CƏNAB NAZİR! "HUMANİST ENDİRİM"LƏRİ KİM EDİB: Cənab Xəlil Ramazanov YOXSA Vaqif Şabanov? - ŞOK FAKTLAR
Bolge
Oxunub: 3 912
30 yan 2017 | 08:09
CƏNAB NAZİR! "HUMANİST ENDİRİM"LƏRİ KİM EDİB: Cənab Xəlil Ramazanov YOXSA Vaqif Şabanov? - ŞOK FAKTLAR











CAR MEŞƏBƏYİNİN KÖMƏKCİSİ HƏBİB VÜSALOV GÖZƏTCİNİN ŞİKAYƏTİNİ TƏSDİQ ETDİ (SƏS YAZISİ)



CƏNAB NAZİR! Zaqatalanın meşə zolaqlarında davam edən “qətliamlar” haqqında Sizə niyə məlumat vermirlər?

BU ÖLKƏ DƏRƏBƏYLİK DEYİL, VAQİF BƏY!

Kecən sayımızda qeyd etmişdik ki, yerli əhali nadir və qiymətli ağac növlərinin məhv edilməsində Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mübariz Əhmədzadəni və rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin direktoru Vaqif Şabanovu günahkar bilirlər. Ona görə ki, Zaqatalada hamı Vaqif Şabanovu bu vəzifəyə o, gətizdirib. Meşə təsərrüfatından heç bir məlumatı olmayan Vaqif Şabanovun bu vəzifəyə gəlməyinin maraqlı tarixçəsi var. Belə ki, keçən ilin əvvəllərində möhtərəm başçı Vaqif Şabanovu 50 (əlli) min manat müqabilində rayon torpaq komitəsinə müdür təyin etdirib. Lakin, Vaqif müəllimin bəxti gətirməyib. Heç 2 ay çəkməyib ki, komitə ləğv olunub. Vaqif müəllim də qalıb “havada”. Başçı ilə çox çək- çevirdən sonra necə deyərlər çətinliklə olsa da üzü gülüb və İqbal Əliyevin onsuz da viran qoyduğu meşə təsərrüfatına müdir təyin oluna bilib. Meşə təsərrüfatından anlayışı belə olmayan Vaqif Şabanov da elə bilib ki, “odun bazarına bazarkom” seçilib. “Hücüm çəkib” Zaqatala meşələrinə...

BU BARƏDƏ NÖVBƏTİ SAYIMIZDA GENİŞ MƏLUMAT VERƏCƏYİK.

Sadəcə yazı capa gedəndən sonra Vaqif müəllim hövsələsini basa bilməyib və baş redaktorumuzu təhdit edərək ölümlə hədələyib. BU ÖLKƏ DƏRƏBƏYLİK DEYİL. Bu barədə yəqin ki, lazımi instansiyalara müraciət edəcəyik. Sadəcə kecən yazımızdan sonra rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi necə deyərlər, dəyib bir-birinə. Deportamentdən zənk edib "öyüd-nəsihət" verirlər, məhkəmə ilə hədələyirlər... Bu onların öz işidir, bizim vəzifəmiz isə peşə borcumuzu vicdanla yerinə yetirmək, düzü düz, əyrini əyri yazmaqdır.

CAR MEŞƏBƏYİNİN KÖMƏKCİSİ HƏBİB VÜSALOV GÖZƏTCİNİN ŞİKAYƏTİNİ TƏSDİQ ETDİ (SƏS YAZISİ)



Kecən yazımızda redaksiyamıza şikayət edən Car meşəbəyliyinin gözətçisi Məhəmməd adlı şəxs bildirmişdi:

“Vaqif Şabanov meşəbəyi Həmzə Əliyev və onun köməkcisi Həbib Vüsalovla birləşərək mənim də başıma oyun açdılar. Bir neçə ay bundan əvvəl şəxsən Vaqif müəllim, Həmzə və Həbib mənə müxtəlif göstərişlər vermiş, ancaq yoxlama zamanı mənim aktlarımı təsdiq etməkdən imtina ediblər. Məsələn: Mənim gözətçi olduğum ərazidən 65 ağac kəsilib. Bu materialların dörd maşını şəxsən müdür Vaqif Şabanovun tapşırığı ilə ona, dörd maşın material sahə müdürü Həmzə Əliyevə, dörd maşın isə onun köməkşisi Həbib Vüsalova verilmişdir. Lakin mənim həmin ağacların kəsilib təhvil verilməyi barədə tərtib etdiyim akta möhür vurmaqdan imtina ediblər. Yoxlama zamanı isə kəsilən ağaclar bəlli olunca mən 1976 AZN cərimə olunmuşam. Hələ həmin ağaclardan əldə olunan sahə rəisi Həmzə Əliyevin göstərişi ilə iki maşın yeşik üçün material İbadulla Məmmədova (Kablova kənd sakini) vermişəm, o, da həmin materialı Elşada satıb. “

Bu barədə Həbib Vüsalov əməkdaşımıza etıraf etdi ki," Məhəmməd yanıma gəlmişdi, mən apardıgım materialların müqabilində ona lazimi kömklik göstərdim. Mən Həmzənin yerinə hec nə deyə bilmərəm. Məhəmmədə köməklik göstərsə də, göstərməsə də özü bilər. Qaldı o aktlra Vaqif müəllim belə o aktları ləgv etdirə bilməz. Deportamentin əməkdaşları bütün meşəbəyliklərdə yoxlama aparıb və akt tərtib edib. Nazirlikdə bizim işimizə baxacaqlar. Hələ bilmirik işdə qalacagıq, ya yox."

SABATAŞ OLUNMUŞ GÖZƏTCİ: "Öz ərzəmlə işdən cıxacagam"

Dünən redaksiyamıza şikayətci düşmüş Car meşəbəyliyinin gözətçisi Məhəmmədlə telefon əlaqəsi yaratdıq. Məhəmməd bildirdi ki, yazıdan sonra idarədə hamı bu barədə danışır. Şikayət etdiyim ücün məni də məzəmmət etdilər.

Öyrəndik ki, ona yazılmış 1976 AZN cəriməni birdən-birə 670 AZN-ə "endiriblər": " Mənə dedilər ki, 670 manatdan sənin payına 50 manat düşür, mən də 50 manatı verdim, cəriməni bagladılar. Daha belə adamlarla işləyə bilmərəm. Ərizəmi yazıb öz xoşumla işdən cıxacagam."

"HUMANİST ENDİRİM"LƏRİ KİM EDİB: Cənab Xəlil Ramazanov, YOXSA Vaqif Şabanov?

Kecən yazımızda qeyd etmişdik ki, Zakatala rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin yeni müdiri Vaqif Şabanova uzun müddətdir ki, bu bölgədə meşə “cəlladları” kimi ad qazanan Həmzə və Həbib cütlüyü də qoşularaq Zaqatala meşələrinə sözün həqiqi mənasında qan uddururlar. Meşələrdən nadir növ ağacların belə kəsilməyi adi hala çevrilib. Zaqtala meşələrində misli görünməmiş “meşə vandalizmi” başlayıb. Ən dözülməz vəziyyət isə rayonun ən böyük meşəbəyliyi olan Car – Qəbizdərə meşələrindədir. Qeyed edək ki, bu meşəbəyliyin sahə rəisi Həmzə Əliyevdir. Onun müavini isə Həbib Vüsalovdur. Bu meşəbəyliyin 9 dolayı var ki, bunlardan da 6-sı şəhərətrafı ərazilərini, 3-ü isə Qəbizdərə-Mazıx ərazisini əhatə edir. Bu 3 dolaydan birinə Abdulməcid, 2-cisinə Ramazanın oğlu, 3-üncüsünə isə Mahmud adlı şəxs nəzarət edir. Məlumata görə Ramazan adlı şəxs təqribən 3-4 dəfə 2-ci dolaya nəzarətçi təyin olunmuş və sonradan xüsusi maddə ilə işdən çıxarılmışdır. İndi isə həmin əraziyə, meşələrin “qənimi” adını qazanmış Ramazan adlı şəxsin oğlu nəzarət edir.Qeyd edək ki, adları çəkilən bu şəxslər meşələri qorumaq əvəzinə meşələrə əsl gəlir mənbəyi kimi baxır, ağacların kəsilib satılmasında “canla –başla” iştirak edirlər. Həmcinin Car-Qəbizdərə meşəbəyliyinin yaxın ərazisində, Tarixlər kəndi ətrafındakı meşə zolaqlarına gözətçi işləyən Rəfael adlı şəxslə, sahə rəisi olan Həmzə Əliyev əlbir olaraq, həmin ərazilərdəki meşə zolaqların axırına cıxıblar.

Car kəndi ətrafında olan meşə zolaqlarının gözətçisi Hacı Zelxov bölgənin at oynadan "meşə cəlladları"ndan sayılır. O, bir necə il əvvəl gözətçisi işlədiyi vaxt daha çox dağıntılara yol verdiyindən, meşə təsərrüfatının rəhbərliyi tərəfindən çıxarılır və onun yerinə qardaşı təyin olunur. Bir müddətdən sonra onun qardaşı da meşə gözətçiliyindən çıxarılır və həmin vəzifəyə yenidən Hacı təkrar təyin olunur. Bu təyinatların yalnız bir səbəbi olur ki, hər iki qardaş yaşadıqları ərazidə “demaqoq” adı ilə tanınırlar. Bundan ehtiyat edən rəhbərlik hər zaman məcbur olur ki, onları iş başında saxlasın. Əgər belə bir addım atılmazsa, hər iki qardaş rəhbərliyin əməllərindən yuxarı təşkilatlara xəbər verib, hər bir problemin ictimailəşməsinə nail ola bilirlər. (ALDIGIMIZ MƏLUMATA GÖRƏ RAFAEL VƏ HACIYA DA "HUMANİST ENDİRİM" EDİLİB, CÜZİ CƏRİMƏ YAZILIB)

BU FAKTLAR TƏKCƏ BİR MEÇƏBƏYLİK HAQQINDA QISA ARAŞDIRMAMIZDIR. DEPARTAMENT ƏMƏKDAŞLARI İSƏ MÜƏSSİSƏNİN BÜTÜN MEŞƏBƏYLİKLƏRİNDƏ CİDDİ YOXLAMALAR APARIB VƏ BİZƏ MƏLUM OLMAYAN SAYDA CƏRİMƏ AKTLARI TƏRTİB EDİBLƏR. Biz hələlik təkcə CAR meşəbəyliyi haqqinda bəhs edirik. Mənbəyimiz bildirir ki, yoxlama zamanı bu meşəbəyliyində kütləvi agac qırıntısı aşkarlanmış və meşə gözətciləri müxtəlif məbləgdə cərimə olunmuşlar. Haşiyəyə cıxaq ki,ƏKSƏR AKTLARDA KƏSİLMİŞ AGACLAR ODUN MATERİALI KİMİ GÖSTƏRİLSƏ DƏ, ƏSLİNDƏ BU AGACLAR MATERİAL KİMİ MEBEL SEXLƏRİNƏ VERİLMİŞDİR. BU İSƏ ƏSL CİNAYƏTDİR! Bu barədə növbəti sayımızda geniş yazımız olacaqdır.

Təbii ki, burada cərimə olunan gözətcilər rəhbərliyin göstərişlərini yerinə yetiriblər. MƏNBƏMİZ BİLDİRİR Kİ, İNDİ CƏRİMƏ OLUNMUŞ GÖZƏTCİLƏR RƏHBƏRLİYƏ DİRƏNİŞ EDİRLƏR Kİ, CƏRMƏLƏRİ ŞƏRİK ÖDƏSİNLƏR. BAX, "ENDİRİM" SÖHBƏTİ DƏ ONDAN SONRA MEYDANA GƏLİB. MARAQLIDIR, GÖRƏSƏN BU "HUMANİST ENDİRİM"İ KİM EDİB: DEPARTAMENT RƏHBƏRİ Cənab Xəlil Ramazanov, YOXSA İDARƏ MÜDİRİ Vaqif Şabanov? GÖRƏSƏN BUNDAN COX HÖRMƏTLİ CƏNAB NAZİRİN XƏBƏRİ VARMI?

Mənbəmiz bildirir ki, Car meşəbəyliyinin Qəbizdərə ərazisində gözətçi işləyən Ramazanın və Meşkeş sahəsin gözətcisi Vüqar Davudovun sahələrində ümumiyyətlə yoxlama aparılmayıb. Səbəbi isə departamentin Xəlil müəllimə yeznəsi, inspektor Rəşadın vasitəsiylə 10 000 (on min) manat rüşvət verilməsidir. GƏNABLAR BU Kİ, LAP QIZIL AMNİSTİYADIR!!!

CƏNAB NAZİR!

Zakatala camaatı rayon Meşələrin Mühafizəsi və Bərpası müəssisəsində baş verən ciddi qanunsuzluqlar barədə müvafiq instansiyalara çoxsaylı müraciətlər edib, amma ağacları məhv edənlərə qarşı mübarizə yox dərəcəsindədir. Vaqif Şabanov rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinə müdür vəzifəsinə keçəndən az bir müddət ərzində bu sahədə vəziyyət daha da ağırlaşıb. Bu gedişlə Zaqatala meşələrində ağac qalmayacaq. Özü də meşələrin kütləvi şəkildə qırılmasının səbəbkarları sıravi adamlar deyillər. Zaqatala meşələrinin kütləvi şəkildə qırılmasının səbəbi bu ağaclardan mebel sənayesində total şəkildə istifadə olunmasıdır. Həmin mebel sənayesi isə rayonda fəaliyyət göstərən sexlərdən ibarətdir.Lakin, dəfələrlə bu mövzuda çıxış etsək də bu günə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər hansı bir reaksiya verməyib. Bu isə belə deməyə əsas yaradır ki, Zaqatala meşələrinin məhvində elə nazirliyin özü də maraqlı tərəfdir.

Qaynağın qaynarxett.info-ya verdiyi məlumata görə, Zaqatala meşələrinin hesabına fəaliyyət göstərən mebel sexləri mafiyanın əlindədir.
Həmin mebel sexlərində istehsal olunan məhsulların bir qismi Bakıya satışa göndərilsə də, bir qismi rayonda keçirilən tenderlərdə işə yarayır. Belə ki, həmin tenderlərdə yumşaq və bərk mebellər olan maddə üzrə bütün alqı-satqı işləri həmin sexlərin məhsulları hesabına reallaşdırılır.

Meşə massivlərinin məhvində xüsusilə rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi rəhbərliyinin əli olması danılmazdır. Mənbəmiz bildirdi ki, müəssisənin işçiləri üzərlərinə düşən vəzifəni demək olar ki, yerinə yetirmirlər:“MUĞANLI” MEŞƏBƏYLİYİ, “MUXAX” MEŞƏBƏYLİYİ, “TALA” MEŞBƏYLİYİ, “CAR-QƏBİZDƏRƏ” MEŞƏBƏYLİYİ deyilən ərazilərdə acınacaqlı vəziyyət yaşanır. Müəssisə rəhbərliyinin “xeyir-duası” ilə burdakı yaşıllıqlar məhv edilir. Təəssüf ki, aidiyyəti dövlət qurumlarının əməkdaşları “yaşıl soyqırım”ın qarşısını almırlar.

Sizə təqdim etdiyimiz bu fotoşəkillər və səs yazısı yuxarıda bir hissəsini dərc etdiyimiz araşdırmalarımız nəticəsində ortaya çıxmış faktlardır. Və həmin şəkillər və səs yazısından da məlum olur ki Zaqatala meşələrində vəziyyət dəhşətlidir. Bütün bu faktları araşdırıb tədbir görmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərsək də nazirlik susur. Aldığımız son məlumata görə nazirliyin aidiyyatı qurumları həmin faktları Sizdən gizlədir, departamentdə it-bata salırlar. Yoxsa, bir jurnalistin asanlıqla araşdıra bilib üzə çıxardığı bu faktlardan Xəlil Ramazanovun xəbərdar olmaması sadəcə mümkün deyil.

Nəzərinizə çatdıraq ki, Car meşəbəyliyinin müdürü Həmzə Əliyevi və bu şəbəkəni deportamentdə yüksək vəzufə tutan Mehdi (əslən rayonun Tala kəndindəndir) adlı şəxs himayə edir. İndi cənab Xəlil Ramazanov, bu adam kimdir, hansı vəzifədə çalışır ki, Zaqatala meşələrinə belə açıq surətdə qənim kəsilənlərə havadarlıq edir?
Verəcəyiniz açıqlamanı səbirsizliklə və böyük maraqla gözləyirik.

Bir də maraqlıdır, Zaqatalanın meşə zolaqlarında davam edən “qətliamlar” haqqında Sizə niyə məlumat vermirlər?

DƏYƏRLİ OXUCULAR!

Ümumiyyətlə, ətraf mühit və onun problemlərinin varlığı, hər zaman diqqət mərkəzində duran məsələlərdən biri olub. Odur ki, Zaqatalanın meşə zolaqlarında baş verən olayları, əmələ gələn fəsadları biz bundan sonra da diqqət mərkəzində saxlamağa çalışacağıq.

BİR DAHA BİLDİRİRİK Kİ, YAZIDA ADI CƏKİLƏN ŞƏXSLƏRİN MÖVQEYİNİ DƏRC ETMƏYƏ HAZIRIQ.

Azerinfo.az
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb