İmişlinin doğum evlərində nə kimi olaylar baş verir?
Bolge
Oxunub: 1 533
11 noy 2014 | 17:01
Şöbə müdiri vəzifəsini daşıyan hörmətli Əzizə xanım, həkimlərin, tibb bacılarının, hətta texniki işçilərin də doğum şöbəsinə üz tutanları ilan qabığı kimi soymaları üçün, sanki stimulverici qüvvə rolunu oynayır

Hər kəsə bəllidir ki, paytaxt Bakıdan kənarda yerləşən şəhər və rayonlarda, kənd və qəsəbələrdə, iri yaşayış məntəqələrində yerləşən doğum şöbələrində yaşanan durum haqda, kifayət qədər məlumatlara malik olsaq da, bizim hələ də bilmədiyimiz bəzi məqamlar da var. Hələ bir müddət bundan əvvəl İmişlinin doğum şöbəsində yaşanan olaylardan, hörmətli Əzizə xanımın rəhbərliyi altında rüşvət amilinin çiçəklənməsindən, sahibsiz və imkansız xəstələrə bəslənilən ögey münasibətdən, xəstələrin yaxınlarının ilan qabığı kimi soyulmalarından və.s bəhs edən məlumatları, informasiya mərkəzimizə təqdim edən mənbə bildirirdi ki, belə bir olayların əmələ gəlməsinə əsas səbəb, Əzizə xanımın iştahasını cilovlaya bilməməsidir. Məlumatı verən mənbə onu da qeyd edir ki, şöbə müdirinin adı Əzizə xanım olsa da, onun idarəçiliyində zərrə qədər də olsun haqq-ədalət qalmayıb.
Hər kəsə bəllidir ki, İmişli rayonuna bitişik bir neçə rayon da var. Bu rayonlar içərisində İmişlinin doğum şöbəsi, ətraf rayonların doğum şöbələrində qol qoyulan qanunsuzluq əməllərinin əhatə dairəsinə görə tamamilə fərqlənir. Çünki, bir müddət bundan əvvəl, həmin şöbəyə üz tutan və minbir müsibətlə üz-üzə qalan (müəyyən səbəblər üzündən hələlik adını çəkmirik) S. ..........rova adlı qadın bildirdi ki, doğum şöbəsi Əzizə xanım üçün sanki gəlir mənbəyinə çevrilib. Yəni, həmin ünvana ayaq basan hər kəsdən, bir doğuş üçün təqribən 200-300 manat arası "haqq-hesab" alınır. Bu zaman müəyyən olunmuş "toskı"nı "tərləməyən" xəstələr, yaxud da onların yaxınları, çətin ki, yaxasını Əzizə xanımın əlindən rahatlıqla qurtara bilsinlər. Birtəhər yaxasını şöbə müdirinin "insaf"lı əllərindən qurtara bilmiş bir xanım isə bildirir ki, bu gün doğum şöbəsində çalışanlar bir kimsədən çəkinmir və açıq-aydın "bazarlıq" etməklə məşğul olurlar. O, onu da vurğulayır ki, bu bazarlığın da başında hörmətli Əzizə xanım durur. Elə ki, ona baş alıb gedən rüşvətxorluq amili haqda sual edirik, bu zaman xanım şöbə müdiri bildirir ki, "vallah biz rüşvət almırıq, sadəcə olaraq kimlərdənsə şirinlik istəyirik". Çox maraqlı və təəccüb doğuran cavab olur ki, bunu da Əzizə xanımın dilindən eşidirik. Digər tərəfdən, görəsən nə vaxtdan 200-300 manat pul İmişlidə şirinlik hesab olunur. Hələ bu azmış kimi, ünvanlanan suallara xanım şöbə müdiri cavab verməli olduğu halda, onun həyat yoldaşının məsələlərə müdaxiləsi də, hələ də bizi çaş-baş qoymaqdadır. Çünki, xanım şöbə müdirinə baş verən olaylar haqda sual ünvanladıqda, onun həyat yoldaşı "nə sual, nə münasibət bildirəsiyik deməklə, sizinlə "razborkanı mən çəkəcəyəm" deməsi, artıq böyük şübhələrə yol açır. Belə olan halda sual yarana bilər ki, görəsən İmişlinin doğum şöbəsində şöbə müdiri Əzizə xanımdır, yoxsa onun həyat yoldaşıdır? Yəqin ki, bu suala Səhiyyə nazirliyinin yetkililəri dolğun cavab vermək iqtidarındadırlar. Axı, hansı qanunvericilikdə göstərilib ki, bir vəzifəyə məsul olan şəxsin əməllərinə, başqa birisi cavab versin və yaxud da cavabdehlik daşısın? Yəqin ki, mövcud qanunvericiliyimizdə belə bir hal yoxdur. Amma bütün bunlara baxmayaraq, Əzizə xanım idarəetməni necə həyata keçirirsə, digər məsələlərə yanaşmanı da oxşar qaydada ortaya qoyur.
İnformasiya mərkəzimizə təqdim olunan digər məlumatlarda o da bildirilir ki, İmişlinin doğum şöbəsində xəstələrə verilməli olan ərzaq məhsulları, geyim formaları, dərman preparatları və digər təminolunmalar və.s gündəlik Əzizə xanım tərəfindən "həzmi-rabedən" də keçirilir. Şöbəyə üz tutan xəstələr yalnız onların adlarını eşidir, üzlərini isə ümumiyyətlə görmürlər. Bu zaman meydana fərqli suallar çıxır. Axı, qəbul olunmuş qanunvericiliyimizdə göstərilib ki, dövlət tərəfindən verilən müəyyən təminolunmalar şöbədəki xəstələrə verilməlidir. Bəs hanı? Belə bir sualı şöbədə çalışanlardan bir kimsəyə də ünvanladıqda, hər kəsin yek cavabı o olur ki, biz bilmirik, kimi nə maraqlandırırsa getsin sualını və almaq istədiyi cavabını şöbə müdirinə ünvanlasın deyirlər.
Bütün bu kimi olaylardan sonra belə qənaətə gəlmək mümkündür ki, həqiqətən də İmişlinin doğum şöbəsində rüşvət amilinin çiçəklənməsində, xoşagəlməz olayların baş verməsində, xəstələrin incidilmələrində, get-gələ salınmalarında və.s-də əsas məsuliyyət yükü, hörmətli Əzizə xanımın üzərinə düşür. Bu zaman başqaları kimi bizi də belə bir sual düşündürür ki, görəsən Əzizə xanım şöbə müdiri vəzifəsinə təyin olunanda, ona idarəçiliyi belə bir qaydalarlamı həyata keçirmək tapşırılıb?
Bu gün İmişlinin döğum şöbəsində belə bir ab-havanın varlığı hökm sürürsə, bəs onda ölkə rəhbərinin korrupsiyaya qarşı elan etdiyi mübarizə nəyə hesablanıb? Yəqin ki, belə bir suala Əzizə xanım cavab verməkdə çətinlik çəkəcək. Amma, onun çətinlik çəkməsinə baxmayaraq, inanırıq ki, Səhiyyə Nazirliyinin yetkililəri ünvanlanan suallara yetərincə cavab vermək iqtidarındadırlar.
Diqqəti cəlb edən hal odur ki, hal-hazırda Azərbaycan cəmiyyəti sürətlə inkişaf edir, hər sahə yeniləşir, müasir texnologiyanın tətbiqi bütün sahələri əhatə edir, hər il saysız-hesabsız naliyyətlər də əldə olunur. Ölkə rəhbəri möhtərəm prezidentimiz İlham Əliyev cənabları, bütövlükdə cəmiyyətimizi korrupsiyaya, hər cür neqativ amillərə qarşı mübarizəyə səslədiyi bir vaxtda, bəs İmişlinin doğum şöbəsində niyə bu kimi amillər çiçəklənir? Əlbəttə, yuxarıda sadaladıqlarımız onu söyləməyə əsas verir ki, hörmətli Əzizə xanım bu gün ölkə rəhbərinin yürütdüyü daxili siyasi kursa qarşı çıxır və bu yöndə qanusuzluğa söykənən fəaliyyətini daha da artırır.
Hörmətli oxucular! Diqqəti cəlb edən açıqlamalarımızı, yaxın günlərdə oxuya biləcəksiniz. Odur ki, bizi izləməyi unutmayın.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO