Gəncədə görünməmiş saxtakarlıq faktı... - Belə deyirlər...
Bolge
Oxunub: 887
30 yan 2017 | 06:26
Gəncədə görünməmiş saxtakarlıq faktı... - Belə deyirlər...















Qəzetimizin ötən saylarında Gəncə Dövlət Filarmoniyasındakı qanunsuzluqlarla bağlı bir neçə dəfə yazı dərc etmişik. Bu yazılarda GDF-dəki müxtəlif neqativ hallardan - filarmoniyada rüşvətin baş alıb getməsindən, qohumbazlıq prinsipindən, ümumiyyətlə bu elm ocağında qeyri-sağlam təhsil mühitinin hökm sürməsindən bəhs etmişdik. Gəncə Dövlət Filarmoniyasındakı qanunsuzluqlarla bağlı araşdırmalarımızı davam etdirdik. Araşdırmalar zamanı bir sıra ciddi qanun pozuntuları ilə bağlı məlumatlar əldə etdik. Bu yazıda da elə həmin məlumatlardan bəhs edəcəyik. Söhbət nədən gedir? Ötən saylarımızda Gəncə Dövlət Filarmoniyasında adı gedən, lakin işə gəlməyən “ölü canlar”ın olduğu barədə bildirmişdik. Bəllidir ki, bu tip qanunsuzluqlar büdcədən maliyyələşən bir çox dövlət qurumlarında, xüsusən də təhsil və səhiyyə müəssisələrində baş alıb gedir. Belə müəssisələrin rəhbərləri müxtəlif adamları işçi kimi işə götürür, lakin həmin adamlar işə çıxmır, onların adına yazılan maaşlar isə rəhbərlik tərəfindən mənimsənilir. Özü də bir çox hallarda belə vətəndaşların “işə götürüldüklərindən” xəbərləri belə olmur. Yaxud da idarə və müəssisə rəhbərləri bu cür dövləti cinayətin üstünün açılmaması üçün müvafiq vəzifələrə etibar etdikləri şəxsləri, öz yaxın qohum-əqrəabalarını təyin edirlər. Belə “ölü canlar” hər yerə olduğu kimi, Gəncə Dövlət Filarmoniyasında da kifayət qədədrdir. Maraqlısı isə odur ki, bu yaxınlarda Gəncə Dövlət Filarmoniyasında "ölü canlar"dan biri dirilib. Fəaliyyətindən yalnız Şahnaz Haşımovanın və özünün məlumatı olan Qəmbər Hüseynli adına Gəncə Musiqi Kollecinin direktoru Gülçin Mirzəyeva həm də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında dirijor imiş. Onun dirijor olmasını filarmoniyanın işçiləri yalnız ötən ilin payızında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gələn yoxlama zamanı bilib. Daha bir ilginc məlumatsa filarmoniyada fəaliyyət göstərən xalq çalğı alətləri və kamera orkestrinin hər ikisinin dirijoru olduğu halda Gülçin Mirzəyevanın hansısa mövcud olmayan orkestrin dirijoru olmasıdır. Daha dəqiq desək, Filarmoniyaya direktor təyin olunmazdan əvvəl Gəncədəki, musiqi kollecinin direktoru olan G.Mirzəyeva korrupsiyaya əl ataraq, eləcə də filarmoniyada adı gedərək dirijor ştatının maaşını alırmış. Necə olub ki, Gəncə filarmoniyasındakı korrupsiya faktlarından ən başlıcasında adı gedən bu xanımı Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev filarmoniyaya direktor təyin edib? 2015-ci il may ayının 10-da Gəncədə mərhum Azərbaycan prezidenti Heydər Əliyevin ad günündə - "Gül bayramı" zamanı simfonik orkestrə drijorluq edərək bütün ictimaiyyəti, əlalxüsus da Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi, o cümlədən tədbirdə iştirak edən qonaqları aldadaraq Niyazi adına simfonik orkestrin "Koroğlu" üverturasından parçalar səsləndirən Gülçin Mirzəyeva hazırda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olunub. Həmin tədbirdə Gəncə filarmoniyasının musiqiçilərindən ibarət orkestri diqqətlə dinləyən mütəxəssis rəyçilər həmin ifada simfonik orkestrə məxsus bəzi müsiqi alətlərinin - qoboy , fleyta, litavra kimi musiqi alətlərinin olmamasını görürdü. Lakin səslənən musiqidə bu alətlərin də səsi vardı.
Heydər Əliyevin ad günü münasibəti ilə səslənən "Koroğlu" üverturasını dinlənyənlər arasında musiqiçilər vardı və onlar nə baş verdiyini başa düşürdülər. Daha dəqiq desək, onlar üverturanın məhz gəncəli musiqiçilərin canlı ifa etmədiyini fərqində idilər. Səslənən musiqi Niyazi adına orkestrin fanoqraması idi. Bunu bəlkə də orada hamı anlayıb. Ancaq etirazını keçirilən tədbirə hörmət əlaməti olaraq boğub. Belə bir plagiatlıq, saxtalaşdırma daha sonra ötən ilin son ayında yenəd ə Gəncədə keçirilən " Şərab festivalı" zamanı təkrar olunub. Belə ki, xarici qonaqlar daxil olmaqla tədbir iştirakçılarına Gəncə filarmoniyasının simfonik orkestri adından təqdim olunan konsert proqramında eyni hal baş verib. Bu dəfə isə Gəncə Dövlət Filarmoniyasının dirijoru olan Gülçin Mirzəyeva orkestrdə adam sayı çox olsun deyə, orkestrin tərkibinə saz ifaçısı qatıb. Dahi Üzeyir Hacıbəyovun "Koroğlu" üverturasında tardan istifadə olunsa da , sazdan istifadə olunmayıb. Bəlkə bu simfoniya ilə xalq musiqisinin sintezi olub? Musiqiçi rəyinə əsaslanaraq deyə bilərik ki, musiqi aləmində heç bir zaman simfonik orkestrin tərkibində saz alətindən istifadə olunmayıb. P.S. Musiqi rəyi bir yana, əgər Gəncədə Heydər Əliyevin əziz xatirəsinə həsr olunan möhtəşəm bir tədbirdə GDF rəhbərliyi belə bir saxtakarlığa əl atırssa, görün onda başqa məsələlərlə bağlı vəziyyət nə dərəcədə dramatikdir. Burası sözün qurtaran məqamıdı.
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB