Tovuzda rəzalət: şəhid məzarları dağılıb, icra başçısı “qış yuxusu”nda - Fotolar
Bolge
Oxunub: 780
9 yan 2017 | 09:01
Tovuzda rəzalət: şəhid məzarları dağılıb, icra başçısı “qış yuxusu”nda - Fotolar











Tovuzun Dondar Quşçu kənd məzarlığı dağılıb. Ən ürəkparçalayan fakt ondan ibarətdir ki, qəbiristanlıqda uyuyan şəhidlərin məzarları da baxımsızlıqdan dağılıb tökülüb.

Sosial şəbəkələrdə məzarlıqdan fotolar yayımlanıb. Rayon icra başçısı Tofiq Zeynalova və Tovuzun deputatlarına ünvanlanan mesajda onların laqeydliyinə etiraz edilib.

Yerli sakinlər Feysbukda Tovuz rəhbərliyinin diqqətsizliyinə qəzəblə reaksiya verib. Onların sözlərinə görə, icra başçısının vaxtı olanda vətən uğrundan canından keçən şəhidlərin məzarlarının dağılması ilə maraqlanar.

Təbii ki, bu fakt qarşısında Tovuz rayon İcra Hakimiyyətinin və kənd bələdiyyəsinin nə cavab verəcəyi də bəlli deyil.

Acı reallıq və tükürpədən mənzərə budur ki, kəndin məzarlığındakı şəhidlərin baş daşları dağılıb, ayaqlar altına atılıb.

Erməni ictimaiyyətinə fürsət qazandıran bu məmurların laqeydliyi, bivecliyi, biznes maraqlarını üstün tutması ucbatından şəhidlərimizin məzarları da batıb gedir. T.Zeynalov belə bir həssas məsələyə laqeydlik nümayiş etdirməklə tovuzluların hiddətinə səbəb olub.

Politika.Az-ın tarixi qaynaqlara istinadən əldə etdiyi məlumatına görə, Dondar Quşçu sözünün birinci komponenti Dondar etnotoponimi ilə bağlıdır.

Dondar Qafqaz Albaniyasında yaşayan 26 tayfadan biridir. Qədim türk tayfalarından olan dondarlar haqqında, onların Qafqazda və Azov dənizi sahillərində yaşaması barədə Miletli Hekateydən (e.ə.VI-V əsrlər) başlamış, Strabon, Tasit, Plutarx və Lukulla qədər bir çoxları məlumat verib.

Dondarlarla bağlı bütün izlər onların türk tayfalarından olduğunu göstərir. Tovuz və Qubadlı rayonlarında Dondarlı, Tovuzda Dondar Quşçu, Şabran rayonu ərazisində Qala Dondar qala xarabalıqları və s. kimi toponimlərdən aydın olur ki, dondarlar Qafqaz Albaniyasının şimal-qərb ərazilərində yaşayıblar.

Sözün ikinci komponenti "Quşçu" etnotoponimi ilə bağlıdır. Bu etnotoponim qədim mifoloji inamlara söykənir.
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi