Göygölün “ömürlük” icra başçısı haqda ağılasığmaz ittihamlar - Dosye
Bolge
Oxunub: 1 168
16 dek 2016 | 08:58
Göygölün “ömürlük” icra başçısı haqda ağılasığmaz ittihamlar - Dosye














Göygölün hakimi-mütləqi ömürlük elan olunub. Arif Seyidovun arxasındakı dayaqlar onu arxayın edib ki, son nəfəsinə qədər bu səfalı guşənin rəhbər postunda qalacaq

Bu barədə Politika.Az-a məlumat verilib. Bu arxayınçılıq nəticəsində Göygöl rayon icra başçısı özünü əbədi rəhbər vəzifəsində görür. Onun heç kimin sözünü eşitmədiyi, hətta yuxarı dairələrdə bəzi adamların tapşırıqlarına məhəl qoymadığı söylənir.

İddia edilir ki, yüksək rütbəli bir şəxsin onu himayə etməsi A.Seyidovu arxayınlaşdırıb. İcra başçısı həmin rütbəli şəxsdən savayı heç kəsə hesabat vermir. Hətta rəsmi kuratorla belə hesablaşmır.

Bu iddiaları səsləndirən mənbənin bilgilərinə görə, Göygölün icra başçısı mənub olduğu klanın təlimatı əsasında fəaliyyət göstərir. Ona görə də bu klana rayona geniş imkanlar yaradıb, ən səfalı yerləri peşkəş edib.

Deyilənə görə, eyni klanda təmsil olunduğu üçün Gəncənin icra hakimi Elmar Vəliyevə böyük ərazilər, torpaqlar, Hacıkənddə hektarlarla massiv bəxşiş edib.

Gəncə “xan”ı ilə yaxın dost olan Göygölün ömürlük icra hakimi yerli camaatın torpaqlarını əlindən alıb. Amma onun qorxusundan kimsə nə yuxarılara, nə də mətbuata şikayət edə bilir. Elə buna görədir ki, mətbuatda Göygöl sakinlərinin nadir hallarda şikayətinə rast gəlmək olar.

Mənbə iddia edir ki, poçt idarəsi rayon rəhbərliyinin diktəsinə uyğun hərəkət edir və Göygöldən gedən şikayətlər ünvanına çatdırılmır, yandırılıb yoxa çıxarılır və yaxud da narazı vətəndaşın şikayət etdiyi təsbit olunanda ona təhdidlər, hədə-qorxular gəlməyə başlanır.

Mətbuatda onun haqqında müxtəlif xəbərlər var. Xalqxeber.az yazıb ki, İcra hakiminin qəbuluna düşmək çox müşkül məsələdir.

Hətta müəyyən yollarla icra hakiminin qəbuluna düşən şəxslər belə öz istəklərinə nail olmadan İcra hakimiyyəti binasından təhqir olunmuş vəziyyətdə çıxırlar. Hər şeyin nə zamansa bir sonu olduğuna inanan rayon əhli səslərinini çıxartmadan acı taleləri ilə barışırlar.

Onu da deyək ki, ümumi sahəsi 12 min hektar olan Göygöl meşələrində son bir neçə ildə aparılan amansız qırğınlar nəticəsində ərazinin təxminən 40 faizi məhv edilib. Vaxtilə bölgənin əhəmiyyətli turizm məkanlarından olan Hacıkənddə qəsəbə ətrafı meşələrin 70 faizi qırılıb.

Başqa bir fakta nəzər salaq: "Göygöl rayonunun icra hakimi Arif Seyidov məndən 10 min manat pul istədi. Pulum olmadı verməyə, torpağı başqa adama satdı. Anam, yoldaşım, qaynanamın hamısının yanında məni söydü" - Göygöl rayonunu Hacıməlik qəsəbəsindən Muraz kəndli fermer təsərrüfatının müdiri Mahir Tağıyev mediaya danışıb.

Dia.az isə yazmışdı ki, Göygöl rayonuna rəhbərlik edən Arif Seyidovun diplomu saxtadır. Belə ki, xəbəri verən qaynaq Göygölün icra başçısının ikinci ali təhsilinin saxta olduğunu iddia edir:

“Azərbaycan kənd təsərrüfatı institutunun iqtisadiyyatını bitirən Arif Seyidov sonradan saxta yolla Gürcüstan Dövlət Aqrar Universitetinin hüquq fakultəsinin diplomunu əldə edib.

Əslində icra başçısı ola bilməsi üçün ona elə bir ali təhsili yetərli idi. Amma nədənsə Arif Seyidov «hüquqşünas» kimi də tanınmaq istəyib və o, həmin diplomu zamanında 15 min ABŞ dollarına satın alıb”.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ