“İmişli Yol Polis rəisi ilə əməkdaşları məni döyüb, cənab Usubov kömək edin” - Fotolar
Bolge
Oxunub: 835
24 yan 2017 | 10:21
“İmişli Yol Polis rəisi ilə əməkdaşları məni döyüb, cənab Usubov kömək edin” - Fotolar















“Yanvarın 12-si, axşam saatlarında 18 yaşlı dostum Vüsal yanıma gəldi. Mənimlə təzə həyət evinə köçmüş əmisigilə bir yerdə getməyi xahiş etdi, razılaşdım.
Vüsal əmisinin evinin dəqiq yerini tanımadığına görə əvvəlcə həmin məhəllədə 1-ci evin qapısını döyüb əmisigilin evini soruşdu.
Dedilər, bura deyil. Vüsal ikinci evin qapısını döydü, xeyli vaxt açan olmadı. Bir neçə dəqiqə keçməmiş YPX-nin 99YP 551 nömrəli avtomobili gəldi.
Sonradan adlarını öyrəndiyim Təyyar Poladov və Elvin düşüb gəldilər, “siz burda nə gəzirsiniz” deyib məni başımdan vurdular”.

Bu sözləri Politika.Az-a şikayət məktubunda İmişli rayonu, Həzi Aslanov küçəsi, ev 51 ünvanda yaşayan İbrahimov Xalid Mehti oğlu yazıb.

O, İmişli Rayon Yol Polis Şöbəsinin rəisi Aydın Ağayev, müavini İlqar Süleymanov, YPX əməkdaşları - Poladov Təyyar, Elvindən şikayətçidir.

X.İbrahimov qeyd edib ki, əmisigilən gələn dostu Vüsal dərhal qorxub qaçmağa başlayıb: “YPX işçiləri məni döyməyə başladılar. Təyyar 8 dəfə möhkəm yumruqla başıma-başıma zərbələr vururdu.

Onun işçisi Elvin isə məni yerə yıxıb, var gücü ilə bədənimi təpikləyirdi. Zərbələrdən başımda şiddətli ağrılar başladı. Mən özümü itirmişdim. Sonra YPX polisləri Post Patrul Xidmətinə aid 2 avtomobil çağırdılar. Və məni Polis İdarəsinə gətirdilər”.

Rayon sakini bildirib ki, onu rəis Aydın Ağayevin otağına aparıblar: “Aydın mənə dedi ki, bilirsənmi səni bura niyə gətiriblər?

Dedim ki, sənin işçilərin məni nahaqdan döyüblər. Bu zaman Aydın kreslosundan qalxıb yanıma gəldi və “döyüləsi adamı döyərlər deyib” var gücüilə sifətimə sillə vurdu.

Dedi ki, “sən hələ bizim əlimizdən belə qurtarmağına şükür et. Hələ sənin başına başqa oyunlar da aça bilərik”. Sonra işçiləri olan Təyyara, Elvinə və digər çavuşlara göstəriş verdi ki, bunun işini “aformit” edin və atın içəri. Məni növbətçi hissəyə apardılar və səhərə kimi saxladılar.

Səhər Polis İdarəsinin rəis müavini İlqar Süleymanov dedi ki, əgər bizdən şikayət etsən, səni yükləyib “srok”a göndərərəm. Səhər valideynlərim və qardaşım Elşad yanıma gəlmişdilər.
İlqar Süleymanov ona da xəbərdar etdi ki, “sənin yazdığın şikayətləri burda götürməyiblər. Zəng etdiyin 102 xidməti kimdir ki, mənə nə etsin? Ağlınızı başınıza toplayın”.

X.İbrahimovun Politika.Az-a yazdığına görə, valideynlərinin yanında onlara nalayiq sözlər deyiblər: “Səhər məni məhkəməyə apardılar. Hakim məni polisə müqavimət adı ilə 50 manat cərimələdi. Aldğım zərbələrdən polis idarəsində və məhkəmədə özümü çox pis hiss edirdim.

Elşad qardaşım 2 gün çalışdı ki, mənim qəddarcasına YPX polisləri tərəfindən döyülməm barədə Polis İdarəsinin rəisinə yazdığım ərizəni qəbul etsinlər. Amma qəbul etmədilər.

O zaman 15 yanvarda rayon prokurorluğuna şikayət ərizəsini verdik. Prokurorluqda həkim çağırdılar. Ekspert məni tam soyundurub müayinə etdilər. İşgəncə yerlərinin (bədənimdəki izlərin və boynumun arxasındakı şramların) fotosunu çəkdilər.

Göz həkimi də təsdiq etdi ki, zərbələrin təsirindən görmə qabiliyyəti zəifləyib, göz ciddi zədələnib və damar qaçıb, çəplik yaranıb.

Başımda olan ağrıları isə Bakıda müayinə etməyi tapşırdılar. Lakin çox təəssüflər olsun ki, ekspert kağızı, rəyi, fotoşəkillər prokurorluqda qalsa da, bugünədək heç bir reaksiya yoxdur”.

Şikayətçi Daxili İşlər Naziri Ramil Usubovdan kömək gözləyir: “Polisin mənə qarşı qeyri-insani rəftarından hiddətlənən yaxın ərazilərdə yaşayan bütün qohum-qardaşlarım ailəmizə gəlib bu vəhşiliyə son qoyulması üçün etiraz etmək istədiklərini bildirdilər. Mən və valideynlərim onlardan xahiş etdik ki, qoy biz dövlətin rəhbərinə, nazir Ramil Usubova, baş prokurora əvvəlcə şikayət edək.

Ümid edək ki, polislərin qeyri-insani hərəkətlərinə tez zamanda hüquqi qiymət veriləcək. Şikayətimiz nəticəsiz qalsa qoy o zaman bu hadisədən hiddətlənən insanlarımız rayondakı polis özbaşınalığına qarşı etiraz keçirsinlər.

Xahiş edirəm mənim bir sadə insan kimi hüquqlarımın qorunmasına, mənə qarşı qeyri-insani hərəkətlər etmiş, ailəmin yanında ailəsinə layiq söyüşlərlə təhqir etmiş və nəticədə mənə ağır bədən xəsarətləri yetirmiş polislərin qanunazidd hərəkətlərinə hüquqi qiymətin verilməsi üçün göstəriş verəsiniz. Allah mənə də, Sizə də kömək olsun”.

Onu da deyək ki, vətəndaş öz mobil nömrəsini də (050-316 87 46) yazıb və köməklik göstərilməsini xahiş edib. Yazı yayıma hazırlanarkən gecə saatları olduğu üçün rəsmi mövqe öyrənmək imkanı olmadı.


“İmişli Yol Polis rəisi ilə əməkdaşları məni döyüb, cənab Usubov kömək edin” - Fotolar

“İmişli Yol Polis rəisi ilə əməkdaşları məni döyüb, cənab Usubov kömək edin” - Fotolar

“İmişli Yol Polis rəisi ilə əməkdaşları məni döyüb, cənab Usubov kömək edin” - Fotolar
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ