli miqdarda gəlir də əldə edə bilir. Bütün bunlar qalsın bir yana, görəsən Ülkərin kafesində Azərbaycan gəncliyinə, onun genefonduna vurulan ziyanın əhatə dairəsini, ünvan sahibi ilə bərabər, əxlaqsızlıq yuvasına himayədarlıq edənlər də anlayırlarmı?. Anlayırlarsa necə anlayırlar və nəyi necə götür-qoy edirlər?
Axı, hansısa ünvandan bir qədər qazanc əldə etməyin müqabilində millətimizə, onun gələcəyi hesab etdiyimiz gəncliyimizə bu qədər ziyan vurmaq olarmı? Əsla yox! Düşündürücü hal odur ki, çox zaman problemin varlığını yüksək vəzifə sahiblərinin nəzərinə çatdıran KİV nümayəndələri, sonradan hansısa qınaqla da üz-üzə qalırlar. Məsələn, əksər mətbu orqanlar Ülkər xanıma məxsus olduğu bildirilən kafenin ən xod gedən əxlaqsızlıq ünvanlarından biri olması haqda müraciətlərini, DİN-nin yüksək çinli vəzifə sahiblərinin diqqətinə çatdırırlar. Ünvanlanan müraciətlərə isə verilən cavablarda qeyd olunur ki, sadaladığınız faktlar tərəfimizdən aparılan araşdırmalar zamanı öz təsdiqini tapmadı. Əslində bu cür cavablar gülüncdoğuran cavablar olur ki, belə bir cavabları verməklə, hüquq-mühafizə orqanı əməkdaşlarından bəziləri iç üzlərini açıb ortaya qoymuş olurlar. Çünki, ehtimal etmək olar ki, həmin kafenin bugünkü sahibi Ülkər xanım da, hər ay bəzi vəzifə sahiblərinə məxsus bığın altından keçdiyi üçün, oxşar cavabların verilməsində, o da niyyətini çin edə bilir.
Diqqəti cəlb edən hal odur ki, 2004-cü ildə ölkə rəhbəri tərəfindən Mili fəaliyyət proqramının tətbiqi barədə sərəncam imzalamışdır. İmzalanan sənəddə birmənalı şəkildə vurğulanır ki, qadınların bu və ya digər yollarla cinsi istismara məruz qalmaları, yaxud da məruz qalmaları üçün şəraitin yaradılması, qəbul olunmuş qanunla qadağan olunur. Təəssüf doğuran hal odur ki, belə bir addımların qarşısını almaq məqsədilə sərəncan imzalansa da, müvafiq qanun qəbul olunsa da, bu gün nə qanunu, nə də ki sərəncamdan irəli gələn tələbləri vecinə alan bir kimsə yoxdur. Fakt budur ki, mili-mənəvi əxlaqımızın tapdaq altına atılması, hüquq-mühafizə orqanı əməkdaşlarının gözlü qarşısında baş verir, onlar isə sanki heç nə olmamış kimi, baş verənləri kənardan seyr etməklə kifayətlənməli olurlar.
Hər kəsi düşündürən hal odur ki, Ülkərin kafesi Tovuz rayonu ərazisində, hansı ki, xalqımıza məxsus adət-ənənələrimizin qorunub yaşadıldığı, böyüyə hörmət, kiçiyə məhəbbət hissinin qorunub saxlanıldığı bir rayonda fəaliyyət göstərir. Belə bir halın varlığı, əslində Tovuz əhlinə, yerli hakimiyyətin nüfuzuna xələl gətirməklə bərabər, həm də ən böyük ləkədir. Odur ki, hər kəs bu haqda düşünməli, bir qədər də götür-qoy etməlidir!
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq