Yevlaxda sahibkarlardan “xərac” yığılır - ŞİKAYƏT VAR
Bolge
Oxunub: 898
26 dek 2016 | 10:28
Yevlaxda sahibkarlardan “xərac” yığılır - ŞİKAYƏT VAR








Bu ilin fevralında Prezident İlham Əliyev keçirdiyi müşavirədə daha çox sosial etiraz aksiyalarına reaksiya verdi və hakim komandada yer alan məmurlara sərt xəbərdarlıqlar da ünvanladı. Düzdür, o, konkret ad çəkməsə də, müşavirədə iştirak edənlərə ümumi şəkildə həm İsmayıllıda, həm də İmişlidə baş verənləri bir daha xatırlatdı. Ölkə rəhbəri belə bir olayların baş verməsində, əsas günahkarın məmurlar olduğunu da dilə gətirdi. O, hətta onu da vurğuladı ki, “icra başçıları yerlərdə sahibkarları işlədirlər, sonra da pullarını vermirlər. Belə bir yollarla sahibkarları incidirlər, onları hakimiyyətdən narazı salırlar. Rəhbər şəxslər atdıqları belə bir addımlarının məsuliyyətini heç cür dərk etmirlər”. Hətta, ölkə başçısı regionlarda sahibkarlıqla bağlı məsələlərə də toxunaraq onu bildirdi ki, “sahibkarları bu kimi işlərə cəlb etmək olmaz. Amma, onları icra başçıları müxtəlif işləri görməyə vadar edirlər. Sahibkarlar yenidənqurma işlərində böyük həcmdə xərc çəkirlər, sonra da onların pulları ödənilmir. İcra başçılarının atdıqları belə bir addımlar haqda məlumatlar mənə çatdırılır. Bir daha deyirəm ki, icra başçı və digər vəzifə sahibi olan hər kəs bilsin ki, sahibkarları incidənlər mütləq cəzalandırılacaqlar”. Əgər fevral müşavirəsində Prezident konkret məmur adı çəksəydi, o halda yəqin ki, Yevlağın icra başçısı Qoca Səmədovun adı ilk sıralarda çəkilərdi. Danılmaz həqiqətdir ki, onun Yevlax şəhər İcra Hakimiyyətinə başçı təyin olunması, şəhərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların vəziyyətini daha da ağırlaşdırdı. Belə ki, Elmar Vəliyevin Gəncə şəhərinə başçı göndərilməsi, Qoca Səmədovun isə Yevlağın rəhbərliyinə gətirilməsi, şəhərdə yeni ab-havanın da əmələ gəlməsinə səbəb oldu. Yəni, çox keçmədi ki, şəhərin müxtəlif ərazilərində söküntü işlərinə qərar verildi. Əvvəlki rəhbərliyin dövründə inşa olunan tikililər, bir çox sosial əhəmiyyət kəsb edən obyektlər, sakinlərə məxsus fərdi yaşayış evlərindən bəziləri və s. söküldu və onların yerləşdiyi ərazilərdə yeni ticarət obyektləri tikildi. “Gündəm Xəbər”ə daxil olan məlumatlara görə, son vaxtlar Yevlaxda yaşanan ab-hava daha dözülməz duruma düşüb. Buna səbəb, Qoca Səmədovun şəhərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara divan tutmasıdır. Baş verənlər haqda redaksiyamızı məlumatlandıran şəhər sakini bildirir ki, “viran edilən obyektlərin alt hissəsindəki torpaq sahələrini, icra başçısı yaxın ətrafında olan şəxslərin adlarına sənədləşdirir və belə bir addımı ilə də, böyük bir cinayətə imza atır. Əsas diqqəti cəlb edən hal isə, şəhərin bulvar və küçələrinin, mərkəzi ərazilərinin və digər yerlərinin yenidən qurulması adı altında, hər ay sahibkarlardan zorla “xərac” yığılmasıdır”. Sakinlərin “Gündəm Xəbər”ə verdikləri məlumatlara görə, “xərac” məsələsi ilə birbaşa icra başçının köməkçisi Zahid Qarayev məşğul olur. Sözsüz ki, o, icra başçısının “dobro” deməsi olmadan, belə bir addımını ata bilməz. Rəhbərliyin tələbinə əməl etməyən, yəni müəyyən olunmuş “xərac”ı verməyən sahibkarlar, hətta həbs olunacaqları ilə də hədələnirlər. Elə ki, icra başçısının, yaxud da onun köməkçisinin hərəkətlərindən kimsə şikayət edir, o halda həmin şəxslər lazımi formada cəzalandırılırlar. Əslən Yevlaxdan olan iş adamlarından biri bildirir ki, “şəhərin böyük kəndlərində və iri yaşayış məntəqələrində də oxşar addımlar atılmaqdadır. Məsələn, şəhərdən bir az kənarda yerləşən Xaldan qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən də, zor gücünə “xərac” yığılır. Hansı obyekt sahibi “xərac”ı vermirsə, vay onun halına olur. Hətta, elə hallar da olur ki, irəli sürülən tələbə əməl etməyənlər yumruq-təpik zərbələrinə də tuş gəlirlər. Yerli hüuq-mühafizə orqanlarına edilən şikayətlər isə, heç bir halda rəsmi qeydiyyata götürülmür. Diqqəti cəlb edən hal odur ki, Xaldan qəsəbəsindəki obyektlərin çoxu, məhz Qoca Səmədova məxsusdur. Onun obyektinin həndəvərində olan obyekt sahibləri, ara-sıra zülmə salındıqlarından bezirlər. Çünki, onlara məxsus obyektlərə tez-tez vergi yoxlamaları göndərilir, bir sözlə onları bezdirməyə çalışırlıar. Son anda da o olur ki, həmin sahibkarlar obyektlərini dəyər-dəyməzinə satıb şəhəri tərk edirlər. Onu da vurğulayaq ki, satışa çıxarılan obyektlərin əksəriyyətini Qoca Səmədova yaxın şəxslər alırlar. Düzdür, həmin obyektlər icra başçısına yaxın şəxslərin adlarına sənədləşdirilsə də, yenə də rəhbərliyin təsir dairəsində olur. Belə bir səbəblər üzündəndir ki, bu gün Yevlaxda icra başçısı və onun “klan”ı ən imkanlı şəxslər hesab olunurlar. Problemin varlığını diqqətdə saxlayacağıq və araşdırmamız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar