Gəncə sakinindən Prezidentə ürəkdağlayan müraciət: "Elmar Vəliyev qızıma əxlaqsızlıq təklif edərək, 6 ay girov saxlayıb" - İcra başçısına sərt ittihamlar
Bolge
Oxunub: 1 346
29 dek 2016 | 08:07
Gəncə sakinindən Prezidentə ürəkdağlayan müraciət: "Elmar Vəliyev qızıma əxlaqsızlıq təklif edərək, 6 ay girov saxlayıb" - İcra başçısına sərt ittihamlar








Gəncə sakini evinin icra hakimiyyəti tərəfindən sökülməsi ilə bağlı dövlət başçısına müraciət edib

Azfakt.com-un məlumatına görə, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 239 saylı yataqxananın 5-ci mənzilində məskunlaşmış Qalib Əhmədov müraciətində qeyd edib ki, Elmar Vəliyev 20 ildən artıq yaşadığı şəxsi evini 3 saat ərzində xüsusi amansızlıq və talançılıqla yerlə yeksan etdirib.

Şikayətçinin sözlərinə görə, evin söküntüsü zamanı 11 yaşlı qızı Almaz Əhmədovanın başına dam örtüyünün iri bir parçası düşdüyü üçün indi onun nitqində qüsur yaranıb: “Hadisə zamanı həyat yoldaşım Nairə Əhmədova ağır stress keçirib və hazırda yüksək qan təzyiqindən əziyyət çəkir”.

Şikayətçi Q.Əhmədov etdiyi müraciətlərin prezidentə yetişmədiyi üçün mətbuat vasitəsilə müraciət etmək məcburiyyətində qaldığını diqqətə çatdırıb:

“Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev mənim sadəlövhlüyümdən istifadə edərək, 19 yaşlı qızımı 6 ay icra hakimiyyətində iş düzələtmək adı ilə “girov” saxlayıb, amma heç bir işlə təmin etməyib. Sonradan məlum oldu ki, Elmar Vəliyevin qızımla bağlı çirkin niyyətləri olub. O, qızıma dövlət məmuruna yaraşmayan və burada yaza bilmədiyim təklifləri edib. Bundan sonra qızım bu təklifləri rədd edərək işə getməkdən imtina edib. Bu haqda Sizə və müxtəlif dövlət orqanlarına ünvanladığım ərizə və məktublarda geniş və əhatəli yazmışam”.

Q.Əhmədov bəyan edib ki, Elmar Vəliyev ailəsi üçün ciddi təhlükədir: “Ona görə də ailəmi qorumaq üçün Gəncədən gəlib Bakıya “sığınmalı” olmuşam. Hazırda qızım ciddi depressiyadadır və qorxuram ki, özünə qəsd edə. Ona görə də ailəmiz ciddi təlaş içindədir. Sizə olunan müraciətlərim cavabsız qaldıqca, nə edəcəyimi bilmirəm. Xahiş edirəm, köməklik göstərin. Əks təqdirdə məcbur qalıb özümü Prezident Administrasiyasının qarşısında yandıracağam”.(xural.com)
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi