Gədəbəydə Ramiz Muradovun "zülüm bazarı" - Özbaşınalıq...
Bolge
Oxunub: 854
18 yan 2017 | 09:29
Gədəbəydə Ramiz Muradovun "zülüm bazarı" - Özbaşınalıq...











Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Şəmkir ərazi şöbəsi də Gədəbəy ərazi şöbəsində insanların başına sözün əsil mənasında oyun açılır.

Miq.Az-a daxil olan məlumatlara görə, Dövlət Komitəsinin 11 saylı Şəmkir rayon ərazi şöbəsinin direktoru Elgiz Vəliyevlə Gədəbəy rayon ərazi şöbəsinin müdiri Ramiz Muradov daşınmaz əmlakın dövlət qeydiyyat sənədinin (kupça) alveri üzrində şəxsi biznes şəbəkəsi yaradıblar.

Gədəbəy rayonu Slavyanka kəndinin sakini, bədən tərbiyəsi üzrə müəllim işləyən Hüseynov Faiq Fəqani oğlunun başına gətirilən oyunlar bunu açıq şəkildə sübut edir.

Redaksiyamıza şikayət məktubu ünvanlayan F. Hüseynov deyir ki, 2004-cü ildə Slavyanka kənd bələdiyyəsindən ev tikmək məqsədilə 12 sot torpaq sahəsi alıb.

2016-cı ildə "kupça” almaq məqsədilə bütün sənədlərini Gədəbəy rayon ərazi şöbəsinin müdiri Ramiz Muradova təqdim edir. Dövlət rüsumu olan 81 manatı da "Kapital bank”ın rayon şöbəsinə ödəyərək, ödəniş çekini R.Muradova verir. Və sənədlərin hazırlanmasını gözləyir. Onun çətinlikləri də elə burdan başlayır.

F. Hüseynov aylarla əmlak komitəsinin binasına gedir, gəlir, lakin heç bir nəticə əldə edə bilmir. Nəhayət ötən ilin oktyabr ayında R. Muradov ona bildirir ki, onun ödədiyi dövlət rüsumu heç kimə lazım deyil. Sənədlərini almaq istəyirsə, mütləq 1500 manat pul gətirməlidir. Şöbə müdiri onu da qeyd edir ki, 1500 manatı Şəmkir ərazi şöbəsinin müdiri Elgiz Vəliyev tələb edir. Deyilən məbləği ödə, sonra "kupça”nı apar.

Qarabağ müharibəsi veteranı olan, II qrup əlili F. Hüseynov 8 aydır bu vəziyyətlə üz-üzə qaldığını deyir.

F. Hüseynovdan "kupça” üçün 1500 manat rüşvət tələb edən şöbə müdiri Elgiz Vəliyev 20 Yanvar küçəsində 20, 25, 30, 40, 50 kvadratmetr olan mağazalara mənzil "kupçası” satıb. Məlumata görə, adıçəkilən küçədə 40-a yaxın mağaza məhz mənzillər üçün nəzərdə tutulan qeydiyyat sənədi ilə fəaliyyət göstərir. Həmin mağazaların üzərindən 35 000 volt gücündə elektrik naqillərinin keçməsi onu göstərir ki, bu ərazidə yerləşən obyektlərə mənzil "kupça”sı verilə bilməz. Həmçinin, 20 kvadratmetrlik yaşayış evinin olmadığı da ayrı bir faktdır. Lakin Elgiz Vəliyev və Ramiz Muradov rüşvət qarşılığında dövlət möhürünün olduğu sənədləri sözün əsil mənasında satışa çıxarıblar.

Bu şəxslərin özbaşınalığı bununla bitmir. Redaksiyamıza daxil olan məlumatlara görə, tələb olunan rüşvəti verməyən vətəndaşların torpaq sahələrinin bir hissəsi müsadirə olunur. Misal üçün, 12 sot torpaq sahəsinin 2 sotu rüşvət olaraq müsadirə olunur. Bu, birbaşa mülkiyyət hüququnun toxunulmazlığı ilə bağlı qanunun tapdanmasıdır. Lakin Elgiz Vəliyev və Ramiz Muradov heç bir qanun tanımaq istəmir.

Faiq Hüseynov üzləşdiyi qanunsuzluqla bağlı Prezident İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova müraciət ünvanladığını bildirir. Lakin Elgiz Vəliyev qanunlarla yanaşı, ölkə rəhbərliyini də saymaq fikrində deyil.

Eyni vəziyyətlə Gədəbəy sakini Rüstəmova Vüsailə Niyaz qızı da üzləşib. Elgiz Vəliyev və Ramiz Muradov "kupça” üçün ondan da 1500 manat rüşvət tələb edirlər.

Miq.Az-a şikayət edən F. Hüseynov Elgiz Vəliyevin özbaşınalığı və qanun tanımamasının səbəbi kimi onun keçmiş MTN rəhbəri Eldar Mahmudova yaxın olmasını göstərir. O, bu vəzifəyə məhz Eldar Mahmudovun dəstəyi ilə təyin olunub. Yerli sakinlər bildirir ki, Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılandan sonra Elgiz Vəliyevin özbaşınalığı daha da artıb və şöbə müdiri əhalini bilərəkdən incidir. Belə anlaışılır ki, Eldar Mahmudovun adamı vətəndaşları qəsdən dövlətdən narazı salmaq məqsədinə xidmət edir.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO