“Kütləvi çıxarış” kampaniyası bölgələrdəki çoxmənzilli binaları da əhatə etməyə başlayıb
Bolge
Oxunub: 820
16 dek 2016 | 16:00
“Kütləvi çıxarış” kampaniyası bölgələrdəki çoxmənzilli binaları da əhatə etməyə başlayıb










Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın sənədləşdirilməsini kifayət qədər rahatlaşdıran “Kütləvi çıxarış” kampaniyası artıq bölgələrdə
yerləşən yeni inşa edilmiş çoxmənzilli binaları əhatə etməyə başlayıb. Belə ki, paytaxtla yanaşı, artıq respublikanın digər şəhər və rayonlarında yerləşən binalar da kampaniyaya cəlb olunub. Kampaniya bu dəfə 16 dekabr tarixində Xaçmaz şəhərində baş tutub. Şəhərdə yerləşən 75 mənzildən ibarət olan yeni tikilmiş binanın bütün mənzil sahiblərinə dövlət reyestrindən çıxarışlar elə binanın həyətində təqdim olunub. İlkin mülkiyyət sənədləri əsasında vətəndaşların mənzilləri rahat və çevik qaydada sənədləşdirilib. Mənzil sahibləri heç bir yerə getmədən, gündəlik fəaliyyətdən ayrılmadan və əlavə vaxt itirmədən hazır çıxarışları əldə ediblər. Qeyd edək ki, xidmətlərin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir. Xatırladaq ki, yalnız istismara qəbul aktı olan binaların mənzillərinə belə çıxarışlar verilir. Vətəndaşlara məxsus mənzillərin komitənin belə sosial layihələri vasitəsilə rəsmiləşdirilməsi və qeydiyyat xidmətlərinin göstərilməsi xüsusi əhəmiyyət daşıyır. Son nəticədə bu tədbirlər xidmətlərdən vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur. Xaçmazda keçirilən kampaniya zamanı vətəndaşlara hüquqi məsləhət xidmətləri də göstərilib. Xidmət çərçivəsində komitənin hüquqşünasları vətəndaşların
qeydiyyat prosesi və sənədlərlə bağlı verdikləri suallar cavablandırıblar. Müvafiq sənədlərin necə əldə edilməsi, hansı qurumlara müraciət edilməsi barədə hüquqi istiqamət verilib. İndiyədək Bakının əksər rayonları ilə yanaşı, Sumqayıtda, Abşeronda, Gəncədə, Mingəçevirdə çoxsaylı mənzil sahibləri kampaniyadan faydalanıb. Xatırladaq ki, kampaniya başlandığı ilkin dövrlərdə əgər ancaq həyət evləri və torpaq sahələrini əhatə edirdisə, növbəti mərhələdə həm paytaxt, həm də bölgələrdəki çoxmənzilli və hündürmərtəbəli binaları da əhatə etməyə başlayıb. Yeni inşa edilmiş binalarda mənzillərin sənədləşdirilməsi mənzil bazarına da öz müsbət təsirini göstərmiş olur. Həm paytaxtda, həm regionlarda mənzillərin alqı-satqı əməliyyatlarının da sayını artırır, mənzil bazarını canlandırır. Çünki dövlət qeydiyyatına alınmış mənzil hüquqi cəhətdən etibarlıdır. Komitənin belə tədbirləri sayəsində paytaxtla paralel olaraq bölgələr üzrə mülkiyyət hüquqları hələ də qeydiyyata alınan mənzillərin sayı artmaqdadır. Bu tendensiya, eyni zamanda, fərdi həyət evləri və torpaq sahələri ilə bağlı müşahidə olunur. Mülkiyyət üzərində hüquqları rəsmiləşməsi ilə çıxarışı əldə edilmiş əmlakların sayı hər ötən il sürətlə çoxalır. Növbəti aylarda da komitə tərəfindən ölkə üzrə müxtəlif şəhər və rayonlarda çoxsaylı mənzillərin sənədləşdirilməsi davam etdiriləcək. Xatırladaq ki, son illərdə atılmış digər mühüm addım “bir pəncərə” prinsipinin tətbiqidir ki, bu özü də sənədləşdirmə işini yetəri qədər rahatlaşdırıb. Əvvəllər daşınmaz əmlakın qeydiyyatı üçün 4 prosedurdan keçən və bir neçə quruma müraciət edən vətəndaşlar hazırda bu əməliyyatı bir prosedurla həyata keçirirlər. Yəni vətəndaş rəsmiləşdirmə prosesi üçün hazırda uzun vaxt itirmir, yalnız bir quruma – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gəlib əmlakını qeydiyyata aldırır. Bununla da, əvvəllər movcud olmuş prosedurlar (Forma-1 arayışı üçün komitəyə, sonra yenidən notariusa, torpaq sənədi üçün ayrı quruma və təkrar komitəyə müraciət mərhələləri) aradan qalxıb.

“Kütləvi çıxarış” kampaniyası bölgələrdəki çoxmənzilli binaları da əhatə etməyə başlayıb
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...