“İçkili” polisin özbaşınalıqları: “1100 manat rüşvət istədi” - Foto (Video)
Bolge
Oxunub: 980
24 yan 2017 | 11:02
“İçkili” polisin özbaşınalıqları: “1100 manat rüşvət istədi” - Foto (Video)












Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər sakini Ramil Həziyevə məxsus maşını qanunsuz olaraq cərimələyiblər

Bu barədə bakipost.az-a R. Həziyev özü məlumat verib. Bildirib ki, polislər onun maşınını heç bir protokol tərtib etmədən, dayanacaqdan aparıblar: "2016-ci ilin dekabrın 24-də yaxın dostumun mənə müvəqqəti idarə etmək üçün verdiyi VAZ 2121 Niva markalı avtomobili işlədiyim dükanın yanında olan dayanacağa qoyub işimlə məşğul idim. Bu zaman Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşı Şəmşir Kərimov dükana daxil olaraq məndən maşının açarlarını verməyimi tələb etdi. Mən açarları niyə istədiyini soruşduqda Şəmşir Kərimov maşına baxış keçirmək istədiyini bildirdi. Ona mənimlə birgə maşına baxış keçirməli olduğunu söylədim. Amma o mənə təhqiramiz ifadə işlədərək zorla açarı əlimdən aldı. Daha sonra Şəmşir Kərimov Masallı rayon İcra Hakimiyyətinin qarşısındakı dayanacaqda olan maşını sürüb getdi. İşimi bitirdikdən sonra Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə getdim.

Şəmşir Kərimovun özü də orda idi. Mən ondan avtomobili hansı səbəbdən cərimə meydançasına aparmasını soruşduqda, o mənə kobud şəkildə "əcəb etmişəm, istədiyimi etmək hüququna malikəm” deyə cavab verdi”.

Ramil Həziyev qeyd edib ki, bölmənin digər əməkdaşı Məmməd Həşimov ondan 1100 manat rüşvət istəyib: "Maşının hansı səbəbdən bölməyə gətirilməsini öyrənmək üçün bölmənin əməkdaşı Məmməd Həşimovun otağına daxil oldum. Amma həmin vaxt Məmməd Həşimov içkili vəziyyətdə idi. Hətta xidmət otağında spirt iyi kəskin dərəcədə hiss olunmaqda idi. Mən ona maşınımın cərimə meydançasına gətirilməsi barədə protokol tərtib olunmasını, həmin protokolla tanış olmaq hüququmun olduğunu bildirdim. Məmməd Həşimov əgər lazım olarsa protokol tərtib olunacağını dedi və hətta məndən şəxsən özü 1100 manat pul istədi. Həmin vaxt Şəmşir Kərimov da onun otağında idi. Mən əvvəl bunun cərimə olduğunu zənn etdim və ondan hansı hesaba ödəməli olduğumu soruşduqda isə Məmməd Həşimov mənə "elə bil sən Azərbaycanda yaşamırsan” dedi. Mən anladım ki, onlar həmin pulu özləri üçün istəyirlər və bu səbəbdən Şəmşir Kərimov maşını aparan zaman heç bir protokol tərtib etməyib. Məmməd Həşimov maşının üzərində olan nömrənin qanunsuz olduğunu söylədi. Maşının mənim olmadığını və müvəqqəti istifadə etmək üçün verildiyini dedim. Amma yenə də o, bunun ona aid olmadığını bildirməklə 1100 manat tələb etdi. Onlara istədikləri pulu vermək imkanımın olmadığını dedikdə Şəmşir Kərimov "get tap, burda durub nə başımızı xarab edirsən” deyə cavab verdi”.

Zərərçəkənin bildirdiyinə görə, M. Həşimov istədiyi rüşvəti verməsi üçün ona dəfələrlə xəbər göndərib: "Məmməd Həşimov müxtəlif vaxtlarda mənə xəbərlər göndərərək, pulu tələb etməyə başladı. Daha sonra mənə 2017 ci ilin yanvarın 6-da tərtib edilmiş protokol göndərildi. Halbuki maşın 2016-ci ilin dekabrın 24-də cərimə meydançasına aparılıb. Özü də, protokol guya, maşına əlavə avadanlıqlar quraşdırıldığı üçün tərtib olunub. Mən ailəmi də fərdi əməklə qazandığım pulla saxlayıram. Mən 1100 manat pulu haradan tapım ki, Məmməd Həşimov və Şəmşir Kərimova rüşvət verərək maşını cərimə meydançasından çıxartdırım. Axı belə biabırçılıq olmaz. Hər iki şəxs öz keflərində və açıq şəkildə soyğunçuluqla məşğul olurlar. Şəmşir Kərimovun özü bütün maşınları saxlayaraq, onlardan rüşvət alıb maşını buraxır (Bununla bağlı şikayətçinin təqdim etdiyi videonu təqdim yazının sonunda təqdim edirik – red.).

Şəxs haqqını tələb etdikdə isə avtomobili cərimə meydançasına aparır. Bu cür qanunsuzluq və biabırçılıq Masallı şəhərində tüğyan edir”.

Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin inspektoru Şəmşir Kərimov isə bakipost.az-a açıqlamasında Ramil Həziyevin dedikləri ilə razılaşmadığını vurğulayıb: "Həmin şəxs başqasına məxsus nömrəni "Niva” markalı maşına vurub. Həmin maşın da radara düşüb. Maşınına vurduğu nömrənin sahibi isə Lerikdəndir. Maşın da radara düşdüyü üçün cərimə Lerik sakininə göndərilib. O da nömrəsi ilə hansısa maşının Masallıda sürülməsinə görə Masallı Şəhər Polis Bölməsinə şikayət edib. Hazırda həmin şikayət bizdə var. Bu səbəbdən maşın cərimə meydançasındadır. 150 manat məbləğində də cərimə yazılıb. Həmin nömrənin əlavə başqa cərimələri də var”. Şəmşir Kərimov bildirib ki, Ramil Həziyevin idarə etdiyi Niva bank maşınıdır: "Etibarnaməsiz maşındır. Həmçinin maşının üstünə başqa avtomobilə məxsus başqa nömrəni vurub. Ona görə maşın hərəkətdən kənarlaşdırılaraq cərimə yazılıb. Onlar barəsində protokolda yazılıb. Hazırda o məsələ Lerikdə araşdırılır”.

Qeyd edək ki, Ramil Həziyev Masallı şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının bu qanunsuz əməlləri ilə bağlı prezident İlham Əliyevə də ərizə ilə müraciət edib.


“İçkili” polisin özbaşınalıqları: “1100 manat rüşvət istədi” - Foto (Video)

“İçkili” polisin özbaşınalıqları: “1100 manat rüşvət istədi” - Foto (Video)

Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ