Xızının icra başçısı büdcə pullarını neynəyib? - İDDİA
Bolge
Oxunub: 868
27 dek 2016 | 10:16
Xızının icra başçısı büdcə pullarını neynəyib? - İDDİA






Ötən həftə BakiPost.az-ın Xızı rayonu ilə bağlı yayınladığı Azərbaycanda apteki, bazarı, "zapravka”sı olmayan rayon - Anormal vəziyyət/ FOTOLAR başlıqlı yazı cəmiyyətdə böyük marağa səbəb olub.
Yazıda qaldırılan problemlərlə bağlı rayonun keçmiş icra başçısı, sabiq deputat, YAP-ın qurucularından olan Maksim Musayev geçiş açıqlama verib. O, musavat.com-a müsahibəsində Bakıya ən yaxın rayonun belə acınacaqlı durumda olmasının səbələrini sadalayıb və hazırda rayona rəhbərlik edən şəxslərə qarşı ağır ittihamlar irəli sürüb:

"20 ildir ki, əhali maşınlarda satılan suyu pulla alır. Digər rayonlarla müqayisədə Xızı çox-çox geridə qalıb. Halbuki Bakı ilə 90 kilometr arası var. Məndən sonra rayonda 8 icra başçısı dəyişib. Düzdür, hərəsi özünə uyğun işlər görüblər. Aptekin olmaması ilə bağlı sakinlər mənə də müraciət ediblər. Orada xəstəxana tikiblər və mən bilən yaxşı fəaliyyət göstərir, camaat bundan razıdır. Xəstəxananın içində aptek ola bilər. Xızıya şəhər statusu veriblər, büdcəsi xeyli çoxalıb. Amma küçələrin əksəriyyəti gecələr işıqsızdır. 90-ci illərdə biz oranın hamısını çıl-çıraq etmişdik. Hazırda Xızı şəhərində mal-qara küçələrdə "kef çəkir”.

Rayonun keçmiş başçısı Xızıda yanacaqdoldurma məntəqəsinin olmamasından da danışıb: "Heç vaxt Xızının mərkəzində və Altıağacda yanacaqdoldurma məntəqəsi olmayıb. Rayonun girişində birini tikiblər. Onun da işləməsinə imkan vermirlər. Bu barədə müxtəlif söhbətlər eşitmişəm. Benzini beş litrlik su qablarında, yaxud da iki litrlik pivə qablarında evlərdə satırlar. Əhali artıq buna öyrəşib. Sovet dövründə müharibədən sonra benzini necə satırdılarsa, indi Xızı o dövrün taleyini bu sahədə yaşayır. İndi Altıağaca gedin görəcəksiniz, 700-ə yaxın yaşayış binası var, onun 500-ə yaxını villadır. O villalarda da demək olar ki, adam yaşamır. Hətta rayonda təkər yamayan yer də yoxdur. Orada tikinti aparanda qapı-pəncərə düzəltdirmək üçün yer tapmadım. Bakıda düzəltdirib apardım. Xızının mərkəzində tikinti malları mağazası belə yoxdur. Bu sahələrə ümumiyyətlə, fikir verilmir. Vaxtı ilə rayon mərkəzində 35 satış yeri olan bazar tikmişdik, onu da sökdülər. Azərbaycanda bazarsız bir rayon varsa, o da Xızıdır. İstəsən bazar tikəsən, icra başçısı onu da dağıdacaq”.

Maksim Musayev rayonun hazırki başçısı Xəzər Aslanovun özünə 3 villa tikdirdiyini vurğulayıb: "Xəzər Aslanov hər şeyi özü üçün edir, yalnız özünü fikirləşir. İcra başçısı olandan 3 villa tikdirib; birini Xızının mərkəzində, birini Şurabatda, birini də Altıağacda. Onun başı belə işlərə qarışıb. Bir də söküb dağıtmaqla məşğuldur. İşlədiyi beş ildə bir idman obyekti tikməyib. Axtarsan belə rayon respublikada tapmazsan. Bu, prezident İlham Əliyevin siyasətinə olduqca zidd metoddur. Bu insan harada tikinti gedirsə, dərhal onu sökdürür. Kafe var ki, orada toyuq hini tikmək istəyiblər. Görən kimi deyib ki, məndən icazəsiz bunu niyə tikdirmisən? Müavinlərini göndərib həmin toyuq hinini dağıtdırıb”.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ