İcra başçısı baş məsləhətçisini işdən çıxardı - “Mənə şər atıb”
Bolge
Oxunub: 794
22 dek 2016 | 10:30
İcra başçısı baş məsləhətçisini işdən çıxardı - “Mənə şər atıb”






Goranboy rayon icra hakimiyyətinin vəzifəli şəxsi başçının onu qanunsuz olaraq işdən çıxarmasından şikayətçidir. İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləmiş Əli Təhməzov “Qafqazinfo”ya müraciət edərək icra başçısı Nizaməddin Quliyevlə aralarında yaranan konfliktə görə 2 ilə yaxındır ki, qanunsuzluqlara, böhtana məruz qaldığını bildirib.

O qeyd edib ki, bu münaqişə bu gün onun işdən azad olunması ilə nəticələnib:

“Mən 2003-cü ildən icra hakimiyyətində işə başlamışam. 2015-ci ildə icra başçısı Nizaməddin Quliyev məni Nərimananlı kəndinə nümayəndə əvəzi göndərdi, sonra məcbur etdi ki, orada da qalım. Mənim də anam xəstədir, ona görə həmin kənddə işləyə bilməyəcəyimi dedim. Buna görə də başçı mənimlə konfliktə girdi və "səni işdən çıxaracağam", dedi.

Bunun ardınca Xanqərvənd kənd nümayəndəsi Mücahid Dəmirovu mənim üzümə qoydu ki, guya ondan 55 manat rüşvət almışam. Ümumi şöbənin müdiri Sayad Quliyev və Ərazi İdarəetməsi şöbəsinin müdiri İlham Məmmədov məni çağırıb dedi ki, başçı deyir ya özü ərizəsini yazıb işdən çıxsın, ya da işi prokurorluğa göndəririk. Mən də dedim göndərin. Prokurorluq araşdırma apardı və cinayət işinin başlanılmasını rədd etdi.

Bundan sonra başçı Nizaməddin Quliyev daha 3 nəfəri öyrədib mənə şər-böhtan atdı. Əlirzalı kənd icra nümayəndəsi Faiq Quliyev, Goranlı nümayəndəsi Xəqani İsgəndərov və Tatarlı nümayəndəsi Ziya Şükürov məndən şikayət şikayət etdilər ki, guya mənə pul veriblər. Yazmışdılar ki, biri 20 manat, o biri 60 manat pul verib. Bu iş də prokurorluqda araşdırıldıqdan sonra rədd edildi. Mən də bu dörd nəfəri məhkəməyə verib maaşları qədər təzminat tələb etdim. Dekabrın 15-də məhkəmə mənim leyhimə qərar qəbul etdi. Onlardan üçünün, Faiq Quliyev, Xəqani isgəndərov və Ziya Şükürovun iddiaları böhtan hesab edildi və hər birini 290 manat cərimələndi”.

Ə.Təhməzovun sözlərinə görə, məhkəmə qərarı başçını daha da qəzəbləndirib və onu işdən azad edib: “Məhkəmə qərar verəndən bir neçə gün sonra, yəni dekabrın 21-də icra başçısı özünün Şura İclasını topladı. O da qanunsuz oldu, çünki iclasda iştirak etməli olan hüquq-mühafizə orqanları orada yox idi. İclasda ancaq öz şöbə müdirləri və müavinləri idi. Mən də məhkəmə qətnaməsini iclasda icra başçısına təqdim etdim. Dedi ki, öz bildiyimi edəcəyəm. Bu gün əmr verib məni işdən azad etdi. İcra başçısı Nizaməddin Quliyevin bu qərarından məhkəməyə müraciət edəcəyəm”.

Qarşı tərəfin mövqeyini öyrənmək üçün Goranboy icra hakimiyyətinə, başçı Nizaməddin Quliyevə və icra hakimiyyətinin digər vəzifəli şəxslərinə etdiyimiz zənglər cavabsız qalıb.


İcra başçısı baş məsləhətçisini işdən çıxardı - “Mənə şər atıb”
İcra başçısı baş məsləhətçisini işdən çıxardı - “Mənə şər atıb”
İcra başçısı baş məsləhətçisini işdən çıxardı - “Mənə şər atıb”
İcra başçısı baş məsləhətçisini işdən çıxardı - “Mənə şər atıb”
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?